Teatrşünasictimai xadim Cəfər Cəfərov yad ediləcək

 

 

Görkəmli teatrşünas, ədəbi tənqidçi, ictimai xadim Cəfər Cəfərovun bu il sentyabrın 7-də 100 illiyi tamam oldu. Sentyabrın 20-də isə onun vəfatının 41-ci ildönümü tamamlanır. Bu münasibətlə vaxtilə onun özünün təsisçisi olduğu Yazıçılar Birliyinin "Natəvan" klubunda anım tədbiri təşkil olunacaq.

Bəlkə indi çoxları onu tanımır. Bu, xüsusən, gənc orta nəslə aiddir. Yaşlı nəslin nümayəndələri isə C.Cəfərovun ədəbi-elmi, eləcə dövlət xadimi kimi səmərəli fəaliyyətinin yaxından şahidi olublar. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikrincə, C.Cəfərov Azərbaycan ədəbiyyatının, eləcə teatrşünaslığının inkişafında mühüm rol oynayıb: "O, Vətəninə, millətinə hər zaman sadiq ədib olub. Mirzə Fətəli Axundov haqında geniş tədqiqatları var. Mənim onun haqqında "Sənət yanğısı" adlı essem çıxıb. Həmin essedə Cəfərovun yaradıcılığından, Azərbaycan teatr sənətinin tarixini yazan çox dəyərli monoqrafiyalar müəllifi kimi barəsində geniş yazmışam. Cəfər müəllim Atam Rəsul Rza ilə yaxın dost olub. Rəsul Rza 1939-cu ildə Yazıçılar Birliyinin sədri olanda Cəfər Cəfərovu dəvət edərək bu təşkilatda katib vəzifəsinə təyin edib. Cəfərov həm universitetdə mənim müəllimim olub. Diplom işimin rəhbəri idi... Atamla yaxın olduğundan, hər zaman evlərinə gediş-gəlişimiz olub. Onun xəstə yatağında tez-tez yanına gedərdim. Cəfər bəyin Vətən eşqi xəstə yatağında belə onu hər zaman narahat edirdi. Təbrizi xatırlayırdı mənə deyirdi ki, o şəhəri paytaxt görmək istəyirəm".

Cəfər  Cəfərov  milli teatrşünaslığın konseptual inkişaf istiqamətlərinin əsl elmi məcraya düşməsində müstəsna işlər görüb. O, Bakıda doğulub ilk təhsilini burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin müdiri, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələrdə çalışıb. O cümlədən, 1967-1971-ci illərdə Mərkəzi Komitənin ideologiya, mədəniyyət elm üzrə katibi olub. Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib.

Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq İncəsənət İnstitutu teatr kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib.

Teatrşünas Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. O, Hüseyn Ərəblinski, İsmayıl Hidayətzadə, Həqiqət Rzayeva, Mehdi Məmmədov, Tofiq Kazımov, Abbasmirzə Şərifzadə, Rza Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr monoqrafiyalar yazıb. Alimin "Rejissor sənəti", iki cilddə Azərbaycan iki cilddə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir. Onun "Cavid teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir.

Cəfər Cəfərov 1973-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

 Həyat yoldaşı Zibeydə Əzizbəyova da botanika sahəsi üzrə elmi doktor, professor olub. Bir sıra elmi məqalələrin, geniş tədqiqatlar aparıb. O, həyat yoldaşının həm şad, həm acı günlərində yanında olub. Birgə iki övlad - Aral Ayaz Cəfərovları böyüdüblər. İndi onlar da həyatda deyillər. Əvəzində nəvələri əzizlərinin xatirəsini qəlblərində yaşadırlar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 19 sentyabr.- S.7.