Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti seçilib

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi iclasında iştirak edib.

 

YUNESKO-nun 70 illik yubiley mərasiminə həsr olunan forumun əsas mövzusu mədəni irsin qorunması, müasir dünya mədəni həyatın inkişaf məsələləri idi.

"MDB məkanında kitab oxu" dəyirmi masasında K.Tahirov "Azərbaycan Milli Kitabxanasının vəziyyəti, perspektivi, kitab təbliği yeni mütaliə metodları" mövzusunda çıxış edib.

 

Dekabrın 15-də Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi iclası keçirilib. İclasda kitabxanaçılıq sahəsində əməkdaşlıq, elektron kitabxanaların virtual oxu zallarının açılması məsələləri müzakirə olunub.

 

BAE-nin növbəti iclasında Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy BAE-nin prezidenti, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Belarus Milli Kitabxanasının direktoru Roman Stepanoviç Motulski vitse-prezident seçiliblər.

525-ci qəzet.- 2015.- 18 dekabr.- S.7.