Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalın xüsusi mükafatını qazanıb

 

Permdə I Beynəlxalq Martin MakDonax Festivalı başa çatıb.

Adalet.az festivalın rəsmi saytına istinadən xəbər verir ki, səkkiz gün ərazində festival çərçivəsində əfsanəvi irland dramaturqunun pyeslərinin 15 ən parlaq tamaşası nümayiş olunub. Makdonax həftəsində Avstriyadan, Almaniyadan, Polşadan, Çexiyadan, Böyük Britaniyadan, Bosniya Hersoqovinadan, Rusiyadan olan teatr kollektivləri çıxış edib. Azərbaycandan isə festivala Gənc Tamaşaçılar Teatrı "Yalqız Qərbtamaşası ilə qatılıb. Festivalın ev sahibi olan "U Mosta” Perm teatrı tamaşalarını müsabiqədən kənar təqdim edib.

 Azərbaycan Gənc Tamaşaçılar Teatrı MakDonax festivalı prezidentinin xüsusi mükafatını qazanıb. Festivalın Qran-prisini isə Çelyabinsk Dövlət Dramatik Kamera Teatrı qazanıb.

Xatırladaq ki, bu tamaşa ötən il layihə çərçivəsində hazırlanıb. Tamaşanın rejissoru Yan Van Den Boşdur. Tamaşada əsas rollarda aktyorlar Rasim Cəfərov, Vüsal Mehrəliyev iştirak ediblər.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 16 oktyabr.- S.7.