Ogyüst Roden – müasir heykəltəraşlığın titanı

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Rodenlə bir neçə il davam edən sevgi məsələsi hökmən öz davamı kimi narahatlıq da gətirməli idi. Münaqişə istedadlı, ehtiraslı və əsəbi xarakteri olan rəssamla – Kamilla ilə, heç də az ehtiraslı olmayan, ancaq çox sadə qadın olan Roza arasında baş verdi. Belə hadisələrdə daim baş verən kimi, hər iki qadın aqoniyadan əzab çəkirdi və o vaxtdan onların hər ikisi barışmaz və möhkəm iradəli rəqibə çevrildilər. Məzəmmətlər, göz yaşları və hətta hədələr Rodeni cana yığırdı.

 

Əgər o, evə gələndə geciksəydi, Roza qısqanclıqdan dəli olub, qisas duyğusu ilə yanaraq, lunatik kimi qaranlıq bağda, hər ikisinin sevdiyi və nifrət etdiyi addım səslərini eşitmək üçün dolaşırdı. Məhəbbət məsələsinin adəti qaydada olan həllində olduğu kimi Roden Rozaya görə Kamillanı tərk etməli oldu. Bu düzgün idimi? Axı o, qızın yeganə məşuqu deyildi, bəstəkar Debyüssi bu məhəbbətdə onun rəqibi idi. 1895-ci ilddə Qonkur məlumat verir ki, Rocer Marks şahiddir ki, heykəltəraş və onun məşuqəsi yan-yana, böyük məhəbbətlə işləyirdilər. Belə bir maraqlı şəhadət də vardır ki, Kamilla onu atıb getmişdi. Roden özü də bəyan etmişdi ki, qız bir gün onu tərk etdi, sonra qayıtdı və nəticədə həmişəlik çıxıb getdi – məhəbbət məsələsində çox vaxt təkrar olunan bir nümunə ondan ibarətdir ki, üçlük nəticə etibarilə hökmən dağılır.

 

Bu baş verdikdə, Roden göz yaşları içində dostuna demişdi ki, o, artıq Kamillanın üzərində heç bir təsir gücünə malik deyildir. Nəticə hər ikisi üçün çox xoşagəlməz idi. Kamilla əsəb xəstəliyinə, nevrastaniyaya tutuldu. Rodenə isə onu unutmaq olduqca çətin idi, o, Kamilla ilə ayrılıqdan əzab çəkirdi və bu dərd çox-çox illər davam etdi.

 

Roden, onu ləkələyən keçmiş məşuqəsi barədəki parlaq xatirəsini ömrünün sonunadək qoruyub saxladı. Kamilla isə onu özünün uğursuz həyatına və karyerasına görə ittiham edirdi. Axı onu da qeyd etmək lazımdır ki, istedadlı adamlar nadir hallarda xoşbəxt olurlar.

 

Kamilla ruhi xəstəliyə tutulduqdan sonra ona elə gəlirdi ki, Roden onu ələ salır, onun köhnə işlərini düzəldib, öz adına çıxır. Belə depressiya vəziyyətində o, heykəllər qayırırdı, lakin sonra qəzəbindən onları qırıq-qırıq edirdi. 1913-cü ildə onu dəlixanaya götürdülər, burada o, otuz il qaldı. Bu qadın əmin idi ki, onun bura salınmağının təqsirkarı da Ogyüst Rodendir. O, dahi rəssamı özünün bütün bədbəxtliklərində təqsirləndirirdi, onu lənətlərlə yad edirdi. Sonradan o, artıq heykəltəraşlıqdan da əl çəkib, bu işə bir daha toxunmadı.

 

Kamilla 1943-cü ildə 79 yaşında öldü. Ölümündən əvvəl onun yanına gələn doğma qardaşını da tanımadı. Bu gün də Rodenin muzeyində onun şagirdi Kamilla Klodenin heykəltəraşlıq işlərini görmək olar. Bu, rəssamın özünün vəsiyyətinə uyğun olaraq edilmişdir.

