Xalq yazıçısı Elçinə Serbiyanın “Kariç qardaşları” təqdim olunub

 

Serbiya Milli Teatrında Qərbi Balkan regionunda böyük nüfuza malikKariç Fondutərəfindən təsis olunmuşKariç qardaşlarımükafatlarının on yeddinci təqdimetmə mərasimi keçirilib.

Kariç qardaşları”nın builki beynəlxalq mədəniyyət incəsənət sahəsində ədəbiyyat nominasiyası üzrə mükafatı Azərbaycanın Xalq yazıçısı Elçinə təqdim edilib. Kariç qardaşlarıBeynəlxalq mükafatının idarə heyəti Elçinin onillikləri əhatə edən ədəbi fəaliyyətini Azərbaycan xalqının mənəvi inkişafına töhfə kimi qiymətləndirib. Bildirilib ki, yazıçının uzun illər ərzində əldə etdiyi mükafat sertifikatlar təkcə Azərbaycanda deyil, ümumilikdə, beynəlxalq aləmdə onun malik olduğu ədəbi nüfuz kimi qəbul edilir. İyirmidən artıq dilə tərcümə olunmuş əsərlərini nəzərə alaraq, məşhur nüfuzlu müasir yazıçılardan biri kimi builkiKariç qardaşlarımükafatına ədəbiyyat nominasiyası üzrə namizədlər sırasından Azərbaycanın Xalq yazıçısı Elçin layiq görülüb.

Mükafatı yazıçıya Serbiya Parlamentinin deputatı Azərbaycanla dostluq qrupunun üzvü Draqomir Kariç Kariç Fondu”nun prezidenti Danitsa Kariç təqdim edib. Tədbir zamanı serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Xalq yazıçısı Elçin Serbiyanın aparıcı KİV-lərinə müsahibələr verərək, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, qədim tarixi, eləcə zəngin mədəni ədəbi irsi, ölkəmizdə mövcud olan tolerantlıq mühiti Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı danışıb.

Azərbaycanın Xalq yazıçısı Elçin yerli deputatlar, ictimai xadimlər, ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları, eləcə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyilə əsaslı təmir bərpa edilmişTaşmaydanparkına gedərək, ümummilli lider Heydər Əliyevin orada ucaldılmış möhtəşəm abidəsini ziyarət edib. Eyni zamanda, görkəmli serb yazıçısı Milorad Paviçin parkdakı abidəsi Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi ziyarət olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 4 oktyabr.- S.17.