Şahmat dünyası və ilahə Kaissanın kahinləri

 

ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. OYUN QAYDALARI

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

XX əsr - şahmat əsri kimi

 

Şahmat üzrə ilk dünya çempionu adı hələ 1886-cı ildə verilsə , XX əsr böyük proqress əsri olduğu kimi bu oyunun inkişafında populyarlaşmasında da böyük rol oynamışdır. İlk dünya çempionluğu qazanan Vilhelm Steynits bu adı səkkiz il ərzində saxladığı halda, ikinci dünya çempionu olan Emmanuel Laskerin əldə etdiyi həmin fəxri titul 27 il davam etmişdir onun iki onilliyi məhz XX əsrə təsadüf etmişdi. Bu əsrin ilk illərində Qərb yarımkürəsindəŞahmat maşınıinkişaf etməyə başladı. Havanadan olan Xose Raul Kapablanka 13 yaşında olarkən Kubanın aparıcı ustası C.Korsonu məğlub etmişdi, 1921-ci ildə isə dünya çempionluğunu Laskerdən aldı. Altı ildən sonra isə şahmat dahisi kimi meydana çıxan rusiyalı Aleksandr Alyoxin onu bu addan məhrum etdi. Alyoxin 1927-1935-ci illərdə 1937-ci ildən 1946-cı ildəki vəfatına qədər dünya çempionu oldu, lakin həm o, həm sonrakı böyük şahmatçılar Laskerin çempionluğunun rekord müddətini təzələyə bilmədilər. Rus şahmatçısı 1920-ci illərin əvvəllərində Fransaya mühacirət etmişdi. Alyoxin həm gözübağlı şahmat oyununda fenomenal nəticə göstərirdi. II Dünya müharibəsi illərində alman ordusunun zabitləri ilə Vyanada 52 taxtada gözübağlı oyun oynamaqla, əksəriyyətində qalib gəlmişdi.

 

Alyoxinin ana vətənində şahmat geniş yayılmağa başlandı. II Dünya müharibəsinə qədər Sovet İttifaqında artıq beş qrossmeyster var idi, müharibədən sonra isə ölkə dünya şahmatında aparıcı mövqeyə çıxdı. Sovet qrossmeysterləri yarım əsrə yaxın bir müddətdə dünya çempionu adını qazandılar. Alyoxinin ölümündən iki il sonra, 1948-ci ildə beş aparıcı şahmatçının iştirakı ilə keçirilən turnirdə Mixail Botvinnik dünya çempionu oldu bu ənənə dörd onillik ərzində pozulmadı. 1970-ci ildə dünyanın qalan hissəsinin şahmatçıları ilə SSRİ komandası arasında Belqradda keçirilən yarışda Sovet şahmatçıları 20,5:19,5 hesabı ilə qalib gəldi. Hər komandadan rəqib oyunçu öz rəqibinə qarşı 4 oyun oynamalı idi. Lakin matçın qəhrəmanı gənc amerikan qrossmeysteri Robert Fişer oldu. O, keçmiş dünya çempionu Tiqran Petrosyanı 3:1 hesabı ilə uddu.

 

20 yaşlı Robert Fişer 1963-cü ildəki ABŞ çempionatında özü daxil olmaqla 12 iştirakçı arasında 11 mümkün uduş xalından 11-ni qazanmışdı. O, 1970-ci ildə Zaqrebdə, Palmada Buenos-Ayresdə dünyanın aparıcı oyunçularının iştirakı ilə keçirilən turnirlərdə oyunları böyük üstünlüklə başa vurmuşdu. Bu, onun şahmat üzrə dünya çempionluğuna irəliləməsinin təzahürü idi. O, 1971-ci ildə SSRİ-dən olan qrossmeyster Mark Taymanovu 6:0 hesabı ilə, danimarkalı Bent Larseni eyni nəticə ilə uddu. Petrosyana qarşı final iddiaçı matçını 6,5:2,5 nisbəti ilə başa çatdırdı. Bu oyun 1971-ci ildə Buenos-Ayresdə keçirilirdi, şəhərin erməni sakinləri Fişeri çaşdırmaq üçün salonda hay-küy salır, ona təsir göstərməyə çalışırdılar. Lakin bu canfəşanlıq fayda vermədi, kumirləri saydıqları keçmiş dünya çempionu hələ bu ada iddiaçı olmağa cəhd edən amerikan şahmatçısına ona şərəf gətirməyən bir hesabla uduzdu. Bu qələbə artıq dünya çempionunun özünə onun meydan oxumasına yol açırdı. İslandiyanın paytaxtı Reykyavikdə 1972-ci ildə dünya çempionu Boris Spasski ilə keçirilən matçda 12,5:8,5 hesabı ilə qalib gələn Fişer bu adı ondan aldı. Matç nəzərdə tutulandan üç oyun az olmaqla başa çatmışdı, Fişer 7 oyunu udmuş, 11 oyun isə heç-heçə başa çatmışdı. Spasskinin isə 3 qələbə xalı var idi. Bunlardan biri rəqibinə cərimə şəklində ona verilmişdi.

