“Azər-İlmə”nin
20 yaşı qeyd edilib
Ötən
gün “Azər-İlmə” şirkətinin 20 illik yubileyi və
“Azərbaycan xalçaları” jurnalının 10-cu nömrəsinin
çapdan çıxması münasibətilə təntənəli
mərasim keçirilib.
1937.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbiri AMEA-nın müxbir üzvi Nizami Cəfərov “Azər-İlmə”nin yaranma tarixindən söz açıb. Bildirilib ki, şirkətin rəhbəri professor Vidadi Muradov aparılan tədqiqatların, kompleks axtarışların nəticəsi kimi rus, ingilis alman, fransız, ərəb, ivrit, fransız dillərində “Azərbaycan xalçaları” jurnalının Azərbaycanın müxtəlif qrupları üzrə xüsusi nömrələrinin çap etdirdiyini burğulayıb. Qeyd edilib ki, “Azər-İlmə”nin ekspedisiya qruplarının respublikamızın müxtəlif xalçaçılıq bölgələri üzrə axtarışları da diqqətəlayiqdir.
Tədbirdə çıxış edən “Azər-İlmə”də şirkətinin rəhbəri, professor Vidadi Muradov rəhbərlik etdiyi qurumun qazandığı uğurlardan, həyata keçirdiyi layihələrdən söz açıb. Bildirilib ki, hazırda “Azər-İlmə”nin peşəkar xalçaçı-rəssamlardan, ustad toxuculardan, bərpaçı və boyaqçılardan, həmçinin hazırlıqlı müəllimlərdən, respublikamızın müxtəlif bölgələrində fəaliyyətini şirkətimiz ilə əməkdaşlıq zəminində quran toxuculardan ibarət 700 nəfərlik kollektivi məhsuldar yaradıcılıq axtarışlarını davam etdirməkdədir.
AMŞ sədrinin müavini Umud Mirzəyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədov, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək əlamətdar hadisələr münasibətilə “Azər-İlmə” şirkətinin kollektivini və “Azərbaycan xalçaları” jurnalının əməkdaşlarını təbrik ediblər.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 27 may.- S.7.