Milli Kitabxanada üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb

 

 

Aprelin 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq rəhbərlik etdiyi qurumun 30 ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq memorandumunun imzalandığını söyləyib. Qeyd edib ki, bugünkü memorandum 31-ci olacaq.

 

K.Tahirov Milli Kitabxananın ərəb ölkələri ilə əlaqələrinin olduğunu söyləyərək bundan əvvəl Misir İordaniya ilə memorandumlar imzaladıqlarını deyib.

 

Beynəlxalq miqyasda ölkəmizlə Mərakeş Krallığının sıx əməkdaşlıq etdiyini vurğulayan direktor bu siyasətin mədəniyyət sahəsində davam etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Sonra tərəflər arasında memorandum imzalanıb.

 

İmzalanma mərasimindən sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli orta əsrlərdə yazıb-yaradan ədiblərimizin ərəb dilində yazıb-yaratdığını diqqətə çatdırıb.

 

Alim institutun fondunda 40 mindən artıq nüsxənin olduğunu qeyd edərək bunların içərisində ərəb dilində olanların üstünlük təşkil etdiyini deyib. Akademik bu gün imzalanan memorandumun qarşılıqlı əməkdaşlığa, kitabxanaların zənginləşməsinə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

 

Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz rəhbərlik etdiyi kitabxana haqqında məlumat verib. Bildirib ki, kitabxananın fondunda bir sıra dillərdə nadir kitablar, mətbuat nümunələri, o cümlədən, 30 mindən çox nadir qədim əlyazma var.

 

Diqqətə çatdırılıb ki, imzalanan sazişə əsasən xalqlarımızın tarixi, mədəniyyəti qarşılıqlı öyrəniləcək kitabxanalar arasında təcrübə mübadiləsi genişləndiriləcək.

 

Memorandumun şərtlərinə müvafiq olaraq kitab biblioqrafik resurs, təcrübə mübadilələrinin, seminar konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsi nəzərdə tutulub.

 

Tədbirdə, həmçinin Azərbaycan Milli Kitabxanasında mövcud olan Mərakeşə aid kitablardan ibarət sərgi açılıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 8 aprel.- S.7.