 

Şahmat oyunundakı dolambaclar Fişeri dünyada ən məşhur adama çevirdi. Hətta Cpasski   Fişerin dühasına böyük ehtiram göstərərək, onun altıncı partiyadakı qələbəsinə salondakılarla birlikdə əl çaldı. Bu jest general Baqrationun 1812-ci ildəki  Borodino döyüşündə güllə yağışı altında ölümdən qorxmadan təpəyə dırmaşan fransız döyüşçüləriniƏhsən, fransızlardeyə alqışladığını yada salır.  General igid adam olduğundan, yadların da rəşadətini qiymətləndirməyi bacarmışdı. Spasski rəqibinin şahmat məharətinə biganə qalmamışdı. Rus şahmatçısı bənzərsiz oyunçu olsa da, amerikalı bu vaxt həqiqi dahi olduğunu göstərmişdi. Fişer yüksək kreativliyə və dühaya malik olmaqla çoxlarla insanı şahmat vasitəsilə ilhamlandırdı.

 

Heç şübhəsiz, Fişer Sovetlərin şahmat nüfuzuna ağır zərbə vurmuşdu. Lakin həmin ölkənin şahmatdakı bu uğursuzluğu uzun çəkmədi və Fişerin əllaməlikləri buna şərait yaratmağa kömək etdi. O, öz titulunu qoruyub saxlamaqdan əslində imtina etdikdə, meydana yenidən Sovet şahmatçıları çıxdı. FIDE ilə uzun sürən danışıqlardan sonra Fişer iddiaçı ilə oynamaqdan imtina etdi. 1973-cü ildə Anatoli Karpov  iddiaçıların final matçında V. Korçnoyu məğlub etmişdi. Ona görə də 1975-ci ildə FİDE prezidenti Maks Eyve Karpovu dünya çempionu elan etdi. Sonrakı turnirlərdə Karpov bu şərəfə layiq olduğunu öz yüksək nəticələri ilə təsdiq etdi. 1978 və 1981-ci illərdə Karpov BaqiodaMeranoda keçirilən matçlarda Korçnoyu məğlub edib, öz ali titulunu qoruyub saxladı. On il ərzində o, dünya şahmat aləmində ən nüfuzlu idmançıya çevrildiona layiqli rəqabət göstərən bir adam yox idi.

 

Əlbəttə, SSRİ-də şahmat çox geniş yayılmışdı və bu kütləvilik yeni istedadların meydana çıxmasına şərait yaratdı. Sovet Şahmat Federasiyası ilə digər ölkələrin federasiyaları arasında dərin uçurum var idi. Sovet İttifaqında əgər federasiya 3,2 milyon nəfəri birləşdirirdisə, həmin vaxt Birləşmiş Ştatlarda federasiyanın 15 min, Böyük Britaniyada isə 8 min üzvü var idi. Qərbi Almaniyada üzvlərin sayı 1970-ci illərdə 50 min, Niderlandda isə 16 min nəfər idi. Mübaliğəsiz demək lazımdır ki, SSRİ-də şahmat milli idman növü idi. Burada sadə adamlar şahmat oyununun anadangəlmə gözəlliyini qiymətləndirə və başa düşə bilirdi.

 

Yəqin ki, heç kəs belə bir faktı inkar edə bilməz ki, ümumiyyətlə, XX əsrdə idman böyük cazibə qüvvəsinə və bunun nəticəsi kimi kütləviliyə yiyələndi. Professional idmanda isə ad-san qazanmaq heçasan məsələ deyildir, bu, adətən böyük istedadın, ağır zəhmətin, güclü ağlın, dözümlülüyün və iradənin, bəzən isə bəxti gətirmənin nəticəsi kimi meydana çıxır. İdman növlərində “yüngül” (yüngül atletika), “bədii” (bədii gimnastika) sözləri işlənsə də, bu sözlər adətən onun zahiri, fərqli görüşünü bildirir, onun zirvəsinə yüksəlməkdə heç bir yüngül yol yoxdur.

 

İdman həyatı ağır sınaqları, cana doyduran məşqləri ilə romantikadan da çox uzaqdır. Hər bir idman növü özünəməxsus olan ağır yükə, bədəni və bəzən ruhu da taqətdən salan zəhmətə dözməyi tələb edir. İdmançılar daim bir alətdə çalmaqdan yorulmayan, bu yolla sənətkarlığını artıran, virtuozluğa yiyələnməyə çalışan musiqiçiləri xatırladırlar. İdman insanda yeni fiziki və əqli imkanlar açır, əsasən yüksək əxlaqi keyfiyyətlər formalaşdırır.

