Əsərləri - V cild
(1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
İngiltərənin qaradakı böyük rəqibi ilə bərabər digər bir qüvvət daha meydana gəliyordu. Bu qüvvət Rusiya kibi yalnız qara qüvvəti degil, eyni zamanda İngiltərənin bəhriyyəsi ilə də boy ölçüşüyordu. Avropanın mərkəzində böyük bəhriyyə, böyük ordu və böyük ticarətə malik ahənin bir yumruq dügümləniyordu.
Rusiya təhdidini Almaniya qorxusu əvəz ediyordu. Gün keçdikcə Almaniya qüvai-bərriyyə və bəhriyyəsi qüvvətləniyor; bu qüvvət artdıqca və yaşam ilə ricali-dövləti İngiltərənin izzəti-nəfsini qıracaq bir tövr və əda ilə idareyi-lisan etməkdən kəndilərini alamıyorlardı.
İngiltərə işbu qorxu müqabilində ənənəvi siyasətini dəgişdiriyordu. Yapon müharibəsində dögülmüş, nəticədə Almaniyanın iqtisadi nüfuzu altına düşmüş olan Rusiya ilə anlaşmaq lazım gəliyordu.
Bunun üçün də xarici siyasət İngiltərə mühafizəkarlarından liberallarına keçiyor; Sazonov ilə ser Edvar Keri Orta Asiyayı nüfuz məntəqələrinə bölüşüyorlardı. Nəhayət, 1907 etilafı ortaya gəldi. Türkiyə, İran və Türküstan ərazisi bir zaman Hindistan səngərlərini təşkil etməkdə ikən imdi yiyəsiz mal kibi təqsim olunuyordu.
Ora – sənin, bura – bənim, razılaşalım denilir, ümumi düşmən qarşısında köhnə rəqabətlər unuduluyordu.
Bu gedişlə iş o dərəcəyə gəldi ki, biri-birinin kölgəsini qılıclayan Rusiya-İngiltərə siyasətini hərbi-ümumi əsnasında müttəfiq olaraq gördük. İstanbulu müdafiə üçün Krımda qanını tökən və Apasfanusdakı rus ordusunu İstanbula buraxmamaq üçün bəhriyyəsini Mərmərə dənizinə gətirən Böyük Britaniya eyni İstanbulu eyni ruslara verdirmək üçün bəhriyyəsindən mühüm bir qismini tələf etdirmək, yüz minlərlə əskərlərini dənizə tökdürmək qədər böyük bir inad və fədakarlığa qədər vardı.
Nəticə bəlkə də London siyasilərinin intizarı xilafində olaraq pək parlaq çıxmışdı, bir daşla iki quş vurulmuşdu. Nə İngiltərənin mühafizəkar lordlarını qorxudan böyük Rusiya, nə də liberallarını vəhşətə salan qüvvətli Almaniya qalmışdı.
lll
İmdi beş sənəlik müharibəyi bitirmək, müharibədən olduğu kibi müsalihədən də müzəffər olaraq çıxmaq lazımdı. Əsl mərifət də bu idi.
Bunun üçün nə yapmalı idi?
İştə “Tayms”ın bəyənməyib də mütərəddid dedigi siyasət bu siyasətdir.
Lord Kerzonun təyinilə ingilis nimrəsmisi bu mütərəddid siyasətin dəgişəcəgini ümid ediyor.
Bu xüsusun təhlili isə ayrı bir məqaləyə mütəvfəqdir.
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 19 təşrini-sani (noyabr) 1919, ¹325
İzmehlal – məhv olma
Bərriyyə – çöl, səhra; insan
Gözlərimiz aydın!
Arzularını qüvvədən-felə gətirməyi əzm edən bir millət heç bir zaman istədigindən məhrum qalamaz.
Ən müqəddəs bir həqqin verdigi həqqaniyyətlə istiqlalını almaya əzm etmiş olan Azəri Türkünün qulağına çoxdan intizar elədigi ruhnəvaz bir səda gəldi:
Azərbaycan istiqlalı təsdiq edildi!
Gözlərimiz aydın.
İngiltərə xariciyyə naziri Lord Kerzonun təklifi üzərinə Müttəfiqlər Şurayi-Alisi Azərbaycan ilə Gürcüstanın istiqlalını təsdiq eləmişdir.
Böylə bir xəbərin gələcəgindən ildən ziyadə bəkləyən Azərbaycan xəlqi məyusluq əlamətləri göstəriyor idisə də, siyasətimizi idarə edən məhfillər üçün xəbər pək də qeyri-müntəzir degildi.
Ehtimal ki, bu qədər təxirdən sonra müttəfiqlərin bu xüsusdakı təəccüblərinə Denikin qüvvətinin sürətlə inhilalı dəxi səbəb oldu.
