Ölüm virusu
Bütün dünyanı lərzəyə
salan Ebola virusunun qurbanlarının sayı
durmadan artır. Demək
olar ki, bu gün hər
kəs sözügedən xəstəlik
haqqında danışır.
Ebola virusu Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını
alıb. İnsanlarda və
primatlarda rast gəlinən bu xəstəlik daha çox ölümlə nəticələnir. Virus haqqında daha ətraflı məlumat almaq üçün həkim, yoluxucu xəstəliklər üzrə
mütəxəssis Hicran
Xıdırova ilə
görüşüb söhbət
etdik.
– Hicran xanım, Ebola virusu haqqında bir qədər məlumat verərdiz,ilk dəfə necə yaranıb?
– Ebola virusu Ebolovirus cinsindən filoviruslar ailəsinə mənsubdur.
Laborator olaraq, leykositopeniya, trombositopeniya və qaraciyər fermentlərinin
qalxması ilə müşaiyət olunur.
İlk dəfə
Ebola virusu epidemiyası
1976-cı ildə hemorargik qızdırma
adı altında Nazar, Sudan və İmbukda-Konqo Demokratik Respublikasında müşahidə olunub. İkinci “partlayış” Ebola çayı
sahilində baş verib ki, virus adını buradan götürüb. Ümumilikdə
Ebolaviruslar 5 növə
bölünür ki, bundan 4-ü insanda
xəstəlik törədə
bilir. Hal-hazırda
yayılan zair növüdür.
– İlk dəfə
Afrika ölkələrində
yaranıb və hazırda da daha çox bu ölkələr əziyyət çəkir
virusdan, bunun səbəbi nədir?
– Ona görə ki, virusun təbii
rezervuarı ekvatorial meşələrdir. Yoluxma ilk dəfə
meyvələrlə qidalanan
yarasalarda baş verib. Digər tərəfdən bildiyimiz
kimi, bu ölkələrdə əhalinin
qidalanması fərqlidir.
Onlar vəhşi heyvan ətləri yeyirlər, dəfn mərasimlərində ölən
xəstələrlə sıx
kontaktda olurlar ki,
bu da xəstəliyin
yayılmasına
səbəb olur.
– Xəstəliyin əlamətləri
nədir?
– Bu xəstəlik əsasən
hərarətin qalxması,
zəiflik, əzələ
və başağrısı,
boğaz ağrısı,
qusma, qarın ağrısı, səpgilər,
burunda, ağızda qanaxmaların olması, daha sonra böyrək
və qaraciyər funksiyalarının pozulması
ilə müşaiyət
olunur. Çox zaman əlamətlərinə
görə diaqnoz qoymaq çətinlik yaradır. Bəzən meningitlə, yuxarı
tənəfüss yolları
infeksiyalarının ağırlaşması
ilə qarışdırırlar.
Lakin konkret virus var, qanda virusun
aşkarlanması və
eyni zamanda, özünün laborator göstəriciləri var. Məsələn,
bu virusun təsirindən
qaraciyər enzimləri
çox yüksəyə
qalxır, trombositlər
aşağı düşür.
– Ebola insana necə yoluxur?
– Virus digər infeksion xəstəliklərdən fərqli olaraq hava-damcı yolu ilə yoluxmur. Xəstə insanın, qan və digər toxuma mayesi ilə kontakt nəticəsində baş verir. Bu səbəbdən virusa qarşı heç bir peyvəndin olmadığını nəzərə alaraq, sadəcə şübhəli xəstələrlə kontaktdan çəkinmək lazımdır. Dəfn mərasimlərində ölü insana toxunmaq yoluyla da virusa yoluxmaq mümkündür. Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anıyla xəstəliyin əlamətlərinin müşahidəsi arasındakı müddət) 2 gündən 21 gün arasında dəyişə bilir. Qanlarında və daxili əzalarında virus daşıdıqları müddətcə insanlar infeksiya daşıyıcısı hesab olunur. Xəstəliklə bağlı hər hansı konkret terapevtik müalicə planı yoxdur. Müalicə sadəcə, simptomatik olaraq həyata keçirilir. İnsan bu xəstəliyə yeni yoluxarsa, onu xilas etmək mümkündür. Lakin əgər xəstə sağalarsa bu virus onun orqanizmində iki həftə müddətində canlı olaraq yaşayır. Bu səbəbdən hətta sağalan insanla da kontaktda olmaq bir risklidir. Təəssüf ki, virusa qarşı peyvənd mövcud deyil, heç bir farmokoloji kampaniya peyvənd istehsal etməyi üzərinə götürmüyüb. Çünki xəstəlik daha çox Afrika ölkələrində yayılıb, bu ölkələrdə də iqtisadi vəziyyət zəif olduğundan satış onları qane etmədiyinə görə qarşısını alacaq heç bir tədbir görülmür. Bu günlərdə Rusiyada bir peyvənd olduğunu söyləsələr də, bu, geniş şəkildə tətbiq edilmədi.
