Tunc dövrünə aid maddi mədəniyyət
qalıqları
Yazılı mənbələr Cənubi Azərbaycanda və ona qonşu
ərazilərdə etnososial
səciyyə daşıyan
birləşmələrin mövcudluğu
barədə məlumatlar
verir
Azərbaycan ərazisində yaşamış
tunc dövrü tayfalarının hərbi
döyüşlərdə iştirak etməsi barədə yazılı
mənbələr çox
az məlumat
verir. Bu baxımdan
arxeoloji mənbələrə
istinad etmək daha məqsədəuyğundur.
Belə ki, Azərbaycanın tunc və ilk dəmir dövrü arxeoloji abidələrində qədim
tayfaların hərb işi az
da olsa əksini
tapıb. Əsasən Azərbaycanın müxtəlif bölgələrində
arxeoloji qazıntılar
zamanı təsadüf
olunan maddi mədəniyyət nümunələri
arasında hərb işini təmsil edə biləcək əşyalar və bədii tərtibatlı məmulatlar üzərində
döyüş səhnələri
müşahidə edilən
kompozisiyalara təsadüf
olunur ki, bu da qədim
tayfaların hərb işi barədə müəyyən fikirlər
söyləməyə əsas
verir.
Bu kompozisiyalarda biz qədim
tayfaların siyasi, iqtisadi, dini-ideoloji və mifoloji baxışları ilə
yanaşı, bədii
təfəkkürünü də izləyə bilir və maddi
mədəniyyət nümunələri
içərisində elə
çoxsüjetli kompozisiyalara
rast gəlirik ki, onlar xalqımızın
qədim tarixini özündə əks etdirən dəyərli mənbələr sayıla
bilər.
Azərbaycanın arxeoloji abidələrində
təsadüf olunan maddi mədəniyyət nümunələrinin əsas
hissəsini qəbir materialları təşkil
edir. Qəbirlər və yaşayış
yerləri qədim etnosların adət-ənənələrini
özündə qoruyub
saxlayan yeganə maddi mədəniyyət abidələridir. Tunc və
ilk dəmir dövrünün
inanclarına görə,
qəbirlərə ölən
şəxsə məxsus
əşyalarla yanaşı,
müxtəlif məişət
əşyaları qoyulurdu.
Qəbirlərdə skeletlər əsasən
kürəyi üstə,
dizləri və qolları bükülü
vəziyyətdə təsadüf
olunur. B.Derjavin dizləri qatlanmış,
kürəyi üzərində
dəfn adətinin Şumer mədəniyyətinə
xas geniş bir ərazini əhatə etdiyini göstərir. Şumer, Assur Türkiyə
tayfaları ilə qonşuluqda yaşamış
Azərbaycan türk tayfalarının adət və ənənələri,
dini-inancları və
dünyagörüşləri yuxarıda göstərilən
tayfaların həyat tərzi və dünyagörüşləri ilə
şübhəsiz ki,
eyniyyət təşkil
etməyə bilməzdi.
Tunc dövrünə
aid maddi mədəniyyət
qalıqları və
yazılı mənbələr
Cənubi Azərbaycanda
və ona qonşu ərazilərdə
ilk böyük tayfa ittifaqlarının etnososial
səciyyə daşıyan
birləşmələrinin mövcudluğu və cəmiyyətdə ictimai
bərabərsizliyin güclənməsi
ilə əlaqədar
tayfalararası etnomədəni
əlaqələr barədə
qiymətli məlumatlar
verir.
Aşşur, Babil, Akkad, Şumer, Elam kimi güclü dövlətlərlə
qonşuluqda yaşamış
Azərbaycan tayfaları
sözsüz ki, yadelli hücumlara da məruz qalmışlar.
Bunun nəticəsi idi ki, son tunc-ilk dəmir dövründə
Azərbaycanın, demək
olar, bütün yaşayış məskənləri
möhkəm müdafiə
divarları və siklopik tikililərlə əhatə olunurdu.
Aşşur çarı II Adad-Nerarinin
(e.ə. 911-890) zamanında
Aşşurlar Azərbaycan
ərazilərində qarətçi
yürüşlər ediblər. Bunu təsdiq edən yazılı mənbə Xocalıdan tapılmış
II Adad-Nerariyə məxsus
muncuq üzərindəki
yazıdır: "Adad-Nerarinin,
qüdrətli hökmdarın
sarayı". Bu arxeoloji tapıntı Azərbaycan ərazisinə
olan basqınlardan və hərbi yürüşlərdən xəbər
verir.
Culfa rayonunun
Xaşkeşin kəndi
yaxınlığında aşkar
olunmuş Urartu çarı Menuaya aid mixi yazı Urartu çarlarının
bu əraziyə basqınlar təşkil etdiyini təsdiq edir. V.Baxşəliyev yazır:
"E.ə. II minilliyin
sonu - I minilliyin əvvəllərində Azərbaycanın
iimalında yaşayan
Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının
Naxçıvana daxil
olması bu dövrdə ehtimal ki, tayfalararası ziddiyyətlər və siyasi hadisələrlə
bağlı olub.