 

Rodenin sənəti daim qadına hörmət mövqeyində idi. Kamilla bunun mərkəzində idi və Roden daim ona, bu qız barədəki düşüncələrinə qayıdırdı. Bununla əlaqədar bir şaiyə də yada düşür, bunda isə ümumən onun qadın bədəninə dəlicəsinə vurulması öz əksini tapır. O, “Kale burgerləri” üzərində işləyəndə çılpaq fiqurun modelini hazırlayırdı. Onun modeli masanın üstündə uzanmışdı və Roden gündəlik işini bitirdikdə qıza tərəf əyilib, onun gənc qadın göbəyindən öpdü – təbiətin saysız mərhəməti qarşısında sitayiş bacını bu yolla qızdan aldı.

 

Roden qadın məlahətindən istifadə edən idi, çox müxtəlif olan nəhayətsiz və sevindirici dərəcələrdə qadın bədənini əsir etməyə çalışırdı, bu müxtəlifliklər qadının döşlərinin və göbəyinin arasındakı hərəkətdə və ya ehtiras impulsunun təsiri altında qəbul edilə bilən qadın bədəninin qeyri-adi və adəti olmayan ölçülərində özünü göstərirdi.

 

Divanda uzanan qadının gözəl başı onun qurtaracağında qərar tuturdu. Saçları, saçın qızıl piramidası yanaqların ətrafına tökülürdü. Saç payız yarpaqlarına bənzər rübənddə işıq saçırdı. Sifəti əhatə edilən gözəl saç qızıl sünbül topaları olan taxıl zəmisinə bənzəyirdi. Rütubətli qırmızı ağız heyranedici idi, onun nəcib əyrisi ilana bənzəyirdi, dəyirmi bəbəklər qapalı idi, kirpiklərin tikişi ilə çarpazlanırdı. Bu, gözlərlə ağız arasındakı incə harmoniya idi. Bu sözləri onun modellərini öyrənən bir səriştəli adam yazmışdı.

 

Roden uzanan qadın bədəninə yaxınlaşmaq üçün əyilirdi və qorxurdu ki, səsinin azacıq eşidilməsi bu sevimli zərif məxluqu narahat edə bilər, ona görə də pıçıldayırdı: “Ağzını elə tut ki, elə bil ki, fleyta çalırsan. Yenə! Yenə!”

 

Bu təsvir davam edirdi: “Ağız, qabağa çıxan parlaq dodaqlar hiss edilən qədər ifadəli idi... Buradan ətirli nəfəs gəlirdi və arı kimi içəri cumub və pətəyindən qaçırdı”. Roden bu təəssüratı barədə deyirdi ki, bəşər çiçəyini ardı kəsilmədən öyrənməyim necə də məni sevindirir. “Necə bir xoşbəxtlikdir ki, mənim sənətimdə sevilməyə və həmçinin sevgim barədə danışmağa qadirəm”.

 

Onu bəzən ağuşuna alan pessimizmin əksinə olaraq o, həyatla, insanlarla məhəbbətdə idi. Onun qadınlara ehtirası “I Sirena. Veneranın üz-gözünü bəzəməsi” əsərində heyranedici qaydada ifadə olunur. Onun saçlarının burulması, bədəni və yumulu gözləri bir bayram ləzzəti kimi yadda qalır və adamı şadlandırır. Titsianın qadınları kimi bu gözəl bədənli qız barəsində də hansısa bir pozğunluq düşüncəsi ola bilməz. Bu qız sevilən məmnun qalmanın obrazıdır, Rodenin bir dəfə həya etmədən qeyd etdiyi kimi “məhəbbətdə hər şeyin hesabı fəaliyyətdir”. O, həyatda baş verən kontrastları vurğulamağa can atırdı. Buna ən təsirli nümunə “Öpüş” və “Bir vaxt o, dəbilqə qayıranın gözəl arvadı olmuşdu” əsərləridir. O, dəfələrlə ötüb keçən məhəbbət, ölüm mövzularına müraciət etmişdi. İkinci əsərində isə, onun mövzusu Vilyonun məşhur poemasından götürülmüşdür və qadın ən pis vəziyyətdə, pərişan şəraitdə, demək olar ki, skelet kimi təsvir edilmişdir. “Ölpüş”dəki məhəbbət alovunda yanmaqdan həzz alan xoşbəxt qızla bu bədbəxt qadın arasındakı fərq həyatdakı kontrastı əks etdirir.

