Abid Tahirli haqqında biblioqrafik göstərici nəşr olunub

 

Bugünlərdə tanınmış ədəbiyyatşünas ailm, publisist Abid Tahirlinin 60 illiyi münasibətilə biblioqrafik göstəriciləri əhatə edən kitab işıq üzü görüb.

 

Kitabı dosent Rasim Süleymanov tərtib edib.

 

Nəşrə Azərbaycan mühacirət ədəbiyyatının mətbuatının fəal tədqiqatçısı A. Tahirlinin həyat fəaliyyəti, eləcə   1979-2015-ci illərdə dərc olunmuş materiallar daxildir.

 

Tərtibçinin qeydində göstərilir ki, kitabın əvvəlində verilmiş məqalələrdə Abid Tahirlinin yaradıcılıq yolunun aydın mənzərəsi yaradılıb:

 

"Burada Elçin, Anar, İsa Həbibbəyli kimi ustad sənətkarlardan tutmuş gənc müəlliflərin yazdığı məqalələrə qədər bütün materiallar ardıcıl şəkildə bütövlükdə ya ixtisarla verilib, həmin yazıların dərc olunduğu mənbələr göstərilib. Biblioqrafik göstəricidə Abid Tahirlinin indiyədək çap olunmuş kitabları, məqalələri, eləcə onun haqqında yazmış müəlliflərin əsərləri təsvir olunub".

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 16 dekabr.- S.7