Bakıda Beynəlxalq caz festivalı keçirilir

 

Beynəlxalq Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz Festivalı-2014” başlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşan fistivalda dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər iştirak edir. Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilərdən Terri Layn Karrinqtonun kvarteti, Terens Blanşardın kvinteti, Anat Kohenin kvarteti, Mişel Kamilonun triosu, Stenli Klarkın qrupu, Kreyq Tabornun triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları olacaq. Caz həvəskarları həmçinin Azərbaycanın tanınmış ifaçıları Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və digərlərinin də solo proqramlarını izləyə biləcəklər.

Festivalın ilk günündə səhnəyə Kreyq Taborn (fortepiano) çıxıb. Onu Tomas Morqan (bass) Ceyms Betss (zərb alətləri) müşayiət ediblər. Qrupun təqdim etdiyi caz kompozisiyaları alqışlarla qarşılanıb.

Bakı Beynəlxalq Caz Festivalı-2014” oktyabrın 30-dək davam edəcək.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 21 oktyabr.- S.7.