 

Roden onun dövrünü valeh edən problemlərdən birinin birbaşa ürəyinə nüfuz edir – qadın kişi üzərində ağalıq edir. Bunu o, heyrətamiz “Hər şeyi məhv edən qadın” əsərində təsvir edir. Freyd nəzəriyyəsinə inam bəsləməklə, o, bizə elə bil ki, dişi pələng olan qadının kişiyə hücum etməsini göstərir. Qadın öz ovu kimi taqətdən düşmüş kişinin üzərinə atılır və kişi ona müqavimət göstərmir. Kişi qadın üçün qul ola bilər, bunu o, “Əbədi büt” əsərində açıb göstərir. Burada qadının başı incə şəkildə irəli əyilmişdir. O, aşağı, elə bil ki, sakit gecənin yüksəkliyindən kişiyə baxır, axırıncının üzü elə bil ki, bol çiçəklərin içərisində olan kimi  qadının döşündə gizlənmişdir. O, həmçinin diz çökmüşdür, lakin daşda olmaqla aşağıdadır. Onun əlləri öz arxasında yerləşmişdir, elə bil ki, lazımsız, boş şeylərdir. Bu qrupda sirli böyüklük nəzərə çarpır. Roden çox hallarda olduğu kimi, bunun mənasını da izah etməyə cəsarət etmir.

 

Roden ardıcıl olaraq qadının femme fatale – “bədbəxtlik gətirən qadın” kimi izah edir, bunda o, romantiklərin təxəyyülünə əsaslanır. Rodenin əsərində qadın özünün sevilməsinə icazə verir, hissiyyatlı qaydada öpüşlər daşqınına bürünür, sevdiyi kişinin öpüşlərinin sayı, çəkisi isə yoxdur. İyirmi beş yaşlı kişinin öpüşləri hərarətli və sarsıdıcıdır.

 

Roden sənətində erotisizm məzmuna nüfuz edir. Burada şair Bodlerin təsiri də hiss olunur. Bodlerin ölümündən sonra Roden onun başının heyrətedici heykəlini yaratmışdı. Bodler əsrin digər şahidlərindən daha çox onun günah və lənət konsepsiyaları ilə razılaşırdı, bunlara isə XIX əsr rəssamlarının və yazıçılarının təxəffülündə rast gəlmək mümkündür. Dantenin “Cəhənnəm qapıları” ilə Bodlerin təsirinin çuğlaşdığı yol çox mühüm xarakter daşıyırdı. Bu ali əsərinin formalaşması üçün belə iki mənbə Rodenin bacarığının əsasında dayanırdı, bunlar özünü onun həyat fəlsəfəsinin böyük hissəsini olduqca zəngin qaydada ifadə edirdi.

 

Bodlerin təsiri Rodenin lesbianizmlə razılaşdığını ifadə etməyə kömək edir, bu, onun “Heyranlıq və ekstaz”, “İctimai qadın”, “Sarılmış qadın” və “Vakkanaliya” kimi sənət əsərlərində müşahidə olunur. Bu, ona qadın bədənlərinin qeyri-adi mələklər görünüşündə göstərmək imkanı verir, kontrast şəkildəki insan əlaqələrini araşdırmağa qadir edir. Bu vaxt baş verən gənc və yaşlı, müqəddəs və dünyəvi sevgi arasında deyil, normallıqla ondan uzaqlaşmaq arasındadır.

