Yunanıstanda Azərbaycan Mədəniyyəti
Günləri uğurla keçib
Ölkəmizi dünyaya tanıtmaq
üçün Heydər
Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə
keçirilən Azərbaycan
mədəniyyəti günləri
bu il
Yunanıstanın paytaxtı
Afinada təşkil olunub. Tədbirlər çərçivəsində
Azərbaycanın tarixi-mədəni
irsinin təbliği, iki ölkə arasında əlaqələrin
genişləndirilməsi məqsədilə
proqramlar tərtib edilib.
"Baku-2015"
Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını
əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı afinalılar
və digər ölkələrdən gələn
qonaqlar üçün
böyük maraq doğurub. Heydər Əliyev Fondu,
Azərbaycanın Yunanıstandakı
səfirliyi və Yunanıstanın Marianna V.Vardinoyannis
Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş konsert təhsilə dəstək layihəsinə
yardım xarakteri daşıyıb. Xeyriyyə
konserti beş
min tamaşaçı tutumu
olan Afinanın qədim məkanlarından
biri - "İrodio"
Teatrında keçirilib.
Konsertdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, UNESCO-nun
xoşməramlı səfiri
Marianna Vardinoyannis, Yunanıstanın
ictimai-siyasi və mədəni dairələrinin
nüfuzlu şəxsləri,
Afina sakinləri və turistlər iştirak ediblər. Tədbirin aparıcısı Heydər
Əliyev Fondu və onun prezidenti
Mehriban Əliyevanın
fəaliyyəti barədə
məlumat verib. Bildirilib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif
sahələrlə bağlı
layihələr həyata
keçirir.
Daha sonra çıxış edən
Azərbaycanın Yunanıstandakı
səfiri Rəhman Mustafayev ölkələr
arasında bütün
sahələrdə əlaqələrin
inkişaf etdiyini, siyasi münasibətlərin
yüksək səviyyədə
olduğunu, mədəni
əməkdaşlığın isə xüsusi yer tutduğunu qeyd edib. Səfir Yunanıstanda
ölkəmizlə bağlı
dolğun məlumatın
olduğunu deyərək
bu tədbirin də Azərbaycanı daha yaxşı tanıtmaqda mühüm rol oynayacağını vurğulayıb və bu işə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü
bildirib.
Çıxışlardan sonra konsert başlayıb. Afina tamaşaçılarının qarşısına Əməkdar
incəsənət xadimi
Fəxrəddin Kərimovun
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət
Simfonik Orkestri və Dövlət Rəqs Ansamblı çıxıblar. Konsertdə həmçinin,
xalqımızın mədəni
ənənələrində və tarixində dərin köklərə
malik olan muğam da səslənib.
Yunanıstanda keçirilmiş
mədəniyyət günlərində
nümayəndə heyətinin
tərkibində iştirak
edən Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru və Bakı Musiqi Akademiyasının dosenti Şükür Səmədov öz səfər təəssüratlarını
belə bölüşüb:
"Biz Dövlət Simfonik
orkestrinin tərkibində
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə bir çox ölkələrdə
qastrol səfərlərində
olmuşuq. Bu səfərlərdə Azərbaycan
mədəniyyəti günlərinin
təşkil olunması
ölkəmizin mədəni
irsinin dünyada tanınması miqyasında
çox mühüm addımdır. Yunanıstan səfərimiz
də bizim üçün çox yaddaqalan oldu. Xüsusən də Afina şəhər sakinlərinin
və turistlərin məşqlərimizi maraqla
izləmələri, alqışlamaları
bizim üçün
böyük fəxr idi. Sentyabrın 28-də baş tutmuş
konsertdə isə Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı çox möhtəşəm bir proqramla tamaşaçıların
qarşısına çıxdı.
Konsertdə Ü.Hacıbəylinin
"Koroğlu" uvertürası,
Qara Qarayevin "Yeddi gözəl" əsərindən parçalar,
S.Hacıbəylinin "Karvan"
simfonik lövhəsi,
F.Əmirovun "Azərbaycan
kapriççosu", Niyazidən
"Qaytağı", Rəqs
Ansamblı ilə birgə isə "Koroğlu" operasından
"Cəngi", "İgidlər"
və "Qızlar"
rəqsi, Eldar Mansurovun "Odlar yurdu" əsəri səsləndi. Hər kəs tərəfindən
maraqla qarşılanan
ifa isə Azərbaycan muğamları
ilə yunan xalq rəqsi "Sertaki"nin sintezindən ibarət kompozisiya oldu. İstedadlı tenor Yusif Eyvazovun
ifasında italyan musiqiləri də rəğbət doğurub".
Azərbaycan mədəniyyəti günlərinə
Yunanıstan mətbuatında
da geniş yer ayırılıb. Heydər Əliyev
Fondundan alınan məlumata görə, ölkənin kütləvi
informasiya vasitələrində
Afinada keçirilmiş
tədbirlər barədə
bir çox məlumatlar verilib. Bildirilib ki, bu mədəniyyət
günləri yunan xalqına Azərbaycanı
daha da yaxından
tanıtmaq imkanı qazandıracaq. "Egiakoumis.gr" saytında dərc olunan "Mədəniyyət
və incəsənət
Yunanıstanla Azərbaycanı
birləşdirir" adlı
məqalədə deyilir
ki, 2014-cü ilin aprelində Afinada Bakı Musiqi Akademiyası, iyun ayında isə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Azərbaycanın
Dövlət Kamera Orkestri böyük tamaşaçı auditoriyası
üçün konsert
verib. Fondun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva bununla kifayətlənməyərək
Yunanıstana Azərbaycan
mədəniyyətinin digər
sahələrini də
təqdim etmək niyyətindədir. Xatırladaq
ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi,
Azərbaycan mədəniyyətinin
təbliği məqsədi
ilə bu günədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdə bir
sıra tədbirlər,
müxtəlif layihələr
həyata keçirib".
Nigar SƏMƏDLİ
525-ci qəzet.- 2014.- 9 oktyabr.- S.7.