Tiftiklənmiş ruhuna görə utanmaq...

 

“Düşüncə fraqmentləri” silsiləsindən

 

 

İçində yaşatdığın və yaşadığın hər şey gec-tez unudulub gedir. Doğrudur, zahirən qeybolmuş təsiri bağışlayan nələrsə də mütləq hansısa şəkildə adamın həyatında, düşüncə tərzində, dünyagörüşündə, gözünün altında, ağzının kənarında,  ürəyinin klapanında, qan təzyiqinin göstəricisində və daha haralarda... iz qoyub sonra yoxa çıxır. Ancaq o izlər nə qədər dərin, nə gədər geniş olsa da, bir zamanlar səni iliyinəcən göynədən, ya da hüceyrələrinəcən sevindirən hər nə varsa, gec-tez silinir. Qum üstünə çəkilən rəsm kimi. Zamanın yelləri əsir, yaddaşın səhrasını ehmalca, nəvazişlə sığallayır... Hafizənin sürətlə silinməyə başlaması təkcə cəza deyil, həm də təbiətin insana bəxş etdiyi bir lütfdür. Unutmaq və unudulmaq qorxusundan insan nə olur olsun-yetər ki, onu xatırlatsın-nəsə qoyub getmək arzusuyla çırpınır. Bu arzunun və qorxunun özü belə necə mənasızdır...Axı unudulanlar  artıq qorxulu olmur... Bir ilahi holoqram kimi var olan kainatda mövcudluğumuzun zərrə missiyası nəhəng və ali yaradılış sirrinin qarşısında necə də miskin görünür...O böyük sirlə nisbətdə iztirab və ağrılarımız o qədər bəsitdir ki... Amma yalnız o sirlə nisbətdə...Biz axı hələ ki o sirrə vaqif deyilik... Və nə qədər ki, bu belədir, öz çəkdiklərimiz bizə cəhənnəm əzabı miqyasında görünür. Əzab və ağrılarımızı özümüz böyüdürük-sözün bütün mənalarında.

 

