Qarabağ atları latviyalı rəssamın gözü ilə

 

 

Noyabrın 26-da "Natəvan" qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın "Qarabağ atları" adlı sərgisi açılıb.

 

AzərTAc xəbər verir ki, sərgi "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının "Arts Council Latvia" ilə əməkdaşlığı çərçivəsində Mədəniyyət Turizm Nazirliyinin Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

 

Sərginin açılışında çıxış edən Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Qalib Qasımov sərginin bədii məziyyətlərindən söhbət açaraq vurğulayıb ki, istedadlı rəssam-animalist Alla Dzevaltovskayanın Azərbaycanda ilk dəfədir keçirilən bu sərgisi böyük marağa əks-sədaya səbəb olub.

 

Çıxış edənlər "bir-biri ilə dərdləşən" atların qədim Azərbaycan torpağı olan Qarabağın düşmən tapdağı altında qalmasından sanki "məyus" olduğunu, şahə qalxaraq azərbaycanlıları mübarizəyə səslədiklərini söyləyiblər.

 

Yağlı boya ilə çəkilmiş tablolarda rənglərin çığırtısı, insan duyğularına nüfuz etməsi, atların gözlərindəki həyəcan, burun pərələrindəki döyüş çağırışı, küləklərlə döyüşən yalmanlarındakı mübarizə ruhu, məğrur duruşlarında oxunan düşmənə qəzəb hissi tamaşaçıları heyran qoyub. Dərin psixoloji təsir oyadan sərgidə tamaşaçılar bu gözəlliyi həyəcanla seyr ediblər.

 

Vurğulanıb ki, Alla Dzevaltovskaya böyük ustalıqla Qarabağ atlarının gözlərində yaşayan dərdi sabaha böyük ümidlə baxan işığı məharətlə əks etdirə bilib. Ən başlıcası isə rəssam yüzlərlə ürəyi sanki eyni ritmlə döyündürə, qələbə ruhuna kökləyə bilib. Atların qaçması, şax dayanıb çarpışması, bəzən dərin xəyala qərq olurmuş kimi təsvir edilməsi bu gün Qafqazın böyük bəlası olan müharibə ağrısını yada salır.

 

İnsanda insanlıq hissini oyadan "Qarabağ atları" sərgisi noyabrın 30-dək davam edəcək.

 

525-ci qəzet.- 2014.- 28 noyabr.-S.7.