Ürəkdən yazılan misralar

 

 

Bu yaxınlarda şair Mahir Cavadlının "Misra-misra ürəyimi yazıram" şeirlər toplusu nəşr edilib.

 

Kitabın əsas qayəsini müəllfin dünya həyat, cəmiyyət insanlar haqqında maraqlı düşüncələri, doğma yurduna, torpağına bağlılığı, bəşəri duyğuları dərin sevgisi təşkil edir.

 

Professor Vaqif Yusifli kitaba yazdığı "Şeirdir...təbiidir, ürəkdən gəlir" adlı önsözdə şairin həyat yaradıcılığından söhbət açıb: "Mahir Cavadlının şeirləri müxtəlif mövzudadır, yəni onun həyatda düşündürürsə, onu yazır. Ümumiyyətlə, Qarabağ mövzusu Mahirin şeirlərində əsas motivlərdən biridir. Mahir Cavadlı hisslərini poetikcəsinə ifadə etməyi bacarır, çünki o sözün sehrini aça bilir. Onun sevgi şeirləri yaşanılan, duyulan hisslərin poetik ifadəsi kimi diqqəti cəlb edir. Mahir Cavadlının sevgi şeirləri təkcə aşiq-məşuq arasında münasibətləri deyil, həm ümumən, məhəbbətin qüdrəti, insanı saflaşdırmaq, təmizləmək missiyasını da yerinə yetirir".

Kitabdakı şeirlər "Tanrı yazısı", "Təbim yetə təbiətə", "Gəz, dolan dünyanı", "Qələmim, qəm-ələmim", "Adamlar, adamlılar", "Sevgi dolu bir ürəyəm", "Məsum sətirlər" başlığında yer alıb.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 6 noyabr.- S.7.