İnsan təmtəkdi. Anlamaq eşqinə düşəndən tənhalığın soyuq, dözülməz, çəkilməz, yaşanılmaz ucqarına sürgün olunmuşuq...Bizi fırlanan bir kürənin üstünə yığıb milyonlarla soyuq ulduzun arasına tolazlayan Tanrının mərhəmətinə ümid etməkdən başqa çarə varmı? Hər birimiz bu fırlanğıcın lap mərkəzində dayandığımızı zənn eləyib müvazinətimizi saxlamağa çalışa-çalışa fırfıra ömrü yaşayırıq.  Və ömrümüzün axıranacan da üstündən yıxılmamaq üçün şar üstündəki adam kimi irəli-geri, irəli-geri  gedə-gedə, heç cür keçmək bilməyən başgicəllənmədən əziyyət çəkə-çəkə fırlanırıq...Fırlanmanın sürəti imkan vermir ki, bir-birimizin əlindən uzun müddət yapışaq. Saniyədə 30 kilometrə yaxın sürətlə gedənlər bir-birilərində necə istinad nöqtəsi tapa bilər? Hamı ancaq yıxılmamağının hayındadır. “Saxlayın yer kürəsini, düşürəm” arzusuna düşənlər də az olmadı zaman- zaman. Tutalım, nəzərə aldılar arzunu, hara düşəcəkdin, adam? Nə düşməyə, nə qalxmağa yerimiz yoxdu bizim! Həndəvərimizdə hər şey fırlanır, hər şey dönür!  Üstünə düşdüyün başqa bir fırlanğıc səni alıb götürəcəkdi kəhkəşanın başqa fırlanan nöqtəsinə. Oralarda da bəlli olmayan vaxt ərzində dönüb-dolanıb hansısa ata başlanğıcın “çağırışı” ilə yenidən fırlanıb bir ana bətninə düşəcəkdin. Sonra isə ölümün fırlanan ağuşu... Və nə qədər ki, anlamaq, o naməlum sirrə vaqif olmaq, kimsəyə bəlli olmayan o həqiqəti dərk etmək arzusu ruhunu tərk etməyəcək, bu əbədi fırlanma tsikli də heç dayanmadan davam edəcək. Saysız-hesabsız bətnlərdən doğulmaqdan və hər doğuluşda da ən müxtəlif bədənlər geyinməkdən ruhun tiftiklənəcək... Nə qədər təzə bədən geyinir- geyinsin, fərqi yoxdur,  tiftikli, köhnə və çoxbilmiş   ruhuna görə utanacaqsan həmişə...Ona görə də hər dəfə təzə bədəninlə didilmiş, tiftiklənmiş ruhunu gizləməyə çalışacaqsan, istəyəcəksən ki, hamı kimi olmadığını sezməsinlər. Canını qoyacaqsan bunu sezdirməmək üçün. Boşuna... Bir gün səni çox möhtəşəm sandıqları hansısa mötəbər yerdə par-par parıldayan bədəninin altından bir əlcə üzülmüş, qədim ruhunun görünməsi ilə məsələ bitəcək. Səni tanıyacaqlar... Biləcəklər ki, sən Onlardansan-o əlyetməz, ünçatmaz sirrin arxasına düşənlərdən...Elə həmin andan səni görməzdən gələcəklər, hər kəs özünə, mənliyinə uyğun damğa vuracaq sənə, hər addımda sarsıdıb yıxmağa çalışacaqlar, yıxılmadığını görəndə çamur atacaqlar, bulaşmadığını görüncə ən azı üz çevirib gedəcəklər, bir sözlə, səni hər dəfə yenidən doğulduğuna peşman edəcəklər.  Və yalnız ona görə ki, sən anlamaq istəyini boğa bilmədiyin bir ruhla cəzalandırılmısan lap əzəldən.... O ali biliyə çatmaq istəyən ruhunu da götürüb səni öz “dünyalarından” xaric edənlərin yanından ilim-ilim itəcəksən. Sən özünü yenidən yaratmağa cəhd edəcəksən bundan sonra. Amma onda da əlinin içi kimi biləcəksən ki, insanın yaratdığı hər şey, gec-tez özünə qarşı çevrilir.  Bir gün hər kəs yaratdığı ilə imtahana çəkilir. Özünü yenidən yaratmaq cəhdlərin də sənə həddindən artıq baha başa gələcək. “Yaratdığın əsərin mübarək!” deyib də qarşına atacaqlar ərsəyə gətirdiyini. “Di cavab ver!”-deyəcəklər. Şikayətlənməyə belə haqqın yoxdur. Fitrətindən kənaraçıxmaya görə alacağın cəzaya da hazır olmalısan. Yalanların ortasında yaşaya –yaşaya, hər şeyin yalan, absurd olduğunu bilə –bilə Həqiqət eşqinə düşmüşdün. Nə yalandan vaz keçə bilmirdin, nə də həqiqəti öyrənmək arzusundan. İki sevdanı birdən çəkmək həvəsindəydin. Di buyur!- “İki sevda çəkənlərin cəzası var”, əzizim. İndi çək ağrını. Sən ağrını çəkə bildikcə, hətta mazoxistcəsinə ağrılarından həzz aldıqca hardansa naməlum obyektdən ağrının miqdarı və keyfiyyəti artırılır. Ağrıyan yerini belə bilmədən, “cəzanın bu qədəri də olmaz” deyib daha böyük cəzanın gələcəyi günü gözləyirsən. Bilmirsən ağrıyan harandı, amma dəqiq bilirsən, canın o ağrıyan yerdədi. Ağrıyla dərketmə arasındakı tənasübün artımından çəkdiyin əzab boyunu aşır. Ağrın artdıqca  anlamanın dərəcəsi çoxalır, anlamağın dərinləşdikcə buna müvafiq olaraq ağrın da kəskinləşir. Ağrın kəskinləşdikcə  ruhunun bədəndəki tıncıxması artır, təngnəfəs olur ruhun, boğulur bədəndəki bataqlığında...Ən pisi də budur ki, ruhun bu bataqlıqdan qopub harasa ərşin ən yuxarı qatına belə millənməyi bacarsa da, o naməlum, dözülməz ağrını da özü ilə aparacaq. Ta ki axtardığı sirri bilməyincə ruhun o ağrıdan birdəfəlik qurtulmağı bacarmayacaq. Çünki o ağrı bədənin hansısa yerində deyil, ruhun mahiyyətindədir. Bunun çarəsi ancaq ölümdür.  Əgər ölümdən sonra da axtardığı o “nəsə”ni tapmasa, öz naməlum ağrısıyla da tək-tənha dolaşacaq dibsiz, sərhədsiz boşluqları... Nə axtardığını, nə gəzdiyini, nə istədiyini anlamadan...Cəhənnəm əzabı deyilən də bu olsun gərəê... Ölüm bədənin qurtuluşudur, ruhun yox. Bədən nəhayət êi, torpağın içində rahatlıq tapır, amma ruhun gicələê vəziyyətdə fır-fır fırlanır... Ali həqiqəti axtarmaq əzabına məhêum edilən ruhun-nə bədənlə, nə də bədənsiz günü gün olmur. Belə ruha bəxş edilən bədənlər də yazıq olur. Belə ruhlar o bədənlərin də axırına çıxır gec-tez. Heç nə bacarmayanda, intiharla... Bu ruha behişt lazımdır. Onun cənnəti isə nemətlərin vəd olunduğu cənnət deyil, axtardığı fövqəlsirri  tapdığı anda bütün êarmiê günahlardan arınmasından, çəêilməz əzablardan qurtulmasından doğan və sözlə ifadə olunmayan əbədi rahatlıq hissidir. Yalnız bundan sonra o ruh “ohh, nəhayət!” deyib o davamlı fırlanma tsiêlindən qopa bilir və əriyib öz cənnətinə qovuşur...Buna çatıncaya qədər o öz itirilmiş cənnətini axtarmağa davam edəcəê...

 

lll

 

...Yaşı otuzu êeçib. Deməê olar, həmyaşıdıq-hərdən uşaq, hərdən də qoca qarı olduğunu nəzərə almasaq... Cinsi qadın olsa da, içində yaşatdığı və nə qədər çalışsa da öldürə bilmədiyi, çölündəêi qadından çox güclü êişinin varlığından həmişə əzab çəêir. Qəribədir, səhvləri də həmişə êişi səhvləridir, qadın belə qələtləri eləyə bilməz. Çoxdan, lap çoxdan tanışıq. İllər anlayışı burada çox nisbi səslənərdi. Bəlêə bir ömürdü ona bələdəm, özüm êimi tanıyıram desəm, mübaligə etmiş olmaram. Verdiyi qərarları, yaşadığı yanlışları, elədiyi doğruları biləcəê qədər yaxın dostluğumuz var, hərdən də bir-birimizin qanına susayacaq qədər də düşmənçiliyimiz. İstedadlı və gözəl olmağının üzərinə bir də narahat, qayır-qayır qaynayan bir dəngəsiz ruhu da “bonus” alıb təbiətdən Allahın bəlası.

 

Danışan zaman tam sürət götürəndə hərdən eşitmədiyim, başa düşmədiyim êəlmələr olsa da onu iliyinəcən, hüceyrələrindəêi atomlaracan mənim êimi anlayan iêinci biri çətin tapıla...Bəzən elə yaxşı danışır êi, belə zamanlarda  ancaq onu eşitməê istəyirəm, başqa heç êimi. Qəribə və ucadan gülməyi var. O qədər yaşadıqlarına rəğmən birdən elə ürəêdən qəhqəhə çəêir êi, istər-istəməz gülüşünə yoluxursan. Ürəêdən güləndə elə bil büllur çiliêlənib töêülür. Çox gülürsə, deməli, yenə dərd içindədir.

 

Birdən elə hərəêət eləyir êi, yandırıb adamın cızdağını çıxardır. Demirəm, belə vaxtlarda özü xoşbəxt olur, yox, bədbəxtliyin düz dibinə yuvarlanır, çöêür, qırılır, sınır, darmadağın olