Sosial-iqtisadi inkişafın yeni
ünvanı: Ağcabədi
Zəngin maddi-mədəniyyət abidələrinə
malik Ağcabədinin
adı tarixi mənbələrdə ilk dəfə
1593-cü ildə çəkilib
və qədim tayfaların yaşayış
məskəni olub. Bu rayon Qarabağın qədim türk tayfaları sayılan Qaradolaqlıların,
Avşarların, Bayatların,
Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazi
kimi də tanınıb. Qədim tayfaların
məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi də yaşamaqdadır.
İnzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilən Ağcabədi rayonu 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilsə də, iki il sonra, daha dəqiq desək, 1965-ci ildə yenidən müstəqil
rayon statusu alıb. Hazırda mərkəzi Ağcabədi
şəhəri olan bu rayondakı 1 qəsəbə, 44 kənd
yaşayış məntəqəsində
ümumilikdə 130 minə
yaxın əhali yaşayır.
Ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində
olduğu kimi, bu rayonda da
özünü göstərir.
Əhalisi əsasən
əkinçilik və
maldarlıqla məşğul
olan Ağcabədidə
qeyri-neft sektoru inkişaf etdirilir, dövlətin sahibkarlara dəstəyi, İqtisadiyyat
və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa
Kömək Milli Fondunun (SKMF) güzəştli
kreditləri, dövlət
proqramlarının uğurlu
icrasısayəsində yeni-yeni
sənaye, istehsal müəssisələri yaradılır.
Təkcə son illərdə
Ağabəyli kəndində
illik 90 min ton istehsal gücü olan süd emalı müəssisəsi, 5 min tonluq
taxıl anbarı kompleksi, illik 30 min tona yaxın istehsal gücü olan südlük cins iribuynuzlu heyvandarlıq kompleksi, illik istehsal gücü 3,1 min ton olan keçi təsərrüfatı,
Rəncbərlər kəndində
5 min tonluq logistika mərkəzi, Xocavənd kəndində illik 18 min
ton istehsal gücü
olan ət kəsimi fabriki,Dəlləkli
və Muğanlı kəndlərində həcmi
8,8 min tonluq taxıl istehsal müəssisələri,
Ağcabədi şəhərində
7,3 min ton istehsal gücü
olan çörək
istehsalı müəssisəsi
istifadəyə verilib.
Belə istehsal müəssisələrinin yaradılması
rayonun iqtisadi inkişafına müsbət
təsir etməklə
yanaşı, ümumilikdə
500 nəfərə yaxın
yerli sakinin daimi iş yeri
ilə təmin olunmasına da şərait yaradıb.
Misal üçün,
ötən ilin sentyabrında dövlət
başçısı İlham
Əliyevin iştirakı
ilə açılışı
olan "Aqat-aqro" heyvandarlıq kompleksi də regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
həyata keçirilməsinin
bəhrəsidir. Ağcabədi rayonunun Ağabəyli
kəndində yaradılan
kompleks üç min
başlıq iribuynuzlu
heyvandarlıq və iki min başlıq keçi təsərrüfatından
ibarətdir. Ümumi
dəyəri 21 milyon manat olan iribuynuzlu
heyvandarlıq kompleksinin
yaradılmasına SKMF tərəfindən
7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi
təsərrüfatının yaradılmasına isə
3,5 milyon manat güzəştli kredit verilib. İribuynuzlu heyvandarlıq kompleksi
müasir ferma avadanlığı - avtomatik
yönləndirmə və
yemləmə sistemləri,
birdəfəyə 40 baş
inəyin sağılmasına
imkan verən karusel tipli avadanlıq,
soyutma sistemləri və sair ilə
təchiz edilib. Kompleksə hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə
malik 1500 baş
"Holstein Friesian" cinsindən olan inəklər gətirilib, heyvanların sayı ilkin olaraq 2600 başa çatdırılıb. Bunun ardınca,
ötən ilin payız aylarında əlavə 600 baş cins damazlıq heyvan gətirilib. Məqsəd
bir neçə ildən sonra burada heyvanların baş sayının 10 minə çatdırılmasıdır.
Kompleksdə illik 22,8
min ton süd istehsal olunur ki, bu
da illik emal gücü 90 min ton olan "Atena" süd emalı zavodunun xammala tələbatının təmin
edilməsinə imkan verir.
Kompleksdəki 8 ferma, sağım
və yem sexindən ibarət olan 2 min başlıq cins damazlıq keçi təsərrüfatına
Hollandiyadan məhsuldarlığı
və südünün
keyfiyyətinə görə ən yüksək göstəricilərə
malik "SAANEN" cinsindən
olan 1000 baş keçi alınıb gətirilib. Ardınca əlavə 2 min baş cins damazlıq
keçi də alınıb. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram,
südünün yağlılığı
3-3,5 faiz və südvermə dövrü
300 gün olan bu keçilərdən gündəlik 3-4 litr süd sağılır. Tərkibinə görə ana
südünə ən
yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski
olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə
qarşı müalicəvi
effekti olması keçi südünün
əsas üstünlüklərindən
sayılır.
