Musiqi xəzinəsi” – sənət incilərimizin təbliğinə mühüm töhfə

 

 

Bəstəkarlar İttifaqı ilə AzTV-ninMusiqi xəzinəsilayihəsi Azərbaycan televiziyasında iki il davam etdi.  Ən azı son iyirmi il ərzində telekanalların heç biri zəngin musiqi mədəniyyətimizin ardıcıl, fəal peşəkar təbliğinə bu qədər səxavətlə vaxt ayırmamışdı. Verilişlərin efir vaxtı da adət etdiyimizdən çox idi, hər veriliş təqribən bir saat yarımdan artıq çəkirdi. Belə geniş vaxt ərzində tamaşaçılara musiqi nümunələrini, unikal ifaları dinləmək imkanı da verilirdi.  Layihənin maraqlı yeni cəhətlərindən biri verilişlərin teleaparıcılara deyil, məhz mütəxəssislərə həvalə olunması idi.

Musiqi xəzinəsihər həftənin beş günü AzTV-ninMədəniyyətkanalında yayımlanırdı. Həftənin birinci günü caz, ikinci günü bəstəkar yaradıcılığı, üçüncü günü mahnı, dördüncü günü xalq musiqisi, beşinci günü aşıq sənəti haqqında veriliş tamaşaçıların görüşünə gəlirdi.

Musiqi xəzinəsi”nin caz bölümü musiqişünas, caz araşdırmaçısı Arif Əliyev tərəfindən aparılırdı. Dünyanın görkəmli caz ustalarına, klassik müasir caz təmayüllərinə, Azərbaycan caz incəsənətinin uğurlarına caz ifaçılarımıza həsr olunan silsilə verilişlərdə maraqlı şərh dialoqlarla yanaşı, ifalar da səslənir, hər bir yayımustad dərsiformatına düşürdü. Telekanallarda son illər cazın peşəkar təbliği istiqamətində bu layihəni ən uğurlu hesab etmək olar.   

Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunan verilişləri tanınmış musiqişünas, BMA-nın professoru Xatirə Həsənzadə aparırdı. Xatirə xanımın hər yayımda dəyişməyən missiyası var idi: Geniş tamaşaçı auditoriyasında ciddi, klassik müasir bəstəkar musiqisinə marağı artırmaq. Bu marağı artırmaq üçün isə musiqinin ciddi məsələlərini yalnız musiqişünas bəstəkarlara deyil, həm professional təhsili olmayan musiqisevərlərə anlaşıqlı bir tərzdə təqdim etmək lazım idi. Efirin belə birciddi musiqi həvəskar dinləyiciprobleminin öhdəsindən X.Həsənzadə hər dəfə peşəkarlıqla gəlirdi.

Bu silsilə verilişlərdə Azərbaycan bəstəkarlıq məktəbinin, demək olar, bütün nəsillərinin yaradıcılığına yer verildi. Peşəkar, təcrübəli, adlı-sanlı bəstəkar, musiqişünas, ifaçı müəllimlərinin iştirakı, onların canlı dialoqları, fəal fikir mübadiləsi verilişləri daha maraqlı edirdi. Musa Mirzəyev, Fərəc Qarayev, Fidan Xuraman Qasımovalar, İmruz Əfəndiyeva, Ülviyyə İmanova, Zemfira Qafarova, Yalçın Adıgözəlov, Fəxrəddin Kərimov, Oqtay Rəcəbov, Nazim Kazımov, Aydın Əzimli, Cəlal Abbasov, Cəmilə Həsənova, Lalə Hüseynova...  Şübhəsiz, belə yüksək səviyyəli peşəkar kontingentin iştirakı auditoriyanın musiqi incəsənətinə münasibətinə keyfiyyətli təsir göstərmişdir. Verilişlərin baxımlı olmasını təmin edən daha bir amil bəstəkar əsərlərinin səslənməsi idi. Xüsusilə, əsərlərin ifaçıları, dirijorları, ifa məkanı haqqında məlumatların verilməsi onların haqqında ətraflı təsəvvür yaradırdı. Rəğbətlə qarşılanan bu silsilə verilişlər  gənc musiqişünaslar bəstəkarlar, xüsusilə musiqiçi tələbələr üçün sözün əsl mənasındaAzərbaycan bəstəkarlarının yaradıcılığıdərsi idi.