Müttəfiqlərin böyük xətası da burada idi ki, onlar bolşeviklərə qarşı təbii hail olmaq üzrə müstəbid Denikinin qüvvəsini iltizam etdilər. Halbuki təbii bir hökuməti-milliyyə şəklində təşəkkül edən yeni dövlətləri lüzumunca təqdir degil, ehmal etdilər. Bu ehmal nəticəsi olaraq bu gün məzkur dövlətlərin təşkilatı arzu olunur bir dərəcədə degildir.
Şimdi gözləməlidir ki, təsdiqi-istiqlal bir əmri-vaqe olduqdan sonra bu günə qədər görülən ehmal siyasəti dəgişərək fəal bir şəkil alacaqdır.
Hər halda məsələnin bu kibi əməli cəhətlərinin təhlilini başqa bir zamana buraxalım, bu gün arzuyi-millimizin beynəlmiləl bir təsdiqindən və bu surətlə mövcudiyyəti-siyasiyyəmizin aləmşümul bir məna və əhəmiyyət aldığından məmnun olaraq bayramlaşalım:
Gözlərimiz aydın!
Fəqət bunu da biləlim ki, bu hal bizi daha ziyadə çalışmaya, daha böyük əzmlərlə iləriləməyə vadar etməlidir.
Yaşasın istiqlal!
M.Ə.
“Azərbaycan”, 13 qanuni-sani (yanvar) 1920, ¹12
İnhilal – açılma, dağılma,
bir-birindən ayrılma
Hail – maneə
Bolşevizmin təlimi
Rusiya bolşeviklərinin Avropa imperializmi və bu “imperializmin pişdar səngərlərini” təşkil edən Rusiyadan ayrılmış yeni Qərb hökumətləri ilə olan münasibatını təhlil edərkən, Moskva sovet hökumətinin bu xüsusda aldığı vəziyyətə təslimdən başqa ad vermək mümkün degildir.
Kapitalizmə elani-hərb etmiş bulunan Rusiya hökuməti Avropanın qalib dövlətləri ilə icra elədigi müzakirə nəticəsində Avropa və Amerika sərmayədarlarına imtiyazlar verməyi qəbul ediyor. Avropa sərmayədarlarına imtiyaz vermək sosializm üsuli-istehsalından imtina etməkdən başqa bir şey degildir. Bunun böylə olduğunu zatən bolşevik peyğəmbəri Lenin kəndisi dəxi etiraf eləməkdədir. Fəqət Leninin bir tələbi var ki, sosializm birdən-birə təsis edəməz. Sərmayədarlıq üsuli ilə bərabər dəxi tətbiq oluna bilərmiş.
Bu elmi məsələ əfkari-ümumiyyədən ötrü bolşevizm təliminin nədən ibarət olduğunu bəlkə də bütün vüzuhilə açamaz. Fəqət bütün nüfusi biryarım milyondan artıq olmayan Estoniya ilə Rusiya arasında əqd olunan müslühənamə o qədər fahiş bir şeydir ki, bolşevizmin buradakı təslimini siyasətdən anlamayan tifli-əlifbaxan belə görməyə bilməz.
Kəndisi ilə mühasib bulunan kiçik Estoniyaya sülh təklifində bulunmuş olan Moskva hökuməti Baltik dənizindən içəri Rusiyaya Estoniya vasitəsilə tranzit mal keçirə bilmək müqabilində baxınız nə kibi şərtləri qəbul eləmişdir.
1. Moskva ilə Estoniya arasındakı bütün dəmir yollarının imtiyazı Estoniyaya verilir.
2. Estoniyanın ərazi həqqindəki müddəbatı tamamilə qəbul olunuyor.
3. Estoniya Rusiya borcundan hissəsinə düşəcək qismindən tamamilə azad tutulur.
4. Estoniyaya mülahəqq bulunan Rusiya vilayətlərindəki sərvəti-tərbiyyə imtiyazatında Estoniyaya digər əcnəbilərə nisbətlə həqq təqdim veriliyor.
5. Ən fahişi bu ki, Estoniya Rusiyadan qızıl (altun) olaraq 15 milyon rublə təzminat alıyor.
Böyük bir dövlətdən ötrü qeyri-qail təhəmmül bir dərəcədə mucibi-zill olan bu qədər ağır şərait müqabilində Baltik sahili üçün təmin olunan tranzit həqqini bolşevik mətbuatı böyük bir zəfər kibi təsmiyyə ediyorlar. Onlarca, Estoniyanın bu sülhü Rusiyanın xammalına şiddətlə möhtac bulunan Avropanın bolşevizmə qarşı bir təslimi imiş. Fəqət bütün sərvəti-təbiyyəsi ilə bərabər əlində qızılını vermək surətilə imperializmi “təslimə” vadar edən Rusiya bolşevizminin bu gedişilə nərələrə gedəcəgini kəsdirmək müşkül bir şey degildir.
Əski Rusiyanın qərbində təşəkkül edən hökumətlərin Rusiya bolşevizmi ilə əqdi-sülh etmələrini hər halda Antantanın və bilxassə İngiltərənin siyasi bir məğlubiyyəti kibi tələqqi etmək mümkün degildir, çünki teleqraflar bizə Lloyd Corcun Polşayı Rusiya ilə sülh əqdinə təşviq eləməkdə olduğundan xəbər veriyor.