Azərbaycan ərazisində dağıdılmış
və yandırılmış
(məsələn, I Kültəpədə
2 m-ə yaxın mədəni
təbəqə kül
qatı ilə örtülüb) şəhərlər,
yaşayış məskənləri
bir daha müharibələrdən xəbər
verir. Bundan başqa yaşayış
məskənlərindən və qəbir abidələrindən arxeoloji
qazıntılar zamanı
silahların əldə
olunması şəhər
və kəndlərin
hücumlara məruz qaldığını göstərir.
Əraziyə hücumlar, qanlı
vuruşlar, döyüşlər
və müharibələrin
olmasını arxeoloji
əşyavi dəlillər
bir daha sübut edir. Azərbaycan ərazisində aparılan
arxeoloji qazıntılar
nəticəsində təsadüf
olunan döyüş
əşyalarına və
silahlara - ox, nizə ucluqları, cida başlıqları, gürz,
toppuzlar, döyüş
baltaları, xəncərlər,
qılınclar və
tuğ-bayraqlar daxildir.
Ön Asiya döyüş baltaları ilə Azərbaycan baltaları arasında ümumi oxşarlıq Qafqaz və Asiyanın qədim tayfalarının
metallurgiya ocaqlarının
bir-biri ilə iqtisadi-mədəni və
siyasi əlaqələrinin
mövcud olduğundan
xəbər verir.
Q.İ.İone, B.B.Piotrovski "skif" tipli (qanadsız) ox ucluqlarının
bu ərazilərdə
tapılmasını Ön
Asiya yürüşləri
ilə - midiyalılarla
əlaqələndirir. Tuğ-bayraqlar hər bir dövrdə dövlətçiliyin
rəmzi olub. Tarixdən məlumdur ki, tuğ-bayraqlar qədim tayfalarda, xüsusilə də türklər arasında geniş yayılıb. Tuğlar dövrünə
görə hökmdar
tərəfindən əyanlara
hakimiyyət rəmzi mənasında verilirdi.
Tunc dövrünə
aid tuğ-bayraqlar Şəmkir
rayonunun Qaracəmirli kurqanından və s. ərazilərdən məlumdur.
Onların döyüş arabalarına bərkidildiyi
və döyüşlər zamanı tuğ-bayraq rolu
oynadığı düşünülür.
Azərbaycandan
əldə olunan maddi-mədəniyyət nümunələri
içərisində silahların üstünlük təşkil
etməsi və adətən kişi qəbirləri
üçün xarakterik olması, qəbirlərdə bir və
ya bir neçə ədəd təsadüf olunmasına əsasən
demək olar ki, dövrün döyüşçüləri
hərb işinə önəmli yer verib, yaxşı təlim
keçmiş və daha mükəmməl silahlanaraq öz
şücaətlərini və qüvvələrini
döyüşlərdə göstəriblər.
Göygöl
rayonundan arxeoloji qazıntı zamanı əldə olunan tunc tac son tunc-ilk dəmir dövrünə aiddir.
Tacın tapılması hələ
tunc
dövründə bu ərazidə olan dövlətçilikdən
xəbər verir.
Bildiyimiz kimi, atların rolu hərb işində
böyükdür. Azərbaycanda, o cümlədən Cənubi
Qafqazda aparılan arxeoloji qazıntılar bu ərazilərin
dünyada atçılığın ən qədim məskənlərindən
biri olduğunu sübut edir. Köməktəpə
abidəsindən əldə olunan at skeleti hələ eneolit
dövründə Azərbaycanda atın əhliləşdirilməsindən
xəbər verir. Azərbaycanda
atçılıqla bağlı ən geniş
tapıntılar e.ə. II minilliyin ikinci yarısı - I
minilliyin əvvəllərinə aid arxeoloji abidələrdən
əldə edilib. Məlumdur ki, at
dövrünün ən etibarlı nəqliyyat və minik
vasitəsi olub. Qobustan, Gəmiqaya və Kəlbəcər
petroqliflərində atla bağlı təsvir olunan süjetlər
eneolit və tunc dövründə Azərbaycan
tayfalarının atdan minik vasitəsi kimi istifadə etdiklərini
bir daha təsdiq edir.
Gəncə, Qarabağ və Şəmkirin tunc
dövrü qəbir abidələrindən tapılmış
atlara məxsus astroloji qalıqlar, Qaracəmirli kurqanından əldə
olunan at arabasının müxtəlif hissələri və
at əlhəslərinin ərazilərdən tapılması
Azərbaycan tayfalarının hərb işində atın
önəmli yer tutması barədə fikirlər söyləməyə
əsas verir.
