Xalça sənəti ilə bağlı ABŞ-dakı konfransda Azərbaycan da təmsil olunub

Şərq Xalçaları üzrə Beynəlxalq Təşkilat (ICOC) Vaşinqtonun Tekstil Muzeyində XXI əsrdə xalçaların öyrənilməsi toplanması mövzusunda 13-cü beynəlxalq konfrans keçirib.

 

Tədbirdə ölkəmizi Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva direktorun xalçaların konservasiyası üzrə müavini Yalçın Səlimov təmsil ediblər.

 

Konfransda R.Tağıyeva Azərbaycan Xalça Muzeyi - ənənə müasir baxış mövzusunda məruzə ilə çıxış edərək konfrans iştirakçılarına 2014-cü ilin avqustunda Bakıda açılan yeni xalça muzeyi haqqında ətraflı məlumat verib. Xatırladaq ki, dünyada ilk xalça muzeyi 1967-ci ildə Azərbaycanda yaradılıb. Muzeyin yaradılmasının məqsədi qədim tarixə malik xalçatoxuma sənətinin öyrənilməsi, saxlanması, dünyaya tanıdılması, eyni zamanda, bu qədim mədəniyyətimizin itib-batmadan gələcək nəsillərə ötürülməsinə xidmət etməkdir. R.Tağıyeva bildirib ki, neçə ildir xalça muzeyində qədim texnologiyaların bərpası üzrə proqramlar həyata keçirilir: Bu proqram çərçivəsində muzeyin kolleksiyasında olan qədim xalçaların surəti müəllif işləri toxunur. Muzeyin direktoru konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyinin yaradılmasının 50 ili tamam olacaq xalqımız bu əlamətdar yubileyə indidən hazırlaşır.

 

Qeyd edək ki, yarandığı ilk vaxtlardan xalça muzeyi xarici muzeylər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 1983-cü ildə UNESCO-nun loqosu altında İCOC xalça muzeyinin birgə təşkil etdiyi şərq xalçaları üzrə birinci beynəlxalq konfrans Bakıda keçirilib. Həmin konfranslar 1988, 2003 2007-ci illərdə davam etdirilib. 2006-2007-ci illərdə Azərbaycan Xalça Muzeyi ilə Vaşinqtonun Tekstil Muzeyi arasında birgə proqram həyata keçirilib. Həmin proqram-layihəyə əsasən xalçaların qorunması saxlanması ilə bağlı elektron kataloq yaradılıb.

 

Konfransda Amerika muzeyləri arasında gələcək əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, Vaşinqtonun Tekstil Muzeyi Qəyyumlar Şurasının prezidenti Bryus Baranzuya Nyu-Yorkun Metropoliten Muzeyi direktorunun kolleksiyalar üzrə müavini Kerri Barrata Azərbaycan Xalça Muzeyində saxlanan qədim xalça növü Dəstərxanın muzeydə toxunmuş surətləri hədiyyə edilib.

 

Tədbirdə Vaşinqtonun Tekstil Muzeyi, Nyu-Yorkun Metropoliten Filadelfiyanın İncəsənət Muzeylərində saxlanan Azərbaycan xalçalarının atribusiyası onların kataloqunun tərtibi barədə əməkdaşlıq mövzusunda da söhbət aparılıb. Nümunə olaraq Gürcüstan Milli Muzeyi Azərbaycan Xalça Muzeyinin müştərək tərtib etdiyi Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində adlı kataloq da hədiyyə edilib.

 

Azərbaycan nümayəndə heyəti üç muzeyi ziyarət edib, bu muzeylərdəki Azərbaycan xalçalarını təyin etmək üçün ekspozisiya fondları diqqətlə öyrənib, muzeylərdə xalçaların konservasiya şöbələrində olub. Onlar, həmçinin Metropoliten Muzeyinin baş mühafizi Flora Zaxariya Filadelfiya muzeyinin baş mühafizi Sara Reyter ilə görüşüb, Azərbaycan Xalça Muzeyində konservasiya işinin inkişafı barədə söhbət aparıblar.

 

Muzeylərdən əlavə, konfrans iştirakçıları kolleksiyaçıların şəxsi qalereyalarına gedərək onların topladıqları kolleksiyalara baxıblar.

 

Nümayəndə heyətimizin üzvləri qeyd ediblər ki, kolleksiyalar arasında Azərbaycan xalçalarından da nümunələr var idi.

 

Azərbaycan Xalça Muzeyinin əməkdaşları Amerikanın üç şəhərinin muzeylərində bir neçə şəxsi kolleksiyalarda çoxlu sayda Azərbaycan xalça növlərinin qorunub saxlandığının şahidi olublar. Başqa muzeylərdə xalqımıza aid çox qiymətli maddi-mədəniyyət nümunələri, o cümlədən, xalçalar vardır. Dünya muzeylərində saxlanan xalça digər mədəniyyət nümunələrimiz araşdırılmalı, tədqiq olunmalı bu sahədə axtarışlar davam etdirilməlidir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 22 avqust.- S.12.