"100 kağız" filminin təqdimatı olub

 

 

Rejissor Şahin Zəkizadənin çəkdiyi "100 kağız" filminin "Nizami" Kino Mərkəzində qala-gecəsi keçirilib.

 

Tanınmış mədəniyyət incəsənət xadimlərinin iştirak etdiyi gecədə iştirakçıları salamlayan Şahin Zəkizadə ekran əsəri barədə məlumat verib:

 

"Filmin ideyası 14 il əvvəl yaranıb. Ekran əsərində baş verən hadisələr bu günümüzlə səsləşir. Film tragikomediya janrındadır. Aktyor seçimini "Frends Films Production" şirkətinin yaradıcı qrupu ilə birlikdə etmişəm. Çəkilişləri Bakıda Şamaxıda aparılan bu film qısa bir vaxtda araya-ərsəyə gəlib. Kinoda artıq sənətdə öz sözünü demiş komediya ustalarımız yer alıb.

 

Yaradıcı heyəti təbrik edən Xalq şairi Söhrab Tahir bildirib ki, qısa bir vaxtda çəkilən belə bir ekran əsəri bir daha göstərir ki, bu gün Azərbaycanda müasir filmlər çəkmək üçün lazımi imkanlar var. Əvvəllər belə ekran əsərlərini çəkmək üçün ən azı 2 il vaxt lazım gəlirdi.

 

Səhnəyə dəvət olunan filmin yaradıcı heyəti bu işdə onlara köməklik göstərənlərə minnətdarlıqlarını bildiriblər.

 

Sonra film təqdim olunub.

 

Ekran əsərində cərəyan edən hadisələr yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən-ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.

 

Bu film komediyadan daha çox tragikomediyadır. Finalında gülüş deyil, göz yaşları var. Filmdə bir ideya, xətt var süjet xətti həmin ideyaya xidmət edir. Bu dramaturji cəhətdən mükəmməl bir komediyadır. Ekran əsərində baş qəhrəman yoxdur, baş qəhrəman məcazi mənada 100 manatlıq əskinasdır.

 

Filmin prodüserləri Tahir Tahiri, Seymur Səfərov, ssenari müəllifləri Fərid Rzayev, Şahin Zəkizadə, redaktoru İlqar Fəhmi, quruluşçu operatoru Rövşən Namazov, icraçı prodüseri Aqil Adiloğlu, quruluş geyim üzrə rəssamı Aygün Mahmudova, qrim rəssamı Natalya Netrunenkodur.

 

Ekran əsrində əsas rolları Xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, Əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül Əliyev, müğənni Roza Zərgərli aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov başqaları canlandırıblar.

 

Tamaşaçıların böyük maraqla izlədiyi bu filmə kinosevərlər aprelin 9-dan etibarən Bakının bütün kinoteatrlarında baxa bilərlər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 9 aprel.- S.7.