Rəşid Behbudov 100 illiyi ilə bağlı anılıb

 

Ötən gün görkəmli müğənni Rəşid Behbudovun 100 yaşı tamam olması münasibətilə yaxınları, sənət dostları, respublikanın tanınmış mədəniyyət incəsənət xadimləri Fəxri Xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

 

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat yaradıcılığından söz açıb:

 

"Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixində böyük simalardan biridir. O ölməz səsi ilə hələ qəlblərdə sevilərək yaşayır.

 

Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu günlər ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir. Gələn il Bakıda görkəmli ifaçı Rəşid Behbudovun heykəlinin açılışı olacaq sənətkarın 100 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri təşkil ediləcək. Yubileylə bağlı olaraq Rəşid Behbudovun disklərinin buraxılması, albomunun nəşri, həyat yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilişi planlaşdırılır. Gələn il Azərbaycanda unudulmaz sənətkarımız Rəşid Behbudovun adını daşıyan musiqi festivalının da keçirilməsi nəzərdə tutulur".

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bildirib ki, XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, estrada musiqisinin simvolu, müstəsna ecazkar səsə malik R. Behbudovun yaradıcılığında milli xarici, Şərqlə Qərb, o cümlədən, Avropa Asiya musiqisinin, uğurlu sintezi öz əksini tapıb: "Ecazkar səsə malik Rəşid Behbudov uzaq Hindistan, Latın Amerikası, Avropa Asiyanın bir çox ölkələrinə uğurlu qastrol səfərləri etmiş az-az sənətkarlardandır".

 

Daha sonra Xalq artisti Mübariz Tağıyev çıxış edərək onun səsinin sevgiyə, şəfqətə, saflığa çağırış kimi bütün dünyanı özünə heyran qoyduğunu söyləyib.

 

Sonda R. Behbudovun həyat yoldaşı Ceyran Behbudova sənətkar haqqında xatirələrini bölüşərək tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 15 dekabr.- S.7