 

Rodenin məhəbbət ehtirası, şəhvət duyğusu dini şəxsiyyətləri təsvir etməsinə də toxunmamış qalmır. Qadının kişiyə malik olması arzusunu təklif etmək sahəsindəki onun istəyi o qədər böyük idi ki, o, bu hissi yanaşmanı özünün 1894-cü ildə yartdığı “Xrist və Maqdalina” əsərində də tərəddüd etmədən tətbiq etdi. Maqdalinanın aydın göstərilən yançaqlarını, demək olar ki, barokko üslubunda təsvir edir. Onlar Xristin bədənini qucaqlayan kimi sıxırlar, elə bil ki, qadın bütün varlığını bir məşuqə sıçrayışı ilə onun qolları arasına atır. Mövzunun belə araşdırılması xristian konfiqurasiyasına roman notu kimi təqdim olunur.

 

Roden deyirdi ki, “Antik heykəltəraşlıq insan bədəninin məntiqini, mən isə onun psixologiyasını axtarıram”. Onun psixologiyanın inkişafı ilə xüsusən yaxın əlaqəsi var idi. O, Freyd nəzəriyyəsinə də hörmətlə yanaşırdı. Onun “Əbədi bahar” əsərində elə görünür ki, gənc qəflətən qızı öpmək üçün qolları arasına alır, bu da onun oturma oxunu yöndəmsiz qaydada dəyişir, bu vaxt qız isə öz növbəsində elə görünür ki, bunu anlamadan özünü təslim etmək istəyir. Bu anatomik cəhətdən çox sadədir. Adəmin bir tərəfə əyilməsi onun bütün bədəni ilə razılıqdadır, həm də onun qorxusunu göstərir. Bu vaxt qız özlüyündə bəlkə də bunu başa düşmədən özünü təslim edən kimi görünür. Bu anatomik cəhətdən əsas addım  kimi təsvir edilmişdir. Adəm bir tərəfə əyilr, bütün bədəni ilə buna çalışır ki, Həvvanın qorxusunu nəzərə alsın. Onun başı öz biabırçılığını “bilə” bilər, ona görə də öz bədənində yoxa çıxmaq istəyi kimi görünür və dramatik qaydada uzanmış barmaq hələ də Allahın barmağı ilə kontaktdan əsir, bu jest, heç şübhəsiz, Rodenin əsərində Sikstin kapellasının tavanını yada salır. Mikelancelonun məşhur freskasında bu, “Adəmin yaranışı” tablosunda Allahın Adəmin əlinə barmağı ilə toxunması ilə ifadə olunur.

 

Dini mövzudan bir qədər abstraksiya edilsə, “Əbədi bahar” kompozisiyasında “Öpüş”də olan kimi qadın məhəbbət anında, kişinin hərarətli ağuşunda təsvir edilir. Hər ikisində əsl təmiz məhəbbətdən xəbər verən, bircə anlığa mövcud olsa da, hər şeyi öz alovunda məhv edən öpuş vasitəsilə kişi ilə qadının birgə, qarşılıqlı bağlılıq hissləri təqdim edilir. Xüsusən “Əbədi bahar”dakı səhnə hər iki gəncin hissiyyatın fiziki ifadəsindən daha çox, onları özünə əsir etmiş yanğını söndürmək üçün bu vasitəyə əl atdıqlarını göstərir. Mərmərdən yonulmuş kompozisiyada Roden qeyri-adi həll yolunu tapmışdır, dizi üstə düşən gənc qızın füsunkar bədəni, bu bədənin bütün ləyaqətləri ecazkar bir ifadədə təsvir olunur. Qızın sağ qolunun oğlanın başını özünə tərəf əyməsi, onun incə bədənini, məhəbbətə çağıran döşlərini seyr etməyə, əslində bu səhnəyə heyran olmağa çağırır. Oğlan isə sağ qolu ilə qızın çiynini qucaqlayıb, başını əymiş, sol qolunu həzzdən məst şəkildə uzatdığı tərzdə, dodaqlarını susuzluqdan təşnə adam səhradakı vahədə ağzını soyuq bulağa qapadığı kimi, qızın dodaqlarına möhürləmişdir.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.25.