Sənətşünaslıq doktoru, professor Ceyran MahmudovaMusiqi xəzinəsi”ni mahnı janrına həsr etdiyi dəyərli verilişləri ilə zənginləşdirirdi. Yeri gəlmişkən,  mahnı bum”u yaşasaq da, az tapılan yaxşı mahnıların həmişə intizarındayıq. Etiraf edək ki, bəzi özəl teleradio kanallarının kütləvi musiqi zövqünü aşağıladığı bir vaxtaəsl mahnı nədir necə olmalıdırsualı hər bir tələbkar mədəni dinləyicini düşündürməyə bilmir. Mahnı dövriyyəsinin diletantların əlinə  keçdiyi bir vaxtdaMusiqi xəzinəsimahnı janrını xilas etmək missiyasına başladı. C.Mahmudovanın mövzuya dərindən bələdliliyi, mahnı problemlərinə aktual yanaşmasıMusiqi xəzinəsi”ni son illərin ən maraqlı baxımlı efir proqramlarından birinə çevirdi. Bu verilişlərdə tanınmış peşəkar müğənnilərin çıxışı, onların ifaçılıq sənətinə, repertuar seçiminə, mahnıların səviyyəsinə münasibəti son illərin yaddaqalan efir hadisələridir. Qeyd edək ki, ifalarla yanaşı, görkəmli mahnı ifaçıları haqqında sənət xatirələri maraqla qarşılanırdı əlbəttə, zövq tərbiyəsinə müsbət təsir edirdi.

Musiqi xəzinəsi”ndə xalq musiqisinə muğamlara dair silsilə verilişləri Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov aparırdı. Əlbəttə, efirdə muğamların az səslənmədiyi bir vaxtda, belə maraqlı verilişlər təşkil etmək, muğamların ustad ifaçıların təbliğini layiqincə aparmaq çətin olduğu qədər məsuliyyətli idi. S.Fərəcovun həm bəstəkar, müəllim, həm muğama bələd olan tar ifaçısı kimi mükəmməl təcrübəsi yüksək bacarığı bu verilişlərin təğbət qazanmasına səbəb oldu. Digər tərəfdən, muğamlarla bağlı bir çox mətləblərdə məhz sənətkarların fikrinə ifalarına gen-bol yer verilməsi, dəyərli sənətkarların yada salınmasılayihənin daşıdığı adı məqsədi bir daha doğrultdu. AzTV həmişə olduğu kimi, yenə muğam xəzinəmizin təbliğindəki liderliyini qoruyub-saxladı. 

Nəhayət, aşıq sənətinə həsr olunan verilişlər üzərində dayanaq. Bu silsiləni aşıq sənətinin, folklorun tədqiqi üzrə ölkəmizdə xaricdə tanınan görkəmli alim ziyalı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı aparırdı. Aşıq musiqisinə dair verilişlərə bu sənətin tarixən yaranıb inkişaf etdiyi regionların hamısına vaxt verildi, hər regionun ustadları ilə efir təması quruldu. On illərlə televiziyalarda adını eşidib, üzünü görmədiyimiz  ustadlar çalıb-oxudular, sənətin ənənələrindən, yaradıcılıqdan, sənətkarlıqdan, havalardan, dastanlardan çox maraqlı söhbətlər etdilər. M.Qasımlının sənətə ustadlara ehtiramla yanaşması, onların sözünü kəsməməsi, vaxtın çoxunu onlara verməsi tamaşaçıların ürəyincə idi. Bu verilişlərdə qədər unudulan, az oxunan havalar yenidən ifaçılığa gəldi, ustad-şagird ənənələrinin qaydaları, etiketi haqqında ustadların öz dilindən söhbət aparıldı. M.Qasımlının aşıq sənəti haqqında silsilə verilişlərinin hər biri aşıq sənəti haqqında əsl ustad dərsi idi.

Ümumiyyətlə, “Musiqi xəzinəsiefirdə olduğu 2 il ərzində ən ali məqsədinimaarifləndirmək təbliğ etmək vəzifəsini yüksək səviyyədə yerinə yetirdi. Azərbaycan musiqisi haqqında bu əhəmiyyətli uğurlu layihədən müsbət rəylərlə, xoş təəssüratlarla, rəğbətlə ayrılırıq. Ümid edirik ki, yaxın gələcəkdə Bəstəkarlar İttifaqı AzTV musiqisevərləri bu qəbildən yeni layihələrlə sevindirəcək.  

 

Ariz ABDULƏLİYEV

Bakı Musiqi Akademiyasının müəllimi

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.28.