Azərbaycan aktyorları Tiflis səhnəsində

 

 

Aprelin 27-də Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrının səhnəsində C. Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında gürcü yazıçısı Nodar Dumbadzenin "Didro" əsəri oynanılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşanın açılışında C. Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış edərək Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə Gürcüstan Mədəniyyət Abidələrin Mühafizəsi Nazirliyinin birlikdə həyata keçirdikləri "Qafqazda sülh tərəfdarıyıq!" adlı layihə çərçivəsində "Didro" əsərini səhnələşdirdiklərini bildirib. O, əsərin fevralın 26-da Bakıda oynanıldığını, Xocalı soyqırımına həsr olunduğunu bu gün isə Tiflisdə oynanıldığı üçün həmin əsəri 9 aprel faciəsinə həsr etdiklərini bildirib.

 

Sonra tamaşaçılar Nodar Dumbadzenin "Didro" əsərinə tamaşa ediblər. Tamaşada aktyorlardan Aslan Məmmədov, Leyla Qasımova, Əhliman Ərşadlı, Şəbnəm Cəbrayılova, Nicat Qərib, Lalə Şirəliyeva, Azərbaycanın əməkdar artistləri Esmiralda Şahbazova Vaqif Kərimov rolları peşəkarcasına ifa ediblər.

 

Qeyd edək ki, "Qafqazda sülh tərəfdarıyıq!" adlı layihənin  rəhbəri İftixar Piriyev, tamaşanın  quruluşçu rejissoru isə Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru Turqay Vəlizadədir.

 

Tamaşaya baxışda Azərbaycanın Gürcüstandakı səfirliyinin Gürcüstan Barış Vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin rəsmiləri, QHT rəhbərləri, Tiflisdə yaşayan gürcü azərbaycanlı tamaşaçılar, Gürcüstanın ali məktəblərinin azərbaycanlı tələbələri, jurnalistlər ziyalılar iştirak ediblər.

 

 

 

525-ci qəzet.- 2015.- 29 aprel.- S.7