Bildiyimiz kimi, qədim tayfaların təfəkküründə
at mühüm rol oynayıb. Qədim
nağıllarımıza nəzər saldıqda atın
murada yetişmək kimi mifik baxışları özündə
cəmləşdirdiyini görürük. Bundan başqa at qədim türk tayfalarının təfəkküründə
namus, qeyrət rəmzi olub. Bununla yanaşı bəhs
etdiyimiz mövzuya aid kəmərlər üzərində
öküz, qartal, qrif, maral və s.
obrazlarla bağlı təsvirlər də geniş
yayılıb. Bu obrazların bədii məmulatlar
üzərində təsvir olunması heç də təsadüfi
deyil. Allahlar, şahlar, şər və
xeyir qüvvələr maddi mədəniyyət nümunələri
üzərində ibtidai icma dövrünün inanclarına
görə müxtəlif heyvanlar şəklində əks
olunurdu.
Bu dövrlərdə döyüş zamanı zirehli
geyimlərdən istifadə olunurdu ki, bunun da bariz nümunəsi
bədii tərtibatlı tunc kəmərlərdir. Kəmərlər
üzərindəki kompozisiyalar döyüş
arabalarının və süvarilərin döyüşdə
iştirak etməsini bir daha sübut edən dəyərli mənbələr
sayıla bilər. İkitəkərli hərbi
arabalara gəldikdə isə Azərbaycanın qayaüstü
petroqliflərində bu təsvirlərə rast gəlinir.
Aparılan arxeoloji tədqiqatlar bir daha sübut edir ki,
Yaxın Şərq tayfaları ilə Azərbaycan
tayfaları arasında münasibətlər yalnız ticarət
əlaqələrində deyil, ictimai-siyasi prosesləri
qabarıq şəkildə əks etdirən abidələrdə
də özünü göstərir. Belə ki, biz maddi mədəniyyət
nümunələri arasında elə çoxsüjetli
kompozisiyalara rast gəlirik ki, onlar xalqımızın qədim
dövr tarixini özündə əks etdirən dəyərli
tarixi mənbələr hesab oluna bilər. Belə mənbələrdən biri
Naxçıvanın Şərur rayonundan əldə olunan təsadüfi
tapıntıdır. Kəmərin
tapıldığı yerdən zınqırovşəkilli
möhür də əldə olunub. Möhürün
üzərində ayaqları qatlanmış qanadlı dağ
keçisi və ona halqavari şəkildə dolaşan ilan təsviri
var. Keçinin ilanla təsviri Mesopotamiya və Cənubi Azərbaycan
qliptikasının geniş yayılmış motivlərindəndir.
Məlumdur ki, ayaqları qatlanmış heyvan
fiqurları Qədim Şərq incəsənəti
üçün də xarakterikdir. Bu tip keçi təsvirlərinə
Rassamara, Qezer və Ağaverdidən tapılmış
möhürlər üzərində də rast gəlinib. Keçinin ayaqları bükülmüş təsvirləri
Manna və Skif incəsənəti üçün də
xarakterikdir. E.ə. II minillikdən
"heyvan stili" mədəniyyəti Azərbaycan
tayfaları arasında da geniş yayılıb. E.ə. I minilliyin əvvəllərində Şumer incəsənətindən gəlmiş
real və fantastik heyvan obrazları Azərbaycanın son tunc və
ilk dəmir dövrü incəsənət nümunələri
üzərində geniş yer alıb. Möhür
və kəmərin bir yerdən tapılması isə onun
tanınmış, həm də eyni bir şəxsə məxsus
olduğunu göstərir. V.Baxşəliyev
hər iki tapıntını e.ə. VIII-VII əsrlərə
aid edir.
Göründüyü kimi, tunc və ilk dəmir
dövrünə aid maddi mədəniyyət qalıqları
və yazılı mənbələr Cənubi Azərbaycanda
və qonşu ərazilərdə ilk böyük tayfa
ittifaqlarının, etnososial səciyyə daşıyan birləşmələrin
mövcudluğu, cəmiyyətdə ictimai bərabərsizliyin
güclənməsi və tayfalar arasında siyasi-iqtisadi, etnomədəni
əlaqələr barədə qiymətli məlumatlar verir. Məlumdur ki,
Azərbaycanın qədim tarixi bütün qədim Şərq
ölkələrinin tarixi ilə sıx və qırılmaz
şəkildə əlaqədar olub. Aşşur,
Babil mənşəli mənbələr əsasən Urmiya
gölü ətrafındakı əraziləri
işıqlandırsa da, Urartu mənbələri Cənubi
Qafqazın Arazətrafı əraziləri barədə məlumat
verir. Naxçıvan və Zəngəzur
bölgələrində iki qayaüstü yazının
aşkar olunması Urartu tayfalarının ərazilərə
basqınlar törətməsindən xəbər verir.
Şərur və Xaçbulaq rayonlarından əldə
olunmuş tunc kəmər parçaları üzərindəki
çoxsüjetli kompozisiyalar Azərbaycan ərazisində
baş verən hərbi yürüşlərin bariz göstəricisidir.
İradə Avşarova,
tarix üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 1 oktyabr.- S.14.