Moskvadakı "Dəvriş teatrı"nın 5  yaşı tamam olub

 

Rusiya paytaxtında 2009-cu ildə açılmış Azərbaycan teatrı artıq beş ildir ki, özünün yüksək səviyyəli tamaşaları ilə Azərbaycan mədəniyyətini, xalqımızın adət ənənələrini fəal təbliğ edir. "Dəvriş teatrı" Moskvadakı "Jar-ptitsa" kukla teatrı nəzdində fəaliyyət göstərir.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin diaspor beynəlxalq hüquq məsələləri üzrə müşaviri yubiley tədbirinə toplaşanları səfir Polad Bülbüloğlunun adından təbrik edərək deyib ki, "Dəvriş teatrı" öz fəaliyyəti ilə Rusiya tamaşaçısını Azərbaycan mədəniyyəti ilə tanış edən fəal təbliğatçı missiyasını doğruldur. Teatrda öz işlərinə ürək yanğısı ilə yanaşan aktyorlar yüksək ifaçılıq məharəti nümayiş etdirirlər.

 

Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru İlqar Hacıyev, Moskvadakı "Jar-ptitsa" kukla teatrının direktoru Lyudmila Neruş, Moskva Satira teatrı direktorunun müavini Mark Qurviç başqaları "Dəvriş teatrı"nın bədii rəhbəri, Azərbaycanın Əməkdar Artisti Mərdan Feyzullayevi teatrın yaradıcı kollektivini təbrik ediblər.

 

"Dəvriş teatrı"nın bədii rəhbəri qeyd edib ki, beş il ərzində bu teatrın səhnəsində Azərbaycan dramaturgiyasının inciləri sayılan 6 əsər tamaşaya qoyulub. Mərdan Feyzullayev teatrın fəaliyyətini daim dəstəkləyən Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimova ÜAK-ın Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevə təşəkkürünü bildirib.

 

Mərdan Feyzullayev "Dəvriş teatrı"nı yaratmağın əsas məqsədini xatırladaraq qeyd edib ki, Rusiyada yaşayan həmvətənlərimiz xalqımızın mədəniyyətini, adət və ənənələrini, zəngin ədəbi irsini unutmamalı, bu dəyərləri Rusiya ictimaiyyətinin geniş təbəqələri arasında təbliğ etməlidirlər. "Dəvriş teatrı"nın bədii rəhbəri vurğulayıb ki, bu ilin dekabr ayında Azərbaycan dram teatrı sənəti tarixində ilk dəfə dünya şöhrətli "Leyli və Məcnun" əsərinin motivləri əsasında tamaşa hazırlamaq planlaşdırılır. O daha sonra bildirib ki, "Dəvriş teatrı" indiyə qədər həm Bakıda, həm də Rusiyanın Murmansk, Sankt-Peterburq, Ulyanovsk, Tverbaşqa şəhərlərində qastrol səfərlərində olub.

 

Mərdan Feyzullayev sonda deyib: "Gələn il Sankt-Peterburqa qastrola gedəcəyik. Bundan əlavə, biz 2015-ci ildə Bolqarıstanda və Türkiyədə keçiriləcək iki beynəlxalq teatr festivalında da iştirak etməyi planlaşdırırıq".

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 23 oktyabr.- S.7.