– Azərbaycanda Ebolanın yayılma ehtimalı varmı?
– Ehtimal həmişə və hər yerdə müəyyən qədər var. Lakin ölkəmizdə Səhiyyə Nazirliyi virusun yayılmaması üçün müəyyən tədbirlər görür. Ümumiyyətlə, hansısa virus yayıldıqda böyük bir təhlükə yaradır. Lakin mənə elə gəlir ki, Ebola quş qripi, donuz qripi qədər də təhlükə yaradacaq bir virus deyil. Amma pis tərəfi odur ki, çox sürətlə yayılır. Belə xəstələrin evdə gizli saxlanması, onlara qeyri-peşəkar qulluğun olması xəstəliyin yayılmasına gətirib çıxara bilər. Mən belə düşünürəm ki, əgər Azərbaycanda bu virus aşkarlansa, bunun müalicəsini yerinə yetirəcək yetərincə peşəkar yoluxucu xəstəliklər üzrə mütəxəssislər var.
– Daha çox risk altında olan kimlərdir?
– Ebola pasientləri ilə yaxın təmasda olanların hamısı risklə üzləşir.
Xəstələri müalicə edən
tibb işçiləri
bütün bədəni
örtən qoruyucu geyim və gözlükdən
istifadə edirlər.
Buna rəğmən yüzlərlə
adam ölüb.
Xəstənin ailə
üzvləri risk kateqoriyasına
aid edilir. Qərbi Afrika ölkələrində
mərhuma toxunmaq və sarılmaq adəti var və cəsəd dəfn olunmazdan öncə yuyulur. Ölümdən sonra bədəndəki
virus hələ də
təhlükəli qalır.
– Virusa yoluxmamaq üçün nə məsləhət görərdiniz?
– İstənilən virus infeksiyasına yoluxmamaq üçün immun sistemin möhkəmlənməsi daha aktualdır. Biz artıq simptomları sadaladıq və məsləhət görürük ki, bu simptomları özündə müşahidə edən pasientlər mütləq həkimə müraciət etsinlər. Xəstələrin maarifləndirilməsinə də ciddi ehtiyac var. Hazırda dünyada Ebolaya yoluxanların sayı 9 min nəfərdir. Onların təxminən 4,5 min nəfəri həyatını itirib. Ölüm hadisələrinin əksər hissəsi Qvineya, Liberiya və digər Qərbi Afrika ölkələrində olub. Bu, 40 il əvvəl aşkar edilən virusun törətdiyi ən geniş epidemiya halıdır. Azərbaycanda bu virusun yayılmaması üçün əhəmiyyətli tədbirlər görülür. Virusa qarşı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanın sərhəd-buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, son zamanlar bəzi ölkələrdə Ebola virusunun yayılması ilə əlaqədar dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyəti dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib. Digər xəstəliklər kimi Eboladan da qorunmağın ilk yolu gigiyenik qaydalara əməl etməkdir. Çalışın əllərinizi tez-tez sabunla yuyasız, ölü heyvanlarla təmasdan qaçın.
Samirə QULİYEVA
525-ci qəzet.- 2014.- 25 oktyabr.- S.8.