Xalq
Yazıçısı Qılman İlkinin 100
illiyi qeyd edilib
Oktyabrın 1-də saat 19:00-da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında Qılman İlkinin 100 illik yubileyi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən
məlumata görə,
təntənəli yubileydə
"Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin
ifasında musiqi parçaları, ədibin
müxtəlif əsərləri
əsasında hazırlanmış
səhnəciklər və
ssenari müəllifi olduğu filmlərdən fraqmentlər tamaşaçıların
diqqətinə təqdim
olunacaq.
Qeyd edək ki, Qılman
İlkin "Qalada üsyan", "Şimal
küləyi", "Hədiyyə",
"Dağlı məhəlləsi",
"Dəniz qapısı",
"Madam Qədri" kimi
kitabların müəllifidir.
O, xidmətlərinə görə
"Qırmızı əmək
bayrağı", "İkinci
dərəcəli Böyük
Vətən Müharibəsi"
ordenləri, iki dəfə Azərbaycan
Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq"
mükafatına və
"Xalq yazıçısı"
fəxri adına
layiq görülüb.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 3 oktyabr.- S.7.