Ölən türk - mənəm

 

 

 

"Qırgızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, kərkükəm, elə görk mənəm,

Sənin gözlədiyin qərib türk mənəm,

Salam, dar ağacı... Əleyküm salam!"

Rüstəm Behrudi

 

                                 

Tarixçi İlhan Bardakçı anlatmışdı.

 

"Əhməd Kabaklı ilə Kərkükdə gəzirik. Sahibi türkmən olan bir zərgər dükanına girdik. Divarda qırmızı lentli bir osmanlı nişanı asılıydı. Əhməd bəy maraqlandı. Alıb baxdıqdan sonra dəyərini soruşdu.Türkmən hirslə bığlarını çeynəyib:"Əfəndi,- dedi. O dövlətdir, dövlət satılarmı?" İkimiz gözləri dolu özümüzü bayıra atdıq... Həm utanmış, həm qürurlanmışdıq".

 

Bu xatirəni Almaniyada mərhum İlhan Bardakçıdan dinlədiyimizdə biz ağlamışdıq, göz yaşı tökmüş qürurdan köksümüz qabarmışdı. : "İştə bu milləti ayaqda tutan bu duyğudur" demişdik. Şüur, kibir olmayan qürur mirasa sahib çıxma... Bu millətin genlərinə işləyən, bu milləti minbir təhlükə tələdən qurtaran iştə bu dəyərlərdir.

Amma son zamanlar sanki bizə nəsə oldu... Unutqan, laqeyd olduq. Ən yaxınlarımızı unutduq, fəryadlara qulaq tıxadıq, əhəmiyyət vermədik. Ən böyük dəyərlərimizdən biri olan vəfa duyğusunu itirdik.

 

Musulda, Telafərdə minlərcə qardaşımız "Türkiyə, gəl" deyə fəryad edərkən qulaqlarımızı tıxadıq.

 

Gündə mən,

Kölgədə sən, gündə mən

İldə bir qurban olur

Sənə qurban gündə mən.

 

zaman türkmənləri Türkmən elini düşünsəm, bu xoyrat yadıma düşür. Hey gündə, günəşin yaxıcı istisində qalmış, davamlı qurbanlar vermiş az daha yox ediləcək hala düşürülmüş türkmənlər, qəriblər, yalnızlar, bizim öz qardaşlarımız...

 

İsrail Qazzəyə Ramazanda bombalar yağdırarkən, ölülərinə belə hörmət göstərmədən, Allahu Əkbəri bir ölüm maşını halına gətirən, sözdə müsəlmanlar da Türkmən elində tam 1600 türkməni Allahu Əkbər deyərək qurşuna dizirdilər. Yollarda pərişan olan qadın uşaqlar, təcavüz edilən gənc qızlar...

 

Allahım, bu cəza? Tək günahları dünyanın ən böyük imperatorluqlarını qurmuş Səlcuqluların mirasçısımı olmaq? Yoxsa  türkcənin ən böyük şairi Füzuli kimi bir şairi bağrından çıxarmaqmı günah?

Camal Balaban gözəl söyləmiş:

 

Qurban olam mən sənə,

Qardaş idik min sənə,

Bu dağları aşıb da;

Bir yanıma ensənə.

 

Min illik qardaş yanına enəcəkmi, əlini tutacaqmı, ona yar, yarasına mərhəm olacaqmı, Allah bilir. Amma fəryadlar ərşə çıxıb acı ürəkləri deyil, bütün insanlıq dəyərlərini dağlayır.

 

Bütün acıların, işgəncələrin, ölümlər bir yana, işin ən dəhşətli tərəfı adı Türkmən eli olan Səlcuqluların özbəöz davamı  İraq Suriyadakı türkmənlərin demoqrafik quruluşu topdan dəyişdi yurdları əllərindən alındı. Ən qorxunc durum da bu durumdur. Arada sərhədlər olsa da, xəritəyə baxıldığında Suriyadan Bağdadın yaxınlarına qədər yayılmış türkmən şəhər kəndləri darmadağın edildi, insanları sürgün edildi, izləri silindi. Bir parçası kürd bölgəsinə, bir parçası da İŞİD-in sözdə dövlətinə bağlanan bu torpaqlarının ahı gec ya tez mütləq birilərini yerlərdə süründürəcək.

 

Günlük siyasətlə sərxoş olan, bütçülüyü, etnik və məzhəbi damarları yenidən qabaran insanlarımız, nə yazıq ki, bu qorxunc durumun fərqində deyillər. Qazzədə şəhid edilən məsum filistin xalqı üçün küçələrə çıxanlar, etiraz edənlər millətimizin bu məzlum parçası üçün səslərini belə çıxarmırlar. Durmadan Amerika və Qərb üçün söylədiyimiz ikiüzlü, ikili standartlı baxış bucağı bu deyilmi?

 

İnsansa, onlar da insan!

Müsəlmansa, onlar da müsəlman!

Məzlumsa, onlar da məzlum!

Ölməksə, onlar da ölürlər.

 

Amma bir fərq var, əlbəttə ki... Filistində ölənləri fanatik israillilər, Türkmən elində ölənləri Allahu Əkbər deyənlər öldürürlər.

 

İstanbulda dilənən türkmən balalarını gördüyümdə o tarixi gözəl Hələb şəhəri gəlib gözlərimin önündə durdu.Və Aşıq Qəribin o "Şən olasan, Hələb" şeiri...

 

İştə gəldim gediyorum

Şən olasan, Hələb şəhri.

Çok əppəyin-duzun yedik

Halal eylə Hələb şəhri

 

Aşıq Qərib düşdü yola,

Xızır yardımcısı ola.

Göründü gözümə sıla (yurd, el-oba)

Şən qalasan, Hələb şəhri.

 

Hələ dünən Ərzurum, Qars kimi bizim olan Hələb şəhəri şən olmadı, olmadı. Qoymadılar. Olan ordakı min illik türkmənlərə oldu. Yurdlarından olundular. Balaları İstanbulda dilənçilik edirlər.

 

Musul, Kərkük, Telafər... Hamısı yanğın yeri. Kürdün sahibi var. Süryaninin, ərəbin sahibi var. Bir tək türk sahibsiz, türk qərib... Dünən Almaniyanın WDR radiosunda bir qrup xristianın İraqın kürd bölgəsinə sığındığını kürdlərin onlara sahib çıxdığını Amerika Avropanın bu mövzuda kürdlərə yardım etməsi lazım olduğunu söyləyirdi bir mütəxəssis...

Etsinlər...

 

Can candır: istər xristian olsun, istər bütpərəst... Biz isə... ölək?!..

 

 

Orxan ARAS Almaniyadan yazır

525-ci qəzet.- 2014.- 2 oktyabr.- S.7.