Qara Qarayevin 97 illiyi silsilə tədbirlərlə qeyd edilib

 

Fəxri Xiyabanda görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 97 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə nazir Əbülfəs Qarayev iştirak edib.

 

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev tədbirə toplaşanlara minnətdarlığını bildirərək Azərbaycan musiqisinin korifeyinin həyat yaradıcılığı haqda məlumat verib. Ə.Vəliyev qeyd edib ki, Qara Qarayev Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verib, onun yaradıcılığı əbədi yaşayacaq.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli vurğulayıb ki, ölməz əsərlərin müəllifi olan Qara Qarayevin unikal yaradıcılıq irsi bütün dünyada klassik musiqi həvəskarlarının böyük maraq obyektidir.

 

Sonra tədbir iştirakçıları bəstəkarın məzarı önünə gül dəstələri qoyublar.

 

Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında dahi bəstəkarın anadan olmasının 97 illiyinə həsr edilmiş konsert keçirilib. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri baş dirijoru Xalq artisti Teymur Göyçayevdir. Konsertdə orkestrin solistlər Fəridə Məmmədova Fəqan Həsənlinin ifasında Qara Qarayevlə yanaşı, dünya bəstəkarlarının da əsərləri səsləndirilib.

 

Niyazinin mənzil-muzeyində Q.Qarayev yad edilib. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin həyat yaradıcılığı haqqında söhbət açıb: Qara Qarayev beynəlmiləlçi bəstəkar idi. Görkəmli bəstəkar bir çox xalqların musiqisinə müraciət edib. Bəstəkarın İldırımlı yollarla, Don Kixot, Zəriflik, Vyetnam süitası, Alban rapsodiyası, Mən sizi sevirdim digər bənzərsiz musiqiləri xarici sənətkarların əsərləri əsasında bəstələnib müəllifinə dünya şöhrəti qazandırıb.

 

Qara Qarayevin müxtəlif xalqların folkloru, ədəbiyyatı, mədəniyyəti ilə yaxından tanış olmasının, öyrənməsinin göstəricisidir ki, bu əsərlərin mükəmməl təsir qüvvəsi hər zaman hiss olunmaqdadır.

 

Tədbirdə Qara Qarayevin bəstəkarı olduğu Matteo Falkone qısametrajlı bədii filmi göstərilib.

 

Sonda Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin tələbələrinin ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

Azərbaycan Bəstəkarlar İttifaqında da dahi bəstəkarın 97-ci ildönümü münasibətilə konfrans keçirilib.

 

Konfransda Bəstəkarlar İttifaqının katibləri Zemfira Qafarova Sərdar Fərəcov dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən danışıblar.

 

Qara Qarayevin tələbələri Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Tofiq Bakıxanov, Azər Dadaşov digərləri müəllimləri ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən pedaqoq kimi fəaliyyətindən söhbət açıblar. Həmçinin Qara Qarayevə həsr etdikləri musiqilər barədə məlumat veriblər.

 

Bildirilib ki, təvazökar, tələbkar, hər zaman axtarışda olan dahi bəstəkar Q.Qarayevin yaradıcılığı, dünyagörüşü musiqiçilər üçün örnəkdir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 fevral.- S.16.