Arzuların, ümidlərin, sevgilərin göy üzü...
RƏŞAD MƏCİDƏ AÇIQ MƏKTUB
Hörmətli dostum Rəşad
Məcid!
Bilmirəm bu məktubu dərhal oxumağa vaxtın olacaqmı?! Çünki
mən bilirəm ki, işin çoxdur,
lap çox! Şair kimi!
Baş redaktor kimi! AYB-nin katibi kimi!
Jurnalist kimi! Dost kimi! Vətəndaş kimi! Ata kimi və s və ilaxır.
Səni
və sənin gördüyün işləri
düşünəndə yadıma Nazim Hikmətin bu misraları düşür:
...Məndən soruşulur indi,
Dünyanın halı, artıq!
İnsan
və Torpaq,
Qaranlıq və aydınlıq.
Anladım ki, işim
Başımdan aşır!
Və bu misralara Füzulinin
bir misrasını da əlavə etmək zorundayam:
...Hörmətim vacib bilir,
Hər kim bilir
keyfiyyətim!
Mən də sənin hansı gözəl keyfiyyətlərə
malik olduğunu gözəl bildiyim üçün qələm
götürüb beş-on
kəlmə haqqında
ürək sözlərimi
yazmağı qərara
aldım.
...Təxminən 10 il
bundan əvvəl Bakıda ağır cərrahiyyə əməliyyatından
çıxmışdım. Gizlətməyəcəm, umduğum (xüsusən,
qazaxlı olan) bəzi dostlarımdan heç biri yanıma dəymədi.
Şeirlərimdən sənə göndərdim. Növbəti nömrədə çıxdığını
görüb çox mütəəssir oldum, sənə zəng edib təşəkkürümü
bildirəndə sən
hiss etdin ki, səsim nəsə birtəhər çıxır.
Xəstəxanada yatdığımı biləndə
"Möhkəm ol! Vaxt tapıb yanına da gələrik" dedin. Mənsə bildirdim ki, çox
sağ ol, əziyyət çəkmə,
mən bu gün xəstəxanadan çıxıram...Bir də ki, özün
gələ bilməsən
də mənə olan sevgin, dost sədaqətin yanıma gəlib, məni yoxlayıb, hal-əhvalımı
soruşub...
Sən təkcə mənə ha
belə olmamısan!
Sənin
diqqətinə, qayğıkeşliyinə,
aydın və qətiyyətli mövqeyinə
mənim kimi çoxları bələddi
və çoxları
heyrandı.
O günü gör ağlıma nə gəlib.
Hüseyn Arifin 40 illik yaxın dostu Əsgər Rüstəmova
yazdığı məktub. Yazır ki,
Qazaxa gəlmişdim,
səni görə bilmədim. İndi Fransaya gedirəm,
darıxma, tez qayıdacam. Mən ayağı
yüngül şairəm.
Sənə ilk uğurlu yol yazanın Hüseyn Arif olduğunu mən də yaxşı bilirəm.
Hüseyn
qağa özün də görürsən ki,
əli-ayağı yüngül
adam olub, kimə əli dəyibsə, nəfəsi
toxunubsa o, irəli gedib.
Xalq şairi
Zəlimxan Yaquba da, mənə də uğurlu yolu o yazıb.
Mən hesab edirəm ki, bizim bir-birimizi
bu dərəcədə
yaxından duymağımızda,
hiss etməyimizdə Hüseyn
Arif
faktoru da var.
Xalq şairi, əziz ustadım Nəriman Həsənzadənin ikimizə
həsr etdiyi şeirdə də bizim bilmədiyimiz
gizli və qəribə bir sirrin izlərini axtarmağa dəyər, məncə!
Kaş məndə qüdrət olaydı, sənin rəsmini mən də belə gözəl boyalarla çəkə biləydim:
Qazaxda görüblər Rəşad
Məcidi,
Deyirlər, bircə gün qonaq olubdu.
Gəzdiyi, gördüyü kitab
dükanı,
Yazdığı, pozduğu varaq olubdu.
Qazaxa Ağdamın nəfəsi
gəlib,
Xudunun, Şahmarın əvəzi
gəlib,
Dilində Qarabağ ləhcəsi
gəlib,
Sözü bal qarışıq
qaymaq olubdu.
...Vaqif Şuşa
qalasında yaşadı,
Tarix yaşıdıdı,
zaman yaşıdı.
Qazax Qarabağın can qardaşıdı,
El-elə söykənib oymaq olubdu...
Həmin
şeirin son misrası
belə bitir:
"Barat, sənin qapın
ocaq olubdu".
...İndi sənə
bu məktubu mən o ocaqdan yazıram. Sənin Qazaxda olduğun günü xatırlayıram
"Milli kitab" mükafatı
verilməsi ilə bağlı keçirilən
müsabiqəylə əlaqədar
olaraq gəlmişdin.
Yeri gəlmişkən,
deməliyəm ki, milli ruh hardadısa
sən həmişə
ordasan. Dövlətimizin,
dövlətçiliyimizin taleyiylə bağlı olan məsələlərdə
də, ədəbiyyatın
inkişafı ilə
bağlı tədbirlərdə
də, ədəbi gəncliyə verdiyin böyük dəstəyinlə
də!
Ölkə prezidentinin qarşısındakı
işıqla, nurla dolu mükəmməl çıxışlarınla da,
Birliyimizin sədri, Xalq yazıçısı
Anarın etimadını
real əməllərinlə doğrultmaqla da!
Hörmətli dostum!
Sən artıq şairdən, yazıçıdan, publisistdən,
jurnalistdən daha çox seçilən və sevilən Azərbaycan
ziyalılarından birisən!
Mənim kitabxanamı bəzəyən
kitablar içərisində
sənin ilk şeirlər
kitabın da var. Bu yaxınlarda 50 illiyinlə
bağlı ayrı-ayrı
mətbu orqanlarda təzə, silsilə şeirlərini oxudum. Çox sevindim.
Gördüm ki, bir fikrimdə yanılmamışam.
O fikri indi səninlə və oxucularla da bölüşməyi
qərarlaşdırdım.
Mən bu fikirdəyəm ki, şair var ki,
şeirləri çoxdur. Vəssalam!
Amma şair də var ki, şairliyi
şeirlərindən çoxdur!
Sən ikinci yolla getmisən
həmişə və
düz etmisən.
"Ulduz" da çıxmış şeirlərindən
biri buna ən yaxşı misaldı:
Nə dəniz görünür,
Nə göydələnlər-Dumandı!
Nə sən yanımdasan,
Nə yaşatdıqların-Gümandı!
Nə uçmağa göy var!
Nə altında
yer.
Qəzamdı!
Gözəldi! Orijinaldı! Əsl
şair sözüdü!
Bu misraları oxuyandan
sonra Qulu Ağsəsin "nələr"
çəkdiyini duydum,
onun bu fikirinə
şərik oldum:
"Sən özünü
necə gizləyə
bilmisən?!"
Doğru deyir. Sən uzun müddət nə təhər olub ki, şeir yazmamısan!?
Şeir yazmadığına inandıra
bilərsən bizi. Amma şair
olaraq qaldığını,
şairliyini qoruduğunu
necə gizləyə
bilərsən, axı?!
Başqaları öz şeirləri çıxanda sevinir. Sən başqalarının şeirlərini,
yazılarını sevə-sevə
çap etdikcə sevinmisən!
"525-ci
qəzet"in layihələrindən
biri kimi çap olunan kitabları demirəm hələ!
Yaratdığın "Gənc Ədiblər" məktəbinin
uğurları da öz yerində!
Hörmətli qələm dostum!
Xəlil
Rza Ulutürk yazırdı:
Söz verib yerinə yetirən zaman,
Görmədim özümə bərabərini!
Mən səni
də belə gördüm. Öz sözünə, öz vədinə sadiq! Fransız yazıçısı Düma
düz deyirmiş ki, azərbaycanlıların
yazılı sənədi
verdikləri sözdür.
Oljas Süleymenov
isə deyir ki, dünya sözə dönənəcən
yazmaq lazımdır.
