Elçin yaradıcılığının növbəti Türkiyə təntənəsi

 

 

Azərbaycanın Xalq yazıçısı Elçinin “Ağ dəvə” romanı Türkiyənin məşhur nəşriyyatlarından biri sayılan “Ötüken”də ilk dəfə 1999-cu ildə çap olunub.

 

Bu günlərdə isə nəşriyyat oxucuların marağını nəzərə alaraq “Ağ dəvə”ni yeni tərtibatda təkrar nəşr edib. Romanı türk dilinə professor Ali Duymaz uyğunlaşdırıb. O, eyni zamanda, kitabaÖn sözyazaraq, Elçinin yaradıcılığını və onun türkdilli ədəbiyyatda tutduğu mövqeyi yüksək qiymətləndirib.

 

Bu yeni nəşr Xalq yazıçısı ElçininÖtüken” nəşriyyatı tərəfindən çap edilmiş on birinci, ümumilikdə isə, Türkiyədə nəşr olunmuş iyirmi üçüncü kitabıdır.

 

Daha bir sevindirici xəbər isə ElçininŞekspir” əsəri ilə bağlıdır. Yazıçının bu əsərinin tamaşası Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü Rotary teatr mükafatına layiq görülüb. Bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.

 

Klubun qərarı ilə Məlahət Abbasovaİlin ən yaxşı rejissoru", tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.

 

Xatırladaq ki, “Şekspirin Türkiyədə səhnələşdirilməsi bu əsərin qardaş ölkədə sürətlə populyarlaşmasına gətirib çıxarıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyorİlin ən yaxşı aktyoru” mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 aprel.- S.17.