Özbəkistan mətbuatında Əbülfəs Qarayevin müsahibəsi dərc olunub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Özbəkistanın aparıcı "sharh.uz" informasiya agentliyinin saytında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin “Применяется сбалансированный “подход" ” adlı müsahibəsi dərc olunub.

Salam News xəbər verir ki, müsahibədə nazir Əbülfəs Qarayev işğal olunmuş ərazilərdə abidələrin dağıdılması ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinin süni şəkildə uzadıldığını bildirilir.

Nazir Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşiliklər barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırıldığını və beynəlxalq təşkilatların bu məsələyə diqqətlə yanaşdıqlarını, lakin həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunması səbəbindən bölgəyə bugünə qədər faktaraşdırıcı missiyalarını göndərilməsi və bu kimi təşəbbüslərin uğurlu nəticələnməməsi barədə fikirləri məqalədə yer alıb.

 

Abdullayeva S

525-ci qəzet.- 2014.- 5 sentyabr.- S.4.