Niyyət nəcib, əməl işıqlı olanda...

 

YARDIMLININ MÜASİR MƏNZƏRƏSİ BU VƏHDƏTİN TƏZAHÜRÜDÜR

 

 

Vaxtilə Yardımlı rayonuna rəhbərlik etmiş fəaliyyəti ilə insanların rəğbətini qazanmış rəhbər şəxsləri bölgə əhalisinin yaşlı nəsli bu gün razılıq hissi ilə danışır, onları xoş sözlərlə yad edir. Rayonda sağlam mühit yaratmağa çalışmış, insanlara dar gündə dayaq olmuş, sosial-iqtisadi inkişaf üçün mühüm işlər görmüş, tikinti-quruculuq, abadlıq sahəsində əməyi olan rayon rəhbərlərinin dəyərli fəaliyyəti əsla unudulmur, illər sonra da xatırlanır.

 

Cəsarətlə deyirəm ki, rayonumuzun hazırkı başçısı Sevindik Hətəmov da məhz belə keyfiyyətlərə malik bacarıqlı rəhbər, adamlara dar günündə həyan olan, onların dərdinə, sevincinə şərik olmağı, uşaqla uşaq, böyüklə böyük, ağsaqqalla ağsaqqal dilində danışmağı ustalıqla bacaran insandır. Yazımda toxunduğum məsələlərə başqa gözlə baxmağa çalışanlara səmimiyyətlə bildirirəm ki, hər hansı şəxsi xahişlə Sevindik müəllimin qəbulunda olmamışam, yalnız kəndimizdə keçirdiyi səyyar görüş-qəbullarda onunla ünsiyyətdə olmuş, başçının çıxışını dinləmişəm.

 

Yazdıqlarım da qəlbimin hökmüylə qələmə alınır. Atalar yaxşı deyiblər: "Elin gözü tərəzidir". Bu gün rayonun bütün kəndlərində Sevindik müəllimin hörmət nüfuzu yetərincə yüksəkdir. Hətta qonşu rayonlarda, paytaxt Bakıda iştirak etdiyimiz məclislərdə başçımız haqqında xoş sözlər eşitmişik, onu şəxsən tanımayan insanların da hörmətinin şahidi olmuşuq, qəlbimiz dağa dönüb, qürrələnmişik ki, belə bir başçımız var. Gəlin açıq danışaq, biz sadə insanlara lazımdırsa, dövlətimiz onu bizə verib, ölkə rəhbərinin özünün təbirincə desək, dövlətin imkanları daxilində əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün lazım olan hər şey edilir. Lakin dövlət başçısının siyasətinin regionlarda əsas icraçıları sayılan rayon rəhbərlərinin bu sahədə özünəməxsus rolu var olmalıdır.

 

Bu işin öhdəsindən layiqincə gələn rayon rəhbərlərindən biri , Sevindik Hətəmovun timsalında, məhz Yardımlının bəxtinə düşüb. Biz, müəllimlər, rayonumuzda icra başçısının gördüyü işlər barədə məlumatı həm əyani olaraq gördüklərimizdən, həm "Yardımlının səsi" "Zirvə" qəzetlərindən, ara-sıra televiziyadan ayrı-ayrı internet saytlarında gedən yazılardan alırıq. Sevinirik ki, icra başçısı haqqında yazılan deyilən müsbət fikirlər həqiqəti əks etdirir, reallıqlara söykənir. Necə deyərlər: görünən kəndə bələdçi?! Amma bəzən qəlbimizi göynədən, əsassız,  materiallara da rast gəlirik. Görəsən belə cızmaqaraların müəllifləri öz vicdanları ilə baş-başa qalanda əməllərindən utanmırlarmı? Axı yel qayadan tozdan başqa aparar? Rayonumuzda işlədiyi 2 ilyarımlıq müddətdə Sevindik müəllim rəsmi vəzifələrini uğurla yetirməkdən əlavə, insanlara mənəvi dayaq olub, kimsənin haqqının tapdanmasına yol verməməyə, hər kəsin qabiliyyətinə bacarığına uyğun gündəlik həyatda yer tutmasına çalışıb.

 

Əhalinin hüzr məclislərində iştirak etmək, evi yananlar üçün yeni ev tikilməsi, maddi yardıma həqiqi ehtiyacı olanlara köməklik göstərilməsi, yüzlərlə insanın şəxsi problemlərini öz problemi bilərək həll etmək - bütün bunları Sevindik Hətəmov özünə mənəvi borc bilməkdədir. Keçirdiyi görüşlərin birində "mən kiməsə kömək göstərib işlərini yoluna qoyanda qəlbən rahatlanıram, özümü çox rahat hiss edirəm" - deməsi bunun göstəricisidir. Ümumi problemlərin həlli istiqamətində atdığı addımlar, rayon üçün uzun illər aktual qalan məsələlərin öz həllini tapmasına çalışması daha geniş söhbətin mövzusu ola bilər. Təkcə 2014-cü ildə rayonda 9 yeni məktəb binası, 2 uşaq bağçası tikilib istifadəyə verilib, dövlət rəhbərinin sərəncamlarına əsasən Yardımlı-Deman-Arvana, Yardımlı-Hamarkənd-Abasabad yolu asfaltlanıb, Pirembel yoluna asfalt çəkilib, Bozayran, Əsədabad Hamarkənd kənd yollarında avtomobillər üçün körpülər tikilib. Rayonda 18 kəndin içməli su probleminin həlli məqsədilə "Sineyir" su mənbəyindən gələn xəttin xeyli hissəsi çəkilib. Rayon mərkəzi abadlaşdırılıb, idman kompleksinin RİH-nin inzibati binalarının tikintilərinə başlanılıb. Hələ kəndlərdə aparılan yenidənqurma, tikinti-quruculuq işlərini yazmaqla bitən deyil.

 

Sevindik müəllimin diqqətindən rayon miqyaslı məsələlərin heç biri yayınmayıb. Hamımızın hörmət bəslədiyimiz, mənim gənclik dostum, doktor Hacı Himayətin, "Zirvə" qəzetinin cəfakeş redaktoru Ələsgər Cəfərovun, gözəl ziyalı Mehdi Həsənovun rayon miqyasında yubileylərinin keçirilməsi Sevindik müəllimin ziyalılara verdiyi qiymətin bariz nümunəsidir. Bilirik ki, Sevindik Hətəmovun özünə doğma Laçını qədər əziz bildiyi Yardımlıda hələ görəcəyi çox işlər var. İnanırıq ki, o, bacarıqlı rayon başçısı kimi, dövlətimizin imkanlarına, qəti mövqeyinə arxalanaraq, bütün bunları da uğurla həyata keçirə biləcək. Ümidvarıq ki, dövlət rəhbərinin "Biz hələ Yardımlıda çoxlu layihələrin açılışında iştirak edəcəyik" fikrini rayonumuzun başçısı Sevindik Hətəmov əməli fəaliyyəti ilə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq. Bu yolda ona yenidaha böyük uğurlar diləyirik.

 

Naibxan İMANOV

Yardımlı rayon Dəlləkli kənd məktəbinin baş müəllimi

525-ci qəzet.- 2015.- 5 fevral.- S.4.