Milli Kitabxanada “Bəkir Nəbiyev-85” adlı kitab sərgisi açılıb

 

 

Avqustun 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli tənqidçi ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin anadan olmasının 85 illiyi münasibətiləBəkir Nəbiyev-85” adlı geniş kitab sərgisi açılıb.

 

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Bəkir Nəbiyevin yaradıcılığından danışıb. O, akademikin kitabxananın bütün tədbirlərində iştirakından söz açıb.

 

Sərgidə Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ədəbiyyatşünas alimin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıb. Akademikin yorulmaz elmi axtarışları nəticəsində çap olunan əsərlərinin hər zaman aktual olaraq, müəllifinə əbədiyaşarlıq gətirdiyini söyləyib.

 

Tədbirdə professorlar Məhərrəm Qasımlı, Qəzənfər Paşayev Tehran Əlişanoğlu çıxış edərək, görkəmli akademik haqqında xatirələrini bölüşdülər.

 

Sonra Bəkir Nəbiyevin ailəsi adından mərhumun qızı tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək Milli Kitabxananın kollektivinə, tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

Sonda tədbir iştirakçıları alimin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.

 

Sərgidə akademikin Azərbaycan rus dillərində çap olunmuş əsərləri, haqqında yazılan Ön sözyazdığı, redaktoru olduğu kitablar nümayiş olunub.

 

525-ci qəzet.- 2015.- 22 avqust.- S.13.