Heç şübhəsiz ki, bir neçə gün sonra Estoniya misilli bir sülhün Polşa ilə əqd olunacağını da eşidəcəgiz. Polşadan sonra əlbəttə ki, Finlandiyaya gələcək və bütün bu dövlətlərə Rusiya bolşevizmi əlindəki altunu ilə bərabər sərvəti-təbiyyəsinə aid imtiyazlarını bol-bol verəcəkdir.
Bu vasitə ilə doğrudur ki, Rusiya pək çox möhtac olduğu ziraət makinalarını və sair ləvazimi alacaq. Fəqət eyni zamanda da bütün xammallarının və təbii sərvətlərinin ixtiyarını əlindən çıxarmış olacaqdır.
Burasını da bilməlidir ki, Estoniyaya verilən imtiyazlar həddi-zənnində Estoniyaya verilməmişdir. Çünki est sərmayəsinin Rusiya sərvətlərini istifadə edəcək bir qüvvət və imkanda olmadığı aşkardır. Fəqət qəzetə xəbərləri Estoniyanın arxasında Amerika sərmayəsinin durduğunu bildiriyorlar. Adı Estoniyanın olacaq işbazları təbiidir ki, Amerika sərmayəsi işləyəcəkdir.
Öylə də Polşaya veriləcək imtiyazları fransız, Finlandiyaya veriləcək ixtiyarı da bilafərz İngiltərə sərmayəsinin kullanmayacağı nə məlum.
Hər halda bolşevizm ilə hərb etmək fikrindən nükul edərək kəndisi ilə anlaşmaq tərzini iltizam edən Avropa siyasəti üçün bolşeviklər ilk nəzərdə Antantaya təslim oldu – deyə bilərlərsə də, yapılan müsalihələrin mahiyyəti həqqini təslimin kimə aid olduğunu aşkar göstərməkdədir.
M.Ə.
“Azərbaycan”, 11 şubat (fevral) 1920, ¹29
Pişdar – avanqard
Fahiş – əxlaqazidd, mübaliğəli
Nükul – vaz keçmə
Türkiyə məsələsi
Həlli gözlənməkdə olan dünya məsələləri arasında bizi ən çox əlaqədar edən ana məsələlərdən biri yox, bir neçəsi heç şübhəsiz ki, Türkiyə məsələsidir.
Türkiyə məsələsi heç bir zaman biz azərbaycanlılar üçün ürəgimizin ən nazik pərdələri ilə hiss olunur bir məsələ halından xaric olmamışdır.
Aləmi-islamın hər zamanda kəndi daha həssas, daha rəqiq və daha həyəcanlı olaraq duyduğu bir məsələ bizim üçün həm türk, həm də azərbaycanlı olmaq etibarilə daha incə və daha müəssir bir duyğu və qayğı halını iktisab eləmişdir.
Biz qəddar düşmən əlində biaman düşüb də “Ay haray, imdad!..” deyə bağırdığımız pək ümidsiz bir zamanda “harayımıza” çatan “dil və din” qardaşlarımızın əndişəli günlərini nasıl duymaz burada Bakı xilasında şəhid düşən qazilər və orada İstanbulu müdafiə üçün sinələrini sipər edən fədailərin eyni bir vəzifə, eyni bir ümid və məqsəd yolunda ölə bildiklərini nasıl unuturuz?!..
Antantanın Azərbaycan istiqlalını təsdiqi xəbəri yas içində bulunan İstanbulda bir toy kibi tələqqi edilmiş, istiqlalımızı təsdiq günlərində yapdığımız şənliklərdə İstanbulun türklərdən alınacağına aid çıxarılan xəbərlər xəlqimizdə toy içində bir yas təsiri hasil etdirmişdi.
Təbiidir ki, kəndisilə bu dərəcədə mərbut bulunan bir məsələyə Azərbaycan əfkari-ümumiyyəsi heç bir zaman laqeyd qalamaz. Bu xüsusdakı qeydkeşligini Azərbaycan əfkari-ümumiyyəsi ilə bərabər vəziyyəti-siyasiyyəmizin münasib bir şəkildə olmaq üzrə məhafili-siyasiyyəsi dəxi münasib gördükcə bəyan eləmişdir.
Bakının türklərdən alınacağı xəbəri Azərbaycanda nə kibi bir təsir hasil edərsə, İstanbulun türklərdən alınacağı xəbəri də – daha ağır demək istəməsək – hər halda eyni təsiri hasil edər. Öylə də İzmirin yunanlara təslimi, Naxçıvanın ermənilərə təslimindən az tələqqi olunamaz.
