Kinoşünas Aydın Kazımzadənin 75 illiyi qeyd olunub

 

 

C.Cabbarlı adına  "Azərbaycanfilm" kinostudiyasında milli kino sənətimizin görkəmli tədqiqatçısı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 75 illik yubileyi qeyd edilib.

 

Tədbirdə A.Kazımzadənin həyat yaradıcılığından, onun Azərbaycan kino tarixinin öyrənilməsi tədqiqi istiqamətində gördüyü işlərdən geniş söz açılıb.

 

Bildirilib ki, Aydın Kazımzadə kino tədqiqatçısı olmaqla yanaşı, həm gözəl pedaqoq kimi uzun illərdir Azərbaycan Mədəniyyət İncəsənət Universitetində gənc kino mütəxəssislərinin yetişməsində bütün bilik bacarığını əsirgəmir.

 

Vurğulanıb ki, Azərbaycan kinosunun tarixi, bu sahədə çalışan insanlar haqqında onlarla kitabın müəllifi "Azərbaycan kino ensiklopediyası"nın tərtibçisi olan Aydın Kazımzadənin 50 ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq axtarışları dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilib.

 

Sonda yubilyar tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib Azərbaycan kino tarixinin tədqiqi istiqamətində işlərini bundan sonra da davam etdirəcəyini söyləyib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 3 fevral.- S.7.