"Kolumbiya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələrini dəstəkləyir"

 

Müsahibimiz Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Penadır.

 

- Cənab səfir,  Azərbaycanla Kolumbiya arasında əməkdaşlığın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Azərbaycan Kolumbiya arasında 20 ildir ki, əməkdaşlıq qurulub. Amma təbii ki, iki ölkənin münasibətlərinin yaxınlaşmasında yüksək səviyyəli səfərlərin  vacib rolu var. 4 il ərzində ölkələrimiz arasında qarşılıqlı olaraq yüksək səviyyəli səfərlər həyata keçirilib. Məsələn, Azərbaycan Respublikasının xarici işlər naziri Kolumbiyaya səfər edib Kolumbiyanın xarici işlər naziri xanım Maria Anxela Olqin Azərbaycana səfər edib. Bu gün iki ölkənin əməkdaşlığı yaxşı səviyyədədir. Amma iqtisadi əməkdaşlığın səviyyəsi ürəkaçan deyil. Bizim qarşımızda bu sahənin inkişafı dayanır.Hesab edirik ki, səfirliyin açılması siyasi potensialımızın istifadəsinə kömək edəcək nəinki siyasi, eyni zamanda iqtisadi başqa sahələrdə əməkdaşlığımızı genişləndirəcək. Bizim əməkdaşlığın inkişafına dair planlarımız böyükdür, ümid edirik ki, bu planları yaxın zamanda gerçəkləşdirə biləcəyik.

-Kolumbiya Cənubi Qafqazda ilk səfirliyini məhz Azərbaycanda  açıb. Bu, iki ölkənin münasibətlərinin inkaşafına hansı təsiri göstərəcək?

- 2012-ci ildən ölkələrimiz arasında siyasi dialoq əsasında mexanizm yaranıb. Bu mexanizm bizim əlaqələrimizi gücləndirir yaxşılaşdırır. Söhbət Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdən gedir. Bu il 4 noyabr tarixində Kolumbiyada 4-cü siyasi məsləhətləşmələr iclası keçiriləcək. Həmin görüşdə geniş  müzakirələr aparılacaq gələcəkdə bunun əsasında yenidən siyasi görüşlər baş tutacaq. Biz Azərbaycanla gələcəkdə mədəni, təhsil, texniki əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirmək istəyirik.

- Ölkənizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mövqeyi nədən ibarətdir?

- Kolumbiya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir. Amma bizim istəyimiz budur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh və ikitərəfli anlayış yolu ilə həllini tapsın. Təbii ki, ATƏT-in Minsk qrupunun apardığı işləri dəstəkləyirik və qiymətləndiririk. Ümid edirik ki, bu münaqişə tezliklə sülh və ikitərəfli anlayış yolu ilə bitəcək.

- Cənab səfir, Azərbaycan və Kolumbiya qarşılıqlı olaraq iqtisadiyyatın hansı sahələrində əməkdaşlıq edə bilərlər?

- Kolumbiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində ilk addımlar atılır. Biz hər sahədə əməkdaşlığa hazırıq. Kolumbiya və Azərbaycan neft ölkələridir və bu sahədə güclü əməkdaşlığımız ola bilər. Azərbaycanın və Kolumbiyanın neft ekspertləri qarşlıqlı səfərlər edib, bir-birlərinin təcrübələrini öyrənə bilərlər. Kənd təsərrüfat sahəsində də əməkdaşlıq edə bilərik. Məsələn, Kolumbiyadan xüsusi güllərin, yaxud tropik meyvələr, kofe və digər məhsullar gətirilə bilər. Turizmotel sahəsində əməkdaşlığımız mümkündür. Bizim qeyd edilən sahədə çox böyük təcrübəmiz var. Kolumbiya tərəfindən Azərbaycan turistləri üçün viza rejiminin ləğv olunması onlar üçün böyük imkandır. İnvestisiyaların qoyulması da iqtisadi əməkdaşlıq sahəsində bizə yardımçı ola bilər.  Yəni biz hər sahədə əməkdaşlığa hazırıq. Hazırda Kolumbiyadan Azərbaycana ən çox güllər, əczaçılıq, metal kimya əşyaları gətirlir.

Biz burada şirkətlərimizin fəaliyyət göstərməsini, qida təhlükəsizliyi ilə bağlı əməkdaşlığın yaranmasını istəyirik. Ümid edirəm ki, gələcək əməkdaşlığımız daha geniş sahələri əhatə edəcək. Bunun üçün həm də xüsusi tədbirlər planının hazırlanmasına ehtiyac var.

-  Latın Amerikası ölkələrində aktiv erməni diasporu mövcuddur. Azərbaycanla əlaqələrin inkişafında onların hər hansı bir maneə törətməsi mümkündürmü?

 - Kolumbiyada erməni diasporu yoxdur. Kolumbiyanın öz xarici siyasəti və hər iki dövlət ilə diplomatik əlaqələri var. Kolumbiya öz xarici siyasətində bütün ölkələrə hörmətlə yanaşır və bunu dünya ölkələrindən tələb edir. Məsələn,maraqlıdır, Kolumbiyada "Armenia" adlı bir yer varorda dünyanın ən gözəl kofeləri istehsal olunur.  Amma o yerin Ermənistanla heç bir əlaqəsi yoxdur.

- İki ölkənin turizm, mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Əsas hüquqi bazanın olmasıdır. Bundan sonra bizim əməkdaşlığımız genişlənəcək. Mədəni layihələrimiz bizə yardımçı olacaq ki, ikitərəfli əməkdaşlığın mexanizmini, strukturunu daha da gücləndirək, genişləndirək. Azərbaycan və Kolumbiya XİN-lər arasında olan sazişə əsasən. Kolumbiyadan ispan dilli müəllimlər gəlib ADA Universitetində ispan dili üzrə təlimlər keçirlər. Diplomatlar üçünbu tətbiq olunur, çünki gələcəkdə əməkdaşlığımızı genişləndirmək istəyiriksə, gərək bir-birimizi başa düşək. Bunu da qeyd etmək olar ki, Kolumbiya dünyada ispan dilində danışan insanların çoxluğuna görə ikinci yeri tutur. Bir sıra mədəni layihələrimiz həyata keçirilir. Kolumbiyadan mədəniyyət, incənət adamları Bakıda olub bizim mədəniyyətimizi burda təqdim etdilər. 2015-ci ildə Kolumbiyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

- Kolumbiya ölkədə geniş yayılan narkoticarətlə mübarizədə  hansı addımları atır və bu məsələ başqa ölkələrlə əməkdaşlıqda hansısa problem yaradırmı?

- Kolumbiya narkotraffinqdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Buna baxmayaraq ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biri narkotraffiqlə, yaxud narkotiklərlə mübarizə aparmaqdır.  Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Burda məsuliyyəti tək Kolumbiya deyil, dünya ictimaiyyəti daşıyır. Ona görə birgə mübarizə aparılmalıdır. Bu mübarizədə çox böyük uğurlarımız olub, eyni zamanda, bu problemdən əziyyət çəkən ölkələrə də öz köməyimizi göstəririk.

 

Pərvanə SULTANOVA

525-ci qəzet.- 2014.- 22 oktyabr.- S.5.