Azərbaycan xəlqinin – türklük, müsəlmanlıq əlaqəsi bir yanda – sadə həqpərvərligi və insani düşüncəsi belə bu qədər məkfinəti-mətanət və mərdlik göstərən əsatürlü türkünü təbiisindən məhrum bir halda görməyi qətiyyən təsəvvür edəməz. Çünki bunu nə hövsələsinə sığdırıyor, nə də vicdani-bəşərə rəva görür.
Çünki o, bütün o alərə rəğmən Anadolu türk qardaşında böyük bir həyat qabiliyyəti görür, bunun dəlili olmaq üzrə də Türkiyənin bugünki halını göstərir “xəstə adam” tələqqi olunan məmləkət bütün talesizliginə rəğmən məğlubiyyətin acı təsirlərinə Rusiyadan da, Avstriyadan da daha ziyadə təhəmmül göstərdi. Qəvami-ictimaiyyəsini dağıtmadı, şirazeyi-binasını pozmadı. Həm həqiqətən də öylə: bütün yoxsulluqlar içərisində bu gün səlahinə sarılı hüquqi-təbiisini təkrar bazusi və son qətrə qanı ilə müdafiəyə mühəyya bir millət görmüyormuşuz?!...
Əvət, bir millət görüyoruz ki, Ərəbistanın kəndisindən ayrılmasına tamamilə razı, fəqət kəndisinin əksəriyyətlə oturduğu yerlərdə kəndi hökuməti, kəndi idarəsi, kəndi hüquqi və kəndi hürriyyəsilə yaşamağa azim!
Bir millət ki, onun bugünki bu həqqi-müddalərinə bütün türk millətləri, bütün aləmi-islam degil, Avropa əfkari-ümumiyyəsinin də qismi-mühimmi bu gün boyun qoymaqda davasını həqli görməkdədirlər.
İştə bir azərbaycanlı nöqteyi-nəzərindən böylə milli bir rabitə və mənəvi bir qüdsiyyətlə tələqqi olunan məsələnin surəti həllinə aid varid olan müxtəlif xəbərlər təbiidir ki, pək ziyadə bir diqqətlə təqib olunur.
Keçən nüsxələrimizdən birisində Türkiyə müqəddəratının İstanbula aid fəqərəsində üç surət həllin təsəvvür olunduğunu yazmışdıq. Bu surətlərdən Türkiyə faidəsinə olan qism həqqində ingilis siyasətinin daha pək inkar olmadığını qeyd eləmişdik. Son posta ilə alınan mətbuat ingilis nöqteyi-nəzərində dəxi bu xüsusda getdikcə kəsbi-vüzuh etməkdə olduğunu göstəriyordu. Nəhayət, axırki günlərdə alınan teleqraflar qəti surətdə göstəriyor ki, İstanbul məsələsi türklərin faidəsinə olaraq həll edilmişdir.
Bu xəbər bittəbii əfkari-ümumiyyə üzərində böyük bir hissi-təsir hasil edəcəkdir.
Fəqət Türkiyə məsələsinin hüsni-həllinə bir müqəddimə ola biləcək bu xəbər daha məsələnin tamamilə müvafiq bir şəkildə həll olunduğunu göstərəməz. Anadolu hərəkati-milliyyəsi yalnız İstanbul məsələsilə iktifa edəmiyor, ortada bir də İzmir məsələsi var, o da həll olunmalı, o böyük haqsızlıq dəxi təshih olunmalıdır.
Bir İstanbul, bir İzmir məsələlərinin fövqündə bir də Anadolu türklügünün həqiqi istiqlalı və iqtisadi inkişafının təmini məsələsi vardır.
Türkiyə əski ərazisindən, Rumelisindən, Misirindən, Tunisindən, Şamından, Hicazından, İraqından, Beynəlnəhrinindən həpsindən keçər, bəşərta ki, Anadolu təkrar kapitalyusyunlara məruz qalmasın, bəşərta ki, artıq qanı, canını kəndi yurduna, kəndi övladına sərf edən türk məhmədcigi yurdunun həqiqi sahibi olsun.
Böylə olursa, o zaman türkün yaralı qəlbi sağala bilər və böylə olursa, o zaman Türkiyənin dostları rahət bir nəfəs çəkib dünyada ədalətin mövcud olduğuna inanırlar! Ümid edəlim ki, böylə olacaq. Çünki türk milləti böylə istiyor, çünki vicdani-bəşəriyyət böylə əmr ediyor!
M.Ə.Rəsulzadə
“İstiqlal” qəzeti, 17 şubat (fevral) 1920, ¹6
Rəqiq – incə, həssas
Qara təəssüb
Dünyada nə olsa “İttihad” onu mütləq “Müsavat”dan görər. Bu kərə çirkin üzünə tutduğu “türklər” pərdəsini birdən-birə sıyrılıb düşdügünü dəxi “Müsavat”dan gördü. Bir ildən ziyadə Əhmədi, Mustafası, Akifi və Süleymanı sayəsində onların təbliğat və təşviqatları özünü türk dostu deyə tanıtdıran firqənin qəzetəsi imdi bir ildən bəri baş mühərriri olan zatə xristiyan olmuş arnaud deyə təhqir ediyor.
Təhqir ediyor, çünki bir ildən sonra olsa da həqiqəti görüb çəkilməgə məcbur qalan və artıq pərdə olmaq istəməyən əfəndilərin bu hərəkəti həriflərin həqir simasını tamamilə üryan buraxıyor.
İştə bu acının təsirilə “İttihad”ın Məmmədbəyovu (qonorarı yüz mini atlamış dava vəkillərindən olmasın) “Müsavat”dan intiqam almaq qəsdilə bir məqalə yazmış və yaxud yazdırtmışdır diyoruz (çünki bizim bildigimiz Məmmədbəyov isə türkcə yazamaz).
Təbiidir ki, ittihad zehniyyəti heç bir şeyi parasız ölçəməz, əgər türklər bir qənaəti-vicdaniyyə nəticəsi olaraq xidmət elədikləri firqənin qaralığını görərək çıxmazlarsa – Məmmədbəyov nəzərində – bunu maddi bir “qonorar” (hədiyyə) olmadan yapamazlardı. Qononarı da kim verəcəkdi. Əlbəttə “Müsavat”!
Fəqət “Müsavat”da bu qədər pul hardan ki, “İttihad”ın min bir ünvan ilə toplanan kassasına rəqabət eləsin?...
Bu suala cavab hazır qaytansız ağıza nə var ki: dövlətin milyonları onlarda!..
Fəqət “Müsavat” bununla qalmamış, istəmiş ki, “İttihad”ın min bir kələklə topladığı mürəxxəsləri “bir həmlə”də döndərib müsavatçı eləsin. Bunun üçün adam göndərmiş “İttihad” mürəxxəsləri “Rəsulzadənın əksini” və “Müsavat”ın proqramını” paylatmışdır. Fəqət Məmmədbəyovun dediginə görə gözünə döndügüm “İttihad” kəndçiləri məramnamə paylayanları döymüş, “müləvvəs” kağızları da alıb para-para eləmiş və ayağ altında tapdalamışlardır.
Bunu “İttihad” dinə girmiş olan xəlq üçün Məmmədbəyov cənabları böyük bir fəzilət kibi tələqqi ediyorlar.
Fəqət züha təəssüb batil, züha cəhalət tam! Zavallı hərif fərqində degildir ki, bu hal, bu təhəmsizlik, bu başqanın kağızını oxutmazlıq, bu təəssüb hər halda bir qüvvət degil, zəif əlamətidir, sonra Rəsulzadənin şəkli denilən şey bir bəyannamə, intibahnamə degil, sadə bir elannamədir.
Ədəbi və milli bir məcmuənin elannaməsi, oradakı Rəsulzadə şəkli bir firqə nümayəndəsi sifətilə degil, Azərbaycan istiqlalı elan edən ilk Şurayi-Milli rəisi sifətilə dərc edilmişdir. Orada yalnız möhtərəm Rəsulzadənin degil, parlaman rəisi Əlimərdan bəy Topçubaşov həzrətlərinin, hökumət rəisi Nəsib bəy əfəndinin, ordumuzun banisi general Səməd bəyin, ilk Azərbaycan hökuməti rəisi Fətəli xan Xoyski ilə bərabər sair ricalı dövlət və parlaman binası, Xan sarayı kibi milli və tarixi binaların rəsmləri vardı, ittihadçıların mütəəssüb çızmaları altında tapdalanan kağız yalnız Rəsulzadənin şəkli degil, millətimizi, tariximizi, Cümhuriyyətimizi, bir kəlmə, bütün müqəddəsati-milliyyəmizi təmsil edən ərkan və abidati müsəvvər bir vəsiqədir.
İttihadçılar firqəçilik naminə bütün bu müqəddəsatı ayaq altına alıb çətfətəkindən bir zövq alıyorlarsa alsınlar...
Fəqət bərəkət versin ki, bu təəssüb “İttihad” qəzetəsinin dedigi kibi qurultaya gələn köylülər tərəfindən degil, Mərkəzi Komitəsi əzası bulunan bir zat tərəfindən vaqe olmuşdur. Köylülər orada duran novldən paylanan elanları həvəslə alıb oxuduqda ikən Bəşir bəy Müsavatın mübəlliği degil, müvazi bulunan uşaqlara hücum eləmiş və köylü mürəxxəslərə də almış olduqları kağızları cırıb ayaq altına salmayı əmr eləmişdir.
Əfəndilər, iyi olmazmıydı ki, daha saf ürəkli olan xəlqi bu sonu pək fəna gələcək qara təəssübə öyrətməyəydiniz və namuskaranə olmazmıdı ki, kəndiniz işlədiginiz qəbahəti sizə inanmaqdan başqa bir qəbahəti olmayan sadə xəlqə istinad etməyəydiniz!
Köylülər ağanə olar qoyunuz oxuyaq görək nə yazıyor – deyirdilər. Fəqət siz bu hər bir məsləkin rəayət edəcəgi hürriyyət əsasına təhəmmül etmiyor:
– Adə, vurun, cırın!.. diyordunuz. Halbuki siz Bəşir bəy, qarşınızdakı vəzifə qulu kağız paylayan uşaqlar idi.
Məmmədbəyov, səndə əgər bir az insaf, bir az həmiyyət, bir az da siyasi mərifət olsaydı bəd xəbəri eşitdikdə xəcalətinizdən heç olmazsa qızarardın.
Fəqət sən də haqlısan, çünki qara imişsən! Qara isə qızarmaz!..
Niş
“İstiqlal” qəzeti, 17 şubat (fevral) 1920, ¹6
Müləvvəs
– murdar, kirli
Batil –
doğru olmayan, puç, boş
Züha –
günəş işığı
Yanlış
təfsirlər
Azərbaycanın müttəfiq dövlətlər tərəfindən
tanınması pək təbii olaraq Türkiyədə bizə
qarşı dostanə təzahürlərə səbəb
olmuşdur.
İstanbul mətbuatından milliyyətpərvər olan
qismi bu vəqəyə böyük bir əhəmiyyət ətf
edərək günlərlə Azərbaycandan bəhs eləmişdir.
Kəndi müqəddəratının qaranlıqlar
içərisində bulunmasına rəğmən qardaş
bir millətin təsdiqi-istiqlalını böyük bir
sevinclə qarşılayan İstanbul məhafili-siyasiyyə və
milliyyəsi müməssili-siyasimiz bulunan vəzirunə gələrək
ərzi-təbrikat etmişlər. Türk
ocağının təşəbbüsü ilə
darülfünun salonunda türk mühərrirlərindən
Xalidə Ədib xanımın təhti-riyasətində
böyük bir məclis tərtib edilərək “Azərbaycanın
yavru sancağı” (Azərbaycanın bala bayrağı) təziz
edilmişdir.
Türklərin
fazil və əməlpərvər mühərrirəsi həssas
və riqqətavər nitqilə, Yusif Akçura bəy dəqiq
və əhatəli natiqəsi ilə, Həmdullah Sübhi bəy
atəşin və səmimi bəyanilə, böyük
şairi Məhəmməd Əmin bəy də həyəcanlı
bir sükuti ilə (*) Qafqasiya çöllərində,
Bakı istirdadında axan qardaş qanının bihudə yerə
axmadığını zikr etmişlər. Şəhidlər
zikr edilmiş, yetimlər, dul qadınlar təsəlli
bulmuşdur.
Türkiyə Məclisi-Məbusanı dəxi işbu təzahüratə
biganə qalamamışdır. Məbuslardan Hilmi bəylə
Həmdullah Sübhi bəylər tərəfindən vaqe olan
təklif üzərinə Azərbaycan Məclisi-Məbusanını
təbrik etmək qərarı alınmışdır.
Biz Osmanlı əfkari-ümumiyyəsinin
istiqlalımızın təsdiqi üzərinə vaqe olan dərin
təzahüratından bu qədərini təlxis edə
biliyoruz.
Oxuyucular buraya qədər oxuduqları ilə məqaləmizin
ünvanı arasında ehtimal ki, bir münasibət
görmüyəcəklərdir. Həqiqətən də
öylədir. Böylə bir təzahüratda
yanlışlıq görmək kəndisi böyük bir qəflət
və yanlışlıq olardı.
Fəqət yanlış təfsir dedigimiz şey, bittəbii
burada degil, biləks bu, sərfi-təbii olan mənəvi təzahüratı
yanlış anlamaqdadır.
Böylə
yanlış anlayışlar və yaxud bu halilqəsd suyi-təfsir
edənlər az degildir.
İstiqlalımızın
təsdiqi xəbəri çıxar-çıxmaz
İstanbulda nəşr olunan bəzi erməni qəzetələrində
haman Azərbaycan ilə Türkiyə
arasında gizli bir müahidə əqd edildigi nəşr
edildi. Bu xəbər digər Avropa mətbuatı tərəfindən,
yenə bizə dost olmayan məhfillər tərəfindən
başqa donlara geyindirilib məhafili-siyasiyyə üzərinə
təsirlər icra etdirildi. İş o dərəcəyə
gəldi ki, İngiltərə fövqəladə komissarı
Burdrob rəsmən xariciyyə nəzarətimizdən böylə
bir vəqənin mövcud olub-olmadığını xəbər
almışdır.
Türkiyə
ilə Azərbaycan arasında böylə gizli bir müahidənin
mövcud olduğuna bir tərəfdən
istiqlalımızın təsdiqi münasibətilə
İstanbulda vaqe olan təzahürat, digər tərəfdən
də son zamanlarda bəzi firqələr tərəfindən
bolşeviklərin tərvic eləməkdə olduqları
“şərq siyasətinə” fəzlə məyyal
olduqlarını ehtiyatsızca nümayiş etdirmələri
mühüm və mənidar bir dəlil və şahid kibi
göstəriliyor. Bunlara zəmimə olaraq məmləkətimizdə
bulunan türk mühacirlərinə ima olunaraq bunların
burada ruyi-qəbul bulmaları dəxi bizim qüsurumuzdan ədd
olunur.