 

Yuxarı sinfə məxsus olan gənclər bir qayda olaraq idmana maraq göstərmir, ən yaxşı halda bodibildinqlə - bədəni göz oxşayan formaya salmaq növünə üstünlük verirlər. Ona görə də idmançı karyerası onlar üçün əsasən yaddır, bu kastanın nümayəndələri daha çox qladiator oyunlarından həzz alan qədim romalılar kimi idman tamaşalarını bir əyləncə növü hesab edir, onlara yalnız bu nöqteyi-nəzərdən maraq göstərirlər. Qladiatorun vəhşi heyvanya rəqibi tərəfindən parçalanması da tamaşaçılarda heç bir mərhəmət hissi doğurmurdu, axı onlar qan axıdılmasına tamaşa etməkdən həzz alırdılar. Professional idmandan yuxarı dairələr, dövlət rəhbərləri öz ölkəsinin təbliğatı, reklamı üçün istifadə edirlər. İdmanın inkişafı ümumi inkişafın bir, özüxüsusi qiymətə sahib olan cəhəti kimi nümayiş etdirilir. Beləliklə, idman cəmiyyət üçün vitrin şüşəsi rolunu oynayır.

 

Həyatın digər sahələrində uğur qazanmağa ümid bəsləməyənlər idmana daha çox maraq göstərirlər, ona özlərinin yaşayışı üçün bolluq yaradanAmalteya buynuzukimi baxırlar və bəzən bu ümidlərində heç də yanılmırlar. Cek London özünün “Meksikalı” hekayəsində haqlı olaraq qeyd edir ki, idman yalnız kasıb, yoxsul ailələrdən olan gənclərin  qismətidir. İmkansız ailələrin uşaqları yoxsulluq qurşağının amansız boğmasından qurtulmaq üçün idmanın hansısa bir növü ilə məşğul olmağı seçir. Bir çox hallarda bu, ona ən azı çörək qazanmaq imkanı verir, bəzən isə şan-şöhrətlə yanaşı, onu həm də varlı həyat sürməyə çatdırır. Amerikanın qara dərili boksçuları və ya basketbolçuları təkcə dünya şöhrətinə yiyələnməyib, həm də varlı adamlara çevrilmişlər.

 

Şahmat da rəqabət, yarış səhnəsi olduğuna görə idman növü hesab olunur, bu oyunda əsasən digər növlərdə olduğu kimi, qalibya məğlub müəyyən olunur. Qalib zirvəyə doğru irəliləməyə başlayır, istedadı ilə yanaşı, zəhməti, nəzəriyyəni yaxşı bilməsi ilə, dünyanın qabaqcıl şahmat təcrübəsinə yiyələnməklə daha böyük nailiyyətlərə imza ata bilir.

 

Şahmat həm də olduqca mürəkkəb oyundur, müharibədə hər qoşun növünün öz vəzifəsi və başqaları ilə öz hərəkətini əlaqələndirmə qabiliyyəti olduğu kimi, burada da piyadaların və böyük fiqurların funksiyaları, vəzifələri, hücum və müdafiə olunmaq variantları vardır. Strateji məqsəd isə aydındır - qalib gəlmək və mümkün olduqca məğlubiyyətdən yayınmaq. Tətbiq edilən taktiki gedişlər də məhz bu məqsədə xidmət etməlidir. Çin filosofu Sun-Tszının qeyd etdiyi kimi, “strategiyasız taktika - ancaq məğlubiyyətdən əvvəlki hay-küydür”.

 

Şahmatda yeganə bir demokratik qayda da mövcuddur, sağ qalıb səkkizinci xəttə çıxan piyada vəzir səlahiyyətlərinə yiyələnə bilir. Bu qədim çinlilərin meritokratiyasını - əyalətdən olan sadə adamın uğurlu imtahanlardan sonra imperator sarayında vəzifə tutmasını yada salır. Lakin orduda sıravi əsgər nadir hallarda rütbəcə böyüyüb, generala çevrildiyi kimi, şahmatda da bu çevrilmə olduqca az hallarda baş verir. Sıravi əsgər kimi piyadanın da xoşbəxt aqibətinə heç də addımbaşı rast gəlinmir.

 

Şahmat ağıl, iradə, dözümlülük, bəlkə də bir qədər müsəlmansayağı deyilsə, özünü doğruldan səbir tələb edir. Müdafiə imkanlarını hazırlamadan, bu vacib cəhətə qayğı göstərmədən hücuma atılma ehtirası uzun müddət davam edə bilmir, bir qədər sonra isə kəskin müqavimət nəticəsində sönür. Çünki zəif müdafiə hücuma keçən oyunçu üçünAxilles dabanı” rolunu oynayır. Rəqib bu zəif mövqedən agah olduqda, əlverişli vəziyyət onun müşahidəsindən yayınmadıqda əks-hücuma keçmək fürsətini əldən vermir. Beləliklə, nəinki əvvəlki hücum qızğınlığından əsər-əlamət qalmır, həm də rəqib oyunun davamını öz xeyrinə dəyişərək, ən azı stratejiya psixoloji üstünlüyə yiyələnir.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2015.- 26 dekabr.- S.26