Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yerirolu

 

(Əvvəli ötən sayımızda)

Gəncənin maraqlı abidələrindən biri Hüseyniyyə (Tatlar) Məscididir. XIX əsr tarix-memarlıq abidəsi olan Hüseyniyyə Məscidi 1825-ci ildə İran şahzadəsi Bəhmən Mirzənin qızı Səbiyyə xanım tərəfindən, onun vəsaiti ilə tikilib. Vaxtilə burada müsəlmanların müqəddəs Məhərrəmlik ayında III İmam Hüseynə yas saxlanılıb. Ona görə əhali buranı Hüseyniyyə Məscidi adlandırıb. Eyni zamanda yerli əhali, vaxtilə İrandan gələnləri tat adlandırdığı üçün camaat arasında bu bina Tatlar Məscidi deyilib. Mərkəzləşmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialının fəaliyyət göstərdiyi bu binada 1981-ci ildə dahi şair Nizami Gəncəvinin 850 illik yubileyi ərəfəsində şəhər rəhbərliyinin təşəbbüsü ilə iclas salonunda Xalq rəssamı Toğrul Nərimanbəyovun böyük divar rəsmi vardır ki, rəssam bu divar rəsmini şərti olaraq "Poeziya ağacı" adlandırır. "Poeziya ağacı"nda Nizami Gəncəvinin portreti onun "Xəmsə"sinə daxil olan əsərlərin qəhrəmanları, eləcə qədim Gəncə, əzəmətli Kəpəz, gözəllər gözəli "Göy Göl" təsvir olunub. Hüseyniyyə Məscidi şəhərin Hüseyn Cavid küçəsində yerləşir.

XIX əsr abidəsi olan Bağbanlar Məscidi isə məhəllə məscidi kimi tikilib. Bu məscid digər məhəllə məscidlərindən öz sadəliyi nisbətən kiçik formaları ilə fərqlənir. Ümumi plan Cümə Məscidinin planıdır. Lakin Balabağban Məscidi yerli landşafta böyük məharətlə uyğunlaşdırılıb.Məscidin iki giriş qapısı vardır. Fasadın sağ tərəfində, divarda da giriş qapısı var. Əsas giriş tağlı dərin girişdəndir. Giriş qapıları yerləşən divarlarda deyil, onların əks tərəfində olan üçtağlı pəncərə müasir dövrdə rəngli şəbəkəli şüşə ilə düzəldilib. Məscidin gümbəzi kərpiclə hörülüb. Əvvəllər bu məsciddən kitab mağazası kimi istifadə olunub. Şəhərin Bala Bağban küçəsində yerləşən abidədən məscid kimi istifadə olunur burada "Fatimeyi Zəhra" Qadınlar Cəmiyyəti fəaliyyət göstərir.

1800-1802-ci illərdə Tovuzdan köçüb gəlmiş əhali tərəfindən tikilən Qırıxlı Məscidinin inşa tarixi təxmini olaraq 1880-ci ilə aiddir.

Məscidin həyətində minarə, içərisində mehrab yoxdur. Məscidin ibadət salonu dairəvi formadadır. Bünövrəsi çay daşından gil məhlulundan qoyulmuşdur. Divarları gildən, kərpiclə hörülüb. Məscid ibadət salonundan, iki əlavə otaqdan ibarətdir. Abidənin köhnə qapıları iki tağlı imiş bu o dövrün məscidləri üçün xarakterik sayılır. Abidə xaricdən dördküncdür. İçərisində minbərsiz hücrə var. İbadət salonunun darovsarında ərəb əlifbası ilə rəng içərisində göy hərflərlə yazı yazılmışdır. Bunlar "Quran"dan surələrdir. Abidənin gümbəzi üstündə bir böyük iki kiçik aypara var. Qırıxlı Məscidi uzun müddət "Yaşıl aptek" kimi fəaliyyət göstərib. Hazırda məscid kimi fəaliyyət göstərir.