Düşmənlərin bu kibi vəqələrdən
istifadə edəcəgi bittəbii bizim bir o qədər də
təəccübümüzə mucib olmaz. Çünki
düşmən olduqdan sonra onun vəzifəsi də budur.
Düşməndən əhli-insaf və
mürüvvət olmasını gözləmək
düşmən nə olduğunu dərk etməməkdir.
Fəqət düşmənlərin bu yoldakı
iftiraları görüyoruz ki, məəttəəssüf
dostlarımızı şübhəyə salıyor. Görüyoruz
ki, bu günə qədər bizə, bizim sədaqəti-siyasiyyəmizə
etimad edən qomşularımız, bizə inanan siyasi
dostlarımıza da bir şübhə və əndişə
gəliyor.
Görüyoruz ki, yalnız Türkiyə ilə əqdi-ittifaq
etdigimizə degil, daha ziyadə Türkiyə-Azərbaycan-bolşevik
ittifaqından da bəhs edib duruyorlar və bu bəhsə
inanılmış kibi qərib bir vəziyyət alıyorlar. Azərbaycanın
bu günə qədər təqib elədigi
istiqlalçılıq və azərbaycançılıq məsləkindən
şübhələnərək bizi müttəfiqlərə
qarşı ümumən və qomşularımıza
qarşı xüsusən gizli və mütəcaviz bir siyasət
bəsləməkdə töhmətləndiriyorlar.
Bizi hər şeydən ziyadə mütəəssir edən
müttəfiqimiz Gürcüstan mətbuatının nəşriyyatıdır. Gürcüstan
mətbuatı doğrudan da Türkiyənin Azərbaycanla birləşərək
təcavüzkar bir politika təqib edəcəgindən əndişə
ediyor və yaxud kəndisini öylə əndişənak bir
surətdə göstəriyor.
Ən təbii
hüquqi-milliyyəsini tanıtdırmaq üçün pək
müşkülat içində mübarizə edən
Türkiyəyə “təyini-müqəddərat” əsasına
dayanan yeni bir cümhuriyyət, mətbuatına
yakışacaq surətdə dərdməndlik hissi ərz etməkdən
isə Gürcüstan qəzetələri məəttəəssüf
Türkiyə hərəkati-milliyyəsinə cahangirlik,
Qafqasiyayı tutmaq, xristian milliyyətləri məhv etmək
kibi əcib və qərib fikirlər isnadında bulunuyorlar.
Əcəba, bu isnadlarını nə kibi bir dəlilə
dayandırıyorlar? – deyə soruyorsunuz!
Azərbaycan
istiqlalı münasibəti ilə qardaş hissiyyatı bəyan
etmək “xəta”sında bulunan İstanbul mətbuatına:
İstanbul
mətbuatı Azərbaycan istiqlalından bəhs edərkən
demiş ki:
“Azərbaycanın istiqlalı bizim
istiqlalımızdır!”
“Qafqasiyada tökülən qanlarımız əlhədülillah
ki, hədər getmədi. Dünyaya yeni bir
qardaş hökumət gəldi”.
“Biz bir tərəfdən itirdiksə digər tərəfdən
qazandıq. Çünki bizi Rusiyadan himayə edəcək bir
türk dövləti təşəkkül etdi”.
Bu cümlələr kölgələrindən qorxan
gürcü dostlarımız üçün məəttəəssüf
kafi gəliyor ki, kəndi müqəddərati-siyasiyyəsini
qurtarmaq üçün çapaladığı bir zamanda
qardaş bir dövlətin səadətinə sevinməklə
sevinən və bu sevinclə mənəvi bir təsəlliyat
bulan möhnətkeş Türkiyəyə xatir və xəyalından
keçməyən fikirlər isnad versinlər.
Gürcü
müttəfiqlərimiz bir az insaf etsinlər:
Bakı bolşeviklərin əlində ikən onlar bizə
yardım etmiyor, yardıma gələn türklərə
qarşı almanları çağırıyor da
Bakının istirdadını aylarla geri atıyorlardı. Böylə ikən gərək
istiqlal bayramında, gərək isə Denikinə
qarşı əqd elədigimiz ittifaq dəmlərində və
nəhayət istiqlalımız təsdiq olunduğu günlərdə
azmı dedilər, azmı yazdılar və azmı dedik,
azmı yazdıq ki:
“Gürcüstanın
istiqlalı Azərbaycanın, Azərbaycanın istiqlalı
Gürcüstanın istiqlalıdır”
Əcəba,
gürcü qəzetələri nə
düşünüyorlar:
Böylə deməklə bizim Gürcüstana və
yaxud Gürcüstanın bizə nisbət bir təcavüz
fikri və yaxud ikimizin birlikdə digər sülusə
qarşı hücum qəsdimi vardı?
