"Sözə təmənnasız xidmət"in təqdimatı olub

 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ TƏQDİMATI KEÇİRİLƏN KİTAB MƏRHUM PROFESSOR HƏSƏN QULİYEVƏ HƏSR OLUNUB

 

Ötən gün Yazıçılar Birliyində (AYB) görkəmli ədəbiyyatşünas alim, "Luç" Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, professor Həsən Quliyevin xatirəsinə həsr olunmuş "Sözə təmənnasız xidmət" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri Yazıçılar Birliyinin üzvü, kitabın tərtibçisi, millət vəkili Elmira Axundova açaraq qonaqları salamlayıb Həsən Quliyevlə bağlı, rusca nəşr edilmiş kitab barədə ətraflı məlumat verib:

 

"Biz bu yaxınlarda çox yaxşı bir insanla əbədi vidalaşmalı olduq. Səhhətində problemlər olmasına baxmayaraq, o, son günlərində işinin başında idi, kitabları məqalələri üzərində çalışırdı. "Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası Azərbaycanda rus dilinin qorunub saxlanmasına inkişafına maraq göstərən insanları - Bakıdakı universitetlərin rus dili ədəbiyyatı kafedralarının ədəbiyyatşünaslarını dilçilərini, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar ya peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan, habelə kino sənətinə maraq göstərən yaradıcı insanları birləşdirir. Həsən Quliyev sözə təmənnasız xidmət göstərən tədqiqatçıydı. Əsl Söz Adamı idi, əsl yazıçı sözü isə əbədi yaşayacaq".

 

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Həsən Quliyevi istedadlı ədəbiyyatşünas alim kimi səciyyələndirib:

"Həsən Quliyevin qurduğu "Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası ədəbiyyat mədəniyyət üçün danılmaz xidmətlər göstərib. Minnətdarlıqla qeyd edim ki, Həsən Quliyev mənim rus dilində nəşr olunan bir kitabıma ön söz yazıb. Biz onunla fəal əməkdaşlıq etmişik. İnanıram ki, Həsən Quliyevin xatirəsi onu tanıyan hər kəsin ürəyində daim yaşayacaq. Həsən Quliyev haqqında kitabın nəşr edilməsi təşəbbüsünə görə Elmira xanıma bu kitabda zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm".

 

Xalq yazıçısı çıxışının sonunda Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin "Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədrliyinə namizədliyini irəli sürdü. Təklif hər kəs tərəfindən dəstəkləndikdən sonra AYB sədri Tofiq Məliklini yeni vəzifəsi münasibətilə təbrik etdi.

 

Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev mərasimdə Həsən Quliyevin nəvə-nəticələrinin iştirak etdiyini vurğulayıb:

"Onun ailəsi çox xoşbəxtdir ki, belə bir şəxsiyyətlə uzun illər birgə yaşayıblar. Həsən Quliyev son nəfəsinədək ədəbiyyat üçün, mədəniyyət üçün böyük işlər gördü, bir sözlə o, əsl ədəbiyyat adamı idi".

 

Tədbirdə tanınmış ədəbiyyat və mədəniyyət adamları - Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin sədri Valentin Denisov, təqdim olunan kitabın naşiri Eldar İsmayılov, professor Validə Məmmədova, filologiya elmləri doktoru Sara Osmanlı, Əməkdar jurnalist Aqşin Babayev, "Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının məsul katibi Marina Mürsəlova, Raisa Abdullayeva, Arif Turan da Həsən Quliyev haqqında xatirələrini söyləyiblər.

 

Sonda alimin nəvəsi, Assosiasiyanın üzvü Rüstəm Quliyev ailə adından tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.

 

Kitabda tanınmış elm və ədəbiyyat xadimlərinin H. Quliyev haqqında oçerk və esseləri yer alıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 23 aprel.- S.7