Qızıl Hacılı Məscidi məhəllə məscidi kimi tikilmiş memarlıq abidəsidir. XIX əsrin əvvəllərində Gəncə şəhərində əhalinin təbii artımı sürətlənib. Bununla belə süni artım da çox idi. Belə ki, 1801-1802-ci illərdə Kaxetiya ruslar tərəfindən işğal edildikdən sonra Borçalı, Qazax, Şəmşəddil mahallarının əhalisi Gəncəyə köçməyə başlayır. Gəncəli Cavad Xan da onlara köməklik edərək köçkünləri şəhərin Böyük Bağman bölgəsində yerləşdirib. Borçalıdan gələnlər Böyük Bağmanda Qızıl Hacılı məhəlləsini salırlar. Məhəllənin sakinləri sonra özlərinə məscid tikirlər bu Qızıl Hacılı Məscidi adlanır. Bu məscidə el arasında Şabanlı Məscidi deyirlər. Bu yəqin ki, məhəllədə yerləşən tayfa tayfa başçısının adı ilə bağlıdır. Bundan başqa həmin adın bu binanı tikən yaxud tikilməsinə təşəbbüs göstərən bir nəfərin adı ilə bağlı olduğunu da güman etmək mümkündür. Bayır divarının üstündəki lövhədə (miladi tarixi ilə 1784) 1209 rəqəmi göstərilmişdir ki, bu da məscidin tikilmə tarixidir. Məscid Gəncə üçün ənənəvi olan tikinti materiallarından: qırmızı kərpicdən tikilib. Gümbəzin üzərini örtən dəmirlər üçkünc formadadır. Gümbəzin üzərindəki kuzə aypara 1980-ci ildə aparılan bərpa işlərinin nəticəsi olsa da, tarixi həqiqəti əks etdirir. Giriş qapısı üstündə tarixi yazılmış lövhə vurulub. Tağlı pəncərələr bu pəncərələr üzərindəki dekorativ işləmələr, kiçik yaraşıqlı hücrələr binanın diqqətəlayiq memarlıq komponentlərindəndir. Facad müasir Təbriz küçəsində deyil, dalana tərəfdir. Qapının yan tərəfindən divarda ikitağlı oyuq, üstündə həmin oyuqların formasını təkrar edən pəncərə var. Qapıdan kiçik dəhlizə, sonra isə kvadrat şəkilli ibadət salonuna girmək mümkündür. Hazırda salona bitişik özünün xüsusi girişi ilə yanaşı ibadət salonuna birbaşa yolu olan dəhliz köməkçi otaqlar müasir dövrün tikintilərindəndir. Məscidin içərisi gəclə suvanıb. Çox güman ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ateizm klubu yerləşdirilərkən dağıdılıb. Qızıl Hacılı Məscidi hazırda Təbriz küçəsində yerləşir. Nizami Gəncəvinin xatirə Ev Muzeyi hal-hazırda bu məsciddə fəaliyyət göstərir.

Binasında hal-hazırda Gəncə Dövlət Nizami Poeziya Teatrı fəaliyyət göstərən Qazaxlar Məscidi 1801-1802-ci illərdə Qazax rayonundan köçüb gəlmiş tayfa üzvləri tərəfindən tikilib. Tədricən Gəncədə məskunlaşan və özlərinin məhəllələrini yaradan əhali, həm də məhəllə məscidlərini də inşa edib. Qazaxlar Məscidi 1886-cı ildə Cümə Məscidinin planı əsasında tikilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyil. Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xaricidaxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hörülüb. Cümə Məscidində olduğu kimi, Qazaxlar Məscidində də üç giriş qapısı var. 1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edilib, buradan anbar, məktəb və s. məqsədlər üçün istifadə olunub.

Azərbaycan öz müstəqilliyini qazandıqdan və islam dini həqiqi qiymətini aldıqdan sonra şəhərimizin Təbriz küçəsində yerləşən bu abidə yenidən dindarların istifadəsinə verilib.

Şəhərin Zərrabi küçəsində yerləşən eyniadlı məscid isə XVII əsrə aid tarix-memarlıq abidəsidir. Bina şəhərin zərgərlik məmulatları hazırlayan sənətkarlar məhəlləsinin məscidi kimi bişmiş qırmızı kərpic və gil-əhəngdən inşa edilmişdir. Bina gümbəzlidir.

Bu kilsə XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilib. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülüb. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad Xana məxsus, 1813-cü ildə müsadirə edilmiş 4498 desyatin torpaq sahəsi verilib. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşayıblar. 1897-ci il məlumatına görə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa ediblər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilib. Tikintidə əsasən tuf daşından istifadə olunub. Binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.

(Ardı var)

Sevinc ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 21 oktyabr.- S.7.