50 yaşlı Sehirli xalat 

 

  Noyabrın 12-də Nizami Kino Mərkəzində C. Cabbarlı adınaAzərbaycanfilmKinostudiyasında çəkilmişSehrli xalatuşaq filminin 50 illik yubileyi keçirilib. 

 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edilib.

Yubileydə Cavid İmamverdiyevin ssenari əsasında çəkilmiş videoçarx nümayiş olunub Nizami rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi  uşaq qrupu çıxış edib. Filmdə  çəkilmiş aktyorların filmin çəkilişi  haqqında xatirələri maraqla qarşılanıb.       

 

Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı  Dövlət Film Fondunun təşkil etdiyi fotosərgi nümayiş edilib.

 

525-ci qəzet.- 2014.- 14 noyabr.- S.7.