Milli Kitabxanada teatr xadimləri ilə görüş

ƏDALƏT VƏLİYEV: "AZƏRBAYCAN REGİONDA VƏ MDB- İLK DƏFƏ OLARAQ BEYNƏLXALQ TEATR FORUMLARININ KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB"

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada tanınmış teatr xadimləri gənc rejissor, bəstəkar, aktyor musiqiçilərlə görüş keçirilib. Tədbiri açan mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev teatr teatrətrafı məsələlərdən söhbət açaraq ötən ilin 140 illiyini qeyd edən milli teatrımız üçün uğurlu olduğunu bildirib: "Bildiyiniz kimi, Azərbaycan teatrı özünün 140 illiyini qeyd edir. Bu yubiley münasibətilə istər ölkədə, istərsə ölkə hüdudlarından çox-çox kənarda ölkə başçısının məlum sərəncamı ilə silsilə tədbirlər keçirilib. Ötən il Azərbaycan teatrının 140 ildə keçdiyi yola bir baxış ili idi, hesabat məqamı idi. Keçən il keçirilən tədbirlər bunu sübut edir. Sonda Heydər Əliyev sarayında möhtəşəm bir tədbir keçirildi. İnsanların yaddaşında il həm , nəhayət ki, 140 ildən sonra Azərbaycanda teatr sahəsində çalışan insanların peşə bayramının təsis olunması ilə əbədiləşdi. 10 mart ölkə başçısının məlum sərəncamına uyğun olaraq 2013-cü ildən başlayaraq artıq Azərbaycanda teatr işçilərinin milli peşə bayramı kimi qeyd olunmağa başladı".

Ədalət Vəliyev son dövrlərdə milli teatrımızın inkişafı istiqamətində atılan addımlar barəsində tezis xarakterli çıxışını tədbir iştirakçılarının diqqətinə çatdırıb: "2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq "Teatr haqqında qanun" qəbul olunub. Bu istər sovet dönəmində, istər müstəqillik əldə etdiyi 20 ildən artıq dövr ərzində mədəniyyət sahəsində dövlət tərəfindən qəbul olunmuş qanunlar içərisində ən son diqqətçəkən qanunlardan biridir. Bu vaxta qədər mədəniyyətin bu ya digər sahələri ilə bağlı qanunlar qəbul olunub. Amma uzun illərdən bəri haqqında söz -söhbət gedən nəhayət, 2006-cı ildə reallaşan teatr haqqında qanun qəbul olundu. Elə həmin bu qanundan irəli gələn ölkə başçısı tərəfindən qanunun icrasını həyata keçirməklə bağlı sərəncamlara imza atıldı. 2007-ci ildə Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı prezidentimiz böyük bir sərəncam imzaladı. O sərəncamdan bir qədər sonra Azərbaycan teatrının 2009-2019-cu illərdə inkişaf strategiyasını müəyyənləşdirən 10 illik dövlət proqramı qəbul olundu. Həmin qanundan irəli gələn məsələlərin 2007-ci ildən başlayaraq Mədəniyyət Turizm Nazirliyi tərəfindən köklü şəkildə həyata keçirilməsi ilə bağlı addımlar atıldı. Birinci növbədə, bizim son 30-40 il ərzində dağılmış mənəvi fiziki cəhətdən bütün mənalarda köhnəlmiş yenidən qurulmağa ehtiyacı olan teatr binaları köklü şəkildə yenidən quruldu. Milli Akademik Dram, Rus Dram, Kukla, Gənc Tamaşaçılar, Musiqili Komediya, Mingəçevir Dram, Şəki, Ağdam teatrları da bu sıraya aiddir. Bu yaxınlarda Edinburqda bir neçə tamaşaya baxası olduq. Bizim təmir olunmuş teatrlarla müqayisə etmək üçün bütün parametrlərə- akustikasına, isti -soyuq hava axınının tənzimlənməsinə sairə görə Avropada 5 ya 6 bina tapmaq olar.

Ötən il nəhayət, Sumqayıt teatrı binayla təmin olundu. Dövlət statusu almış Pantomim Teatrı müstəqil bina ilə həm təmin olundu, həm Mədəniyyət Turizm Nazirliyinin daxili imkanları hesabına orada təmir işləri aparıldı. Bu gün Pantomim Teatrı tamaşaçılarını öz binasında qəbul edir. Yuğ teatrına hüquqi ünvan verildi. Milli Akademik Teatrının mülkiyyətində olan bina Yuğa verildi. Bina əsaslı şəkildə təmir olundu.

