Rast qrupu Heydər Əliyev Sarayında konsert verib

 

Oktyabrın 21-də əməkdar artist Rəşad Həşimovun rəhbərlik etdiyi “Rast” caz-folklor qrupunun 20 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Pressaz.com-un xəbərinə görə, Tabloid.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutacaqRast 20 il” adlı konsert proqramında tamaşaçılar qrupun köhnə, hit mahnılarını yeni ifa, aranjemanorkestr interpretasiyasında dinləyəcəklər.

Əfsanəvi qrup həmçinin Amerika, Avropa cazını, latın melizmaları, disko və hətta replə improvizə edilmiş bəstələr də təqdim edəcəklər.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 23 oktyabr.- S.7.