Professor Aida İmanquliyeva
haqqında yeni kitabın təqdimatı olub
Yazıçılar Birliyinin "Natəvan" klubunda filologiya üzrə fəlsəfə doktoru, şairə Xədicə Muradın görkəmli şərqşünas alim,
filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın
anadan olmasının
75 illik yubileyinə həsr etdiyi "Analı günlərin davamı..." kitabının
təqdimatı keçirilib.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
Aida İmanquliyevanın işıqlı
həyatına, mənalı
ömür yoluna güzgü tutan bu kitabı yüksək qiymətləndirib:
"Professor Aida İmanquliyevanın
alim qələmi ilə uğrunda mübarizə apardığı
ideya və amallar nə qədər ki, öz aktuallığını
itirməyib, onun əsərlərinə müraciət
ediləcək və gələcək nəsillər
onu daim minnətdarlıqla xatırlayacaqlar.
Çünki Aida İmanquliyeva Şərq
və Qərb münasibətlərində çoxtərəfli
dialoq və əməkdaşlığın olmasını son dərəcə
vacib sayıb, mədəniyyətlərin yalnız
və yalnız qarşılıqlı hörmət,
dialoq və inteqrasiya yolu ilə inkişafı və təkmilləşməsini,
eləcə də bəşəriyyətin xoşbəxt
gələcəyinin yalnız
sülhdə, mədəniyyətlərarası
dialoqda, elmi-ədəbi
və mədəni inteqrasiya şəraitində
mümkün olduğunu
dönə-dönə qələmə
alıb".
Redaktoru Xalq şairi Nəriman Həsənzadə
olan kitabda böyük şərqşünas
alim Aida İmanquliyevanın
Ana obrazının qabarıq
cizgilərlə tərənnüm
edildiyi vurğulanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.7.