AZƏRBAYCAN
Ay-ulduzlu bayrağın var,
Qədim,
ulu torpağın var;
Əsrlərdən sorağın var,
Özün boyda çırağın
var.
Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa,
eşqi çiçək
açan
Azad, vahid Azərbaycan!
İstiqlalın yolu çətin,
Məskənisən bol sərvətin;
Tanrı
bizi bağışlamaz
Qorunmasa təbiətin.
Azıxdır ilk ünvanımız,
Qobustan daş dastanımız.
Xudafərin körpüsündən
Yenə keçər karvanımız.
Bakı
daim şöhrətimiz,
Xəzər mavi qüdrətimiz.
Heykəl
kimi ucalacaq
Qürurumuz, qeyrətimiz.
Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa,
eşqi çiçək
açan
Azad, vahid Azərbaycan!
Oqtay Rza,
Əməkdar müəllim
525-ci qəzet.-
2014.- 28 may.- S. 7.