Bununla yanaşı, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılıb. Təsərrüfatda dövlət investisiyaları hesabına su və enerji təminatı yaratmaq məqsədilə 10,7 kilometr Yuxarı Mil kanalı, 10 kilometr yüksəkgərginlikli elektrik xətləri çəkilib, ərazi boşaldılaraq sahibkara 49 il müddətinə müsabiqə yolu ilə icarəyə verilib. Həyata keçirilən bu layihənin ümumi dəyəri isə 27,6 milyon manat olub. Bunun 17,6 milyon manatını sahibkarın vəsaiti, 10 milyon manatını isə dövlətin güzəştli krediti təşkil edib. Təsərrüfatda ABŞ-ın "John Deere" şirkətinin müasir texnika və aqreqatları, kombaynları ilə təchiz olunan özəl "Aqroservis" yaradılıb və 30 min tonluq taxıl anbarı tikilib. Ərazidə ABŞ-in "Lindsay" şirkətinin istehsalı olan 47 süni yağışyağdırma sistemləri - pivot quraşdırılıb. Bu da orta məhsuldarlığın 2 dəfə artmasına, suvarma suyuna 2-3 dəfə qənaət edilməsinə, torpağın şoranlaşması və eroziyaya uğramasının qarşısının alınmasına və münbitliyinin artırılmasına şərait yaradıb. Yüksək reproduksiyalı toxumlardan və yeni intensiv əkin metodlarından istifadə etməkləyüksək məhsuldarlıq - hər hektardan 55 sentnerədək məhsul əldə olunub. Bundan başqa, 2000 hektar sahədə qarğıdalı, sınaq məqsədilə 20 hektar günəbaxan və 5,3 hektar soya əkilib. Növbəti mərhələlərdə isə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılan 4,8 min hektar sahə əkin dövriyyəsinə cəlb edilib.
Yuxarıda adı qeyd edilən və ölkədə tanınmış markaya çevrilən "Atena" süd məhsulları da Ağcabədi rayonunda istehsal edilir. "Atropatena" şirkəti tərəfindən inşa olunan "Atena" süd məhsulları kombinatı da Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Ümumi ərazisi 22 hektar olan kombinatda ildə 7,6 min ton süd istehsalı və 90 min ton süd emalı həyata keçirilir. Tikintisi üçün dövlət tərəfindən 5 milyon manat güzəştli kredit veriləl "Atena" süd emalı kombinatında Avropanın ən müasir avadanlıqları quraşdırılıb. Zavodda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalına başlanılıb. Hazırda isə bu rəqəmin - çeşidin 100-ə çatdırlmasına çalışılır. Kombinatda emal prosesi tam şəkildə kompyuterləşdirilib və bütün proses vahid mərkəzdən idarə olunur. Mütəxəssislər emal prosesini kompyuter vasitəsilə kənardan izləyirlər.Kombinatda süd, qatıq, kəsmik, pendir və digər məhsulların hər biri xüsusi şəraitdə hazırlanır və gigiyenik normalara uyğun şəkildə qablaşdırılır. İstehsal olunan məhsulların qablaşdırılması üçün tələb olunan taralar da zavodda hazırlanır. Zavodun xammalla təmin edilməsi məqsədilə Ağcabədi və ətraf rayonlarda 21 süd qəbulu məntəqəsi təşkil olunub. Bu isə regionda fəaliyyət göstərən fermerlərin və ailə təsərrüfatlarının inkişafına təkan verir. Kombinatın laboratoriyasında bütün emal prosesi yüksək keyfiyyətli laborator avadanlıqla yoxlamadan keçirilir.
Ağcabədi rayonunun mərkəzində fəaliyyət göstərən süd emalı zavodu da sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, ağartı məhsullarının yüksək keyfiyyətdə istehsalında növbəti uğurlu addımdır. Ümumi ərazisi iki hektar olan bu zavodun qapalı hissəsinin sahəsi 5 min kvadratmetrdir. Zavod beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz edilib. Zavodda ondan artıq çeşiddə müxtəlif ağartı məhsulları istehsal edilir. Sutkalıq emal gücü 20-50 ton olan zavoda süd Ağcabədinin müxtəlif kəndlərindən gətirilir. Bu məqsədlə ətraf kəndlərdə 5 südtoplama məntəqəsi təşkil edilib. Məntəqələr soyuducu qurğularla da təchiz olunub. Zavodun satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri də var. Müəssisənin istehsal bölməsində geniş çeşiddə pendir, qatıq, dovğa, ayran, kəsmik, xama, kərə yağı və sair istehsal edilir. Holland pendirinin istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri zavodda yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. Sexlərdə quraşdırılan havalandırma sistemi istehsal sahələrində normal temperaturun təmin edilməsinə imkan yaradır. Zavodda süd və süd məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən iki laboratoriya da fəaliyyət göstərir. Hazır məhsullar laborator yoxlamadan keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır, daha sonra oradan satışa göndərilir.
Statistik rəqəmlərdən də aydın olur ki, Aran iqtisadi zonasına daxil olan Ağcabədi rayonunda Dövlət Proqramlarında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının, kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı xeyli artıb. SKMF maliyyə dəstəyi sayəsində Ağcabədidə də müasir tələblərə cavab verən, rəqabətə davamlı istehsal müəssisələri yaradılıb. Hazırda isə Fondun maliyyə dəstəyi ilə rayonun Rəncbərlər kənd ərazisində 5 min tonluq soyuducu anbar, şəhərin S.Vurğun küçəsi ərazisində "Cahidoglu" MMC-yə məxsus müasir çörək zavodu tikilməkdədir. Ümid edirik ki, bu istehsal müəssisələri də qısa zamanda həyata vəsiqə alacaq, rayonun iqtisadiyyatının inkişafında, əhalinin sosial-rifahının yaxşılaşmasında özünəməxsus rol oynayacaqdır.
İsgəndər HƏSƏNOV
Yazı İqtisadiyyat və Sənaye
Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə
jurnalistlər arasında elan etdiyi "Azərbaycan sənayesi
yeni inkişaf mərhələsində" adlı
yaradıcılıq müsabiqəsinə təqdim edilir
525-ci qəzet.-
2014.- 23 oktyabr.- S.5.