Bu mənada sən
də özünü,
həyatını, ömrünü-gününü
sözə çevirmisən. Şair
sözünə! Sənətkar
sözünə! İnsan və
insanlıq sözünə.
Sənin
hər addımında
bir sufiyanəlik var.
Bu da mənsub olduğun Ocaqdan- seyid babanın ruhundan süzülüb
gəlir.
İçində 20 il bundan əvvəl "fövqalədə vəziyyət"
elan etməyə məcbur olduğun vaxtda, xüsusən, Şuşanın, Ağdamın
getdiyi dövrdə özünü toparlamağı
bacarmısan. "Azərbaycanın gələcək
tarixində Ədəbiyyatın,
sənətin aparıcı
rolunun əbədi olduğuna inanıram"
demisən. Çünki dediyim "fövqalədə
vəziyyəti" çoxdan
ləğv edib onu xalqa, Haqqa,
Yola, Amala, Millətə, Bəşərə
olan fövqaladə sevgiylə, Eşqlə əvəz etmisən.
Gözlərini göy üzündən
çəkmədən pıçıldamısan:
Gözlərində ulu göyü gəzdirər,
Ürəklərə işıq yayar, köz verər.
Arzuların göy üzüdü
şairlər,
Ümidlərin göy üzüdü şairlər.
Sevgilərin göy üzüdü şairlər.
Və səni
bu illər ərzində o arzular, o ümidlər, o sevgilər
qoruyub. "Asılıb
sinəndən göz
muncuğu tək".
Və belə
qələm sahibləri
öz-özünə xoşbəxt
olmurlar. Əslində xoşbəxtlik özü
axtarıb tapır onları.
Necə də tapmasın?!
Dönüb göy üzünə
üzü,
Günəşi gəzdirir gözü!
Əziz
qələm dostum!
Yuxarıdakı misralarla öz rəsmini özün hamıdan yaxşı çəkmisən.
Bu rəsmin sahibinə
çoxları minnətdardır.
Mən də göstərdiyin diqqət
və qayğılara
görə, hər bir oxucuya, müəllifə
göstərdiyin isti münasibətə görə,
"525-ci qəzet"in timsalında
böyük bir qəzetçilik məktəbi
yaratdığına görə
sənə öz minnətdarlığımı bildirirəm.
Və bu minnətdarlıq hisslərini sözlə dediyim kimi "sazla" da demək istədim:
Bir dostum var, duaçıdır,
İstəyir hamı sağ olsun!
Dua edir ki, ölməsin,
Füzuli
qəmi sağ olsun!
Yaşayır gör bir hayanda,
Həm
Kanda, həm də Məkanda.
İlahidən gələn Camda...
Cəmşidin Camı sağ olsun!
Şirin
sözü Qarabağdır,
Odu, közü
Qarabağdır.
Bəlkə özü Qarabağdır,
Yaşasın! Amin! Sağ olsun!
İtəni gəlin tapağın,
Vətəni gəlin tapağın.
Qar altda qalan papağın
Üstdəki qanı sağ olsun!
Kişi gərək ad daşısın,
Vətən!- deyə ölən kəsin,
Torpağı
sanı yaşasın,
Torpağı sanı sağ olsun!
Yerə, göyə vurğun təki,
Olsun göyün, yerin təki!
Dilində yox, Ruhundakı
Dini, imanı sağ olsun!
Ürəyində söz qatarı,
Yurdun "Segah", öz "Qatar"ı.
Məscidlərin göyə sarı,
Qalxan əzanı sağ olsun!
Məndən aşıqmı olardı,
De heç Nəsimi olardı?!
Səndən aşiqmi olardı,
Pərvanə, Şamın sağ olsun!
Qalan nədi - Haqqdan qalan,
Qalan nədi - Ruhdan qalan!
Sağlıq budu: Nuhdan qalan,
O köhnə gəmi sağ olsun!
Bir dostum var; nədi
dərdim!
Yolunda qurban gedərdim.
Mən ölsəm də ölüm, gedim,
Rəşadın canı sağ olsun!
Barat VÜSAL
525-ci qəzet.- 2014.- 30 oktyabr.- S.7.