Əcəba,
nasıl olur da Bakımızın istixlası işində bu
qədər əngəlli görülən qomşu
Gürcüstan bu gün dost bir cümhuriyyət sifətilə
“Azərbaycan istiqlalı bizim istiqlalımızdır!” deyə
bilsin də, istiqlalımız yolunda bu qədər rəşid
övladlarının qanını axıtmış olan və
həqiqətən də əlimizdən tutub bizi
yıxılmış ikən dikəldən qardaş bir millət
bu sözü deyə bilməsin?...
Nədən?!...
İştə “yanlış təfsir” dedigimiz şey
budur.
Məəttəəssüf bu yanlış təfsir var
və yenə təəssüf ki, bu təfsir müqəddərati-siyasiyyəmiz
üzərinə suyi-təsir icra edəcək bir mahiyyət
kəsb etmək üzrədir.
Biz heç bir zaman inkar etmədik və yenə də
etmiyoruz ki, Türkiyə müqəddəratı ilə mənən
mərbutuz. Türkiyə həqqində rəva görülən
bir həqsizlik millətimizin vicdanı və ruhu üzərində
dərin bir acı buraxacağını heç bir zaman gizlətmədik.
İmdi də gizlətmək istəmiyoruz.
Demokratlıq və sosialistlik şüarları
ilə tərbiyə edildigi ilə iftixar olunan gürcü
milləti dəxi zənn etməyiz ki, bu həqsizligi
hüsni-tələqqi edə bilsin. Onların
vicdanı dəxi İstanbulu, İzmiri hüquqi-iqtisadiyyə
və siyasiyyəsi təmamiyyəti-mülkiyyəsi əlindən
alınacaq bir millət üçün sızlar zənn edəriz.
Fəqət
onlarla bizdə bir fərq var:
Gürcü siyasiləri bugünki həqiqi mənfəətləri
xatirinə kütleyi-nasın pək də həssas bir surətdə
duymadığı bir acıyı təsirsiz buraxacaq bir tərzdə
idareyi-lisan edə bilərlər. Fəqət biz “siyasəti-həqiqiyyə”nin bu dərəcəsini istəsək də tətbiq
edəməyiz. Mütəşəkkir ürəgimizə
qardaş qəminə şərik olma deyə bilməyiz.
Yalnız suyi-tələqqi edilməsin, bu o demək
degildir ki, biz duyduğumuz mənəvi acı müqabilində
macəraçıyanə bir siyasətə qapılıb da
hərçe badabad kəndimizi həlakətə soxar və
bu vasitə ilə qomşularımızı da məhv edəriz. Bu yenə o
demək degildir ki, biz Azərbaycan istiqlalını da həlakə
soxmağa hazır olarız.
Yenə işbu məntiqlə biz bu gün bizdə mehman
sifətilə bulunan türk mühacir və millətçilərinə
hər bir məmləkətin göstərməgə məcbur
olduğu mehmanpərəstligi göstərəriz. Bilxassə ki,
bu mehmanlarla biz xilasımıza qoşan fədakar insanların
xatirəyi-şükranı ilə mərbutuz. Fəqət bu yenə o demək degildir Azərbaycan
kəndi siyasətindən kəndi xətti-hərəkətindən
əl çıkib də tamam idarəyi Türkiyədən
gələn millətçilərə veriyor.
Bu gün Azərbaycanda yalnız Türkiyədən
degil, Gürcüstandan, Rusiyadan, Krımdan və sair yerlərdən
gələn bir çox mühacirlər və millətçilər
vardır.
Gürcü
qomşularımızla olan bu “umu-küsü” ilə bərabər
bir az da kəndi “siyasilər”imizdən bəhs
etməliyiz. Bir taqım padrhiva mütəfəkkirlər hind,
əfqan və Afrika məsələlərinin həllindən
fəzlə bəhs edən siyasilər kəndi nəşriyyat
və düşüncələrini bir az mənaca
ölçsələr, bolşevizmin “Şərqə
doğru” şüarına pək çox uymasalar, burada
paşaların iştirakı ilə təsis olunacaq bir
“diktatura”dan və toplanacaq 200 minlik bir ordudan bilapərvazanə
və macəraçıyanə bir surətdə bəhs etməzlərsə
həm həqiqət əhvalə yaxınlaşar, həm bəlkə
də istəməyərək məmləkətləri həqqində
bu qədər yalan xəbərlərə və bu kibi
yanlış təfsirlərə məhəl verməzlər.
M.Ə.
“Azərbaycan”,
25 şubat (fevral) 1920, ¹39
Müməssil
– nümayəndə
Məyyal
– çox meyl edən
* Əmin mütəhəyyic (həyəcanlı)
olduğundan kürsiyi-xitabətə çıxmış və
“pək ziyadə mütəəssir olduğundan söz
söyləmiyorum” – deyə enmişdir. – M.Ə.
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 18 oktyabr.- S.26-27.