Klassik musiqimiz Avstriyada səslənib

 

 

Avstriyanın Karintiya əyalətində klassik Azərbaycan musiqisindən ibarət konsert keçirilib.

 

Alp dağlarının qoynunda yerləşən Hayliqenblut qəsəbəsində baş tutan konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli məşhur violonçel ifaçısı dirijor Dmitri Yablonski, eləcə Vyana Konservatoriyası, Riçard Vaqner Konservatoriyası Vyana Musiqi Təsviri İncəsənət Universitetinin azərbaycanlı tələbə məzunları çıxış ediblər.

 

Hayliqenblut bələdiyyəsinin tədbir zalında keçirilən tədbirdə yerli bələdiyyə icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

 

Azərbaycan musiqi mədəniyyətini Avstriyanın ən məşhur yay-qış turizm regionlarından birində tanıtmağa xidmət edən konsert Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Hayliqenblut qəsəbəsində yerləşən “Hotel Rupertihausotelinin birgə təşəbbüsü, Hayliqenblut bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.

 

Tədbiri giriş sözü ilə açan “Hotel Rupertihausotelinin sahibi, adamı Fərid Haqverdiyev qonaqları salamlayıb. O, qonaqlara Azərbaycan haqda ümumi məlumat verərək, hər iki ölkə arasında oxşar cəhətlərə toxunub, hər iki xalqın yüksək mədəni-incəsənət irsinə malik olduğunu, Motsart Üzeyir Hacıbəyli dühalar yetişdirdiyini, mədəniyyət klassik musiqidə qarşılıqlı maraq doğuran ortaq nöqtələrin mövcudluğunu qeyd edib.

 

F.Haqverdiyev Azərbaycan musiqisi mədəniyyətini Avstriya ictimaiyyətinə tanıtmağa xidmət bu kimi tədbirlərin gələcəkdə mütəmadi şəkildə müxtəlif məkanlarda keçiriləcəyini diqqətə çatdırıb bu tədbirlərin ənənə xarakteri alacağına ümidvar olduğunu bildirib.

 

Hayliqenblut qəsəbəsinin meri Yozef Şaxner belə bir layihəyə təşəbbüs göstərdiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. O bildirib ki, bu kimi tədbirlər hər iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə töhfə verməklə yanaşı, klassik musiqi həvəskarları üçün yüksək bədii keyfiyyətlərə malik Azərbaycan musiqisi ilə tanış olmaq imkanı yaradacaqdır.

 

Sonra musiqiçilərə xatirə hədiyyələri təqdim olunub.

 

Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Soltan Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov, Fikrət Əmirov, Tofiq Quliyev digərlərinin əsərləri səsləndirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 22 avqust.- S.13.