Dünyada analoqu olmayan 4 qaçqın teatrına malik olan Azərbaycanda onların maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı misilsiz işlər görüldü. Ağdam teatrı üçün fövqəladə gözəl bina tikilib. Füzuli teatrına da həmçinin. Bakı şəhərində fəaliyyət göstərən 139 yaşlı İrəvan Dövlət Dram Teatrına da prezidentin sərəncamı ilə gözəl bir bina ayrılıb. Güman edirəm ki, 2015-ci ildə orada təmir-bərpa işlərinə başlayacağıq. Hazırda Bakıda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrına da Bakıda müvəqqəti həm bina, həm ünvan ayrılıb, "Savalan" kinoteatrı bu teatrın ixtiyarına verildi bu il bu keçmiş kinoteatrın teatra çevrilməsi ilə bağlı, onun maddi- texniki bazasının möhkəmləndirilməsi, yenidən qurulması təmiri ilə bağlı ölkə başçısı bir neçə gün öncə sərəncam imzalayıb. Opera Balet Teatrının 2015-ci ildən sonra əsaslı təmir məsələsi gündəlikdə durur. Gəncədə gələn il teatr üçün yeni binanın inşasına başlanması nəzərdə tutulur. Bu istiqamətdə işlər aparlır. Qanundan dövlət proqramından çıxış edərək onların maddi- texniki bazasının nəqliyyat təminatından, ta dövlət sifarişləri ilə tamaşalar hazırlanmasına qədər çox böyük yüzilliklər ərzində olmamış məsələlərə imza atılıb".

Nazir müavini qeyd edib ki, son 10 ildə Azərbaycan teatrlarında 983 tamaşa hazırlanıb. Bunun 287-si dövlət sifarişi vəsaiti hesabına həyata keçirilib: "Bu müddət ərzində Azərbaycana yüzə qədər xarici ölkənin tanınmış sənət xadimləri, xüsusilə də son üç ildə ölkəmizin müxtəlif teatrlarında tamaşalara quruluş verməyə, rəssamlıq, dirijorluq etməyə və sair istiqamətdə fəaliyyət göstərməyə dəvət edilib. 50-dən artıq xarici ölkədə-Amerikadan Çinə qədər Azərbaycan teatrları qastrol səfərlərində olub. 2013-cü ildə 17 ölkədən Azərbaycan teatrının sorağı gəlib ".

Ə.Vəliyev bildirib ki, Azərbaycan regionda və MDB-də ilk dəfə olaraq beynəlxalq teatr forumlarının həyata keçirildiyi bir məkana çevrilib: "2010-cu ildən başlayaraq Bakı Beynəlxalq Teatr Forumuna ev sahibliyi etməyə başladı. 2012-ci ildə ikincisi oldu. Bu il də noyabrın birinci ongünlüyündə 70-dən artıq dövlətin 100-dən yuxarı dünya çapında tanınan məşhur rejissor, dramaturq, tənqidçilər və teatr menecerlərinin iştirakı ilə 3-cü Bakı Teatr Forumu reallaşacaq".

Nazir müvaini bu gün Azərbaycanın teatr xadimlərinin dünyanın nüfuzlu teart təşkilatlarında rəhbər vəzifələrdə və xüsusi statusla ölkəmizi təmsil etməsini, Bakıda beynəlxalq əhəmiyyətli teatr festivallarının keçirilməsini də milli teatrımızın inkişafı kimi dəyərləndirib.

Ə.Vəliyev teatr sahəsində gənclərin irəli çəkilməsi məqsədilə də bir sıra layihələrin həyata keçirildiyinibundan sonra da keçiriləcəyini vurğulayıb: "Bir neçə il əvvəl mərhum Vaqif İbrahimoğlunun kursundan 7 istedadlı gəncə 7 dövlət sifarişi verilib. Bu, çox böyük bir hadisə idi. Nəsə uğurlu oldu, nəsə uğursuz oldu, amma reallıq ondan ibarət idi ki, bu 7 gəncin özünü təsdiqi üçün belə bir imkan yaradıldı. Və bunun davamı olaraq biz 2 il öncə Gəncə və Mingəçevir Teatrına, daha sonra Lənkəran Teatrına, hesab edirəm ki, Azərbaycan teatr tarixində olmayacaq yaş həddində gəncləri baş rejissor vəzifəsinə təyin etdik".

Ə. Vəliyev dünya praktikasında geniş yayılan dövlət sifarişi olmadan müstəqil, sərbəst rejissor kimi fəaliyyət imkanının artıq Azərbaycanda da tətbiq olunmağa başlandığını deyib: "Əslində bu yeniliklər, eksperimentlər davam edir və edəcək. Mən ümidvaram ki, gün gələcək, Azərbaycan teatrında çalışan hər kəs, nəinki peşəkar rejissorlar, hətta hər bir peşəkar aktyor da, rəssam dasair peşə sahibləri də gördüyü işin müqabilində layiq olduğu əməkhaqqını alacaq. Bizim də əsas çabamız, əsas vəzifəmiz işi bu istiqamətə yönəltməkdir".

Görüşdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, professorlar- Məryəm Əlizadə, İlham Rəhimli, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət də fikir və düşüncələrini bölüşüb. Tədbirdə həmçinin gənc teatr mütəxəssisləri təkliflərlə çıxış ediblər.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 15 yanvar.- S.7.