Bakıda Britaniya Film Mövsümü başlanıb

 

 

Ötən gün Bakıda Britaniya Film Mövsümünün açılışı olub. Film mövsümü British Council, Böyük Britaniya səfirliyi, PwC, UNICEF 28 Cinema ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

 

Bununla bağlı keçirilən mətbuat konfransında British Council-in Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, film mövsümündə Böyük Britaniya istehsalı olan filmlər, o cümlədən, "Mr Turner", "The İmitation Game", "Pride", "Hitchcockun The Ring", "The Story of Children and Film", "Paddington" (Bakıda premyerası olan) "Shaun the Sheep" filmləri nümayiş olunacaq:

 

"Bu filmlər Böyük Britaniyada şöhrət qazanmış filmlərdir və bütün filmlər ingilis dilində səslənəcək. Hər bir film özündə Britaniya kinemotoqrafiyasının fərdi, özəl xüsusiyyətlərini ehtiva edir. Tamaşaçılara dram, komediya, həmçinin cizgi filmləri təqdim ediləcək. Filmlərin ingiliscə səsləndirilməsinin üstün cəhətlərindən biribu dili öyrənənlərin dil bacarıqlarını təkmilləşdirmək üçün gözəl fürsətdir. Filmlərdən dördü Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək. "Mr Turner", "Pride" və "Shaun the Sheep" mükafat qazanmış yeni filmlərdir. Alfred Hiçkokun 1927-ci ildə ekranlaşdırdığı "Zəng" filmi səssiz kino nümunəsi olan nadir klassik əsərlərdəndir.

 

Film sevgi üçbucağından bəhs edir. "The Story of Children and Film" isə dünyada uşaqların kinodakı işindən bəhs edən ilk filmdir. Bu filmdə 16 gənc yaşlı kinorejissorun nailiyyətlərindən onların "Bacarıqlar sərhədsizdir" mövzusunda maraqlı bir dəqiqəlik filmlərindən bəhs edilir (UNICEF dəstəyi ilə). Festival zamanı "Paddington" "Pride" filmləri Azərbaycanda ilk dəfə olaraq ingilis dilində nümayiş olunacaq".

 

Film mövsümü zamanı göstəriləcək filmlərdən əvvəl qısametrajlı, bir dəqiqəlik filmlər nümayiş olunacaq. Bu filmlər azərbaycanlı gənc rejissorlar tərəfindən çəkilib özündə güclü bir ismarıcı əks etdirir.

 

Film mövsümü aprelin 12-dək davam edəcək.

 

Qeyd edək ki, bu il British Council UNICEF Britaniya Film Mövsümü çərçivəsində Azərbaycanda OneminutesJR adlı təlim sessiyası təşkil edib. Bu tədbir beynəlxalq layihənin bir hissəsi olub gənclər uşaqların sosial müdafiəsi sahəsində peşəkar qısa filmlərin hazırlanması çəkilişini öyrənmək imkanı verir. Seminarın mövzusu "İmkanlar Məhdudiyyətsizdir" olub. Görmə eşitmə qüsurlu gənclər müxtəlif çətinlikləri olan ailələrin uşaqları bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə biliblər.

 

British Council-ın facebook səhifəsində ən çox bəyənilən 3 filmin müəllifi qalib seçilib filmlər Britaniya Film Mövsümü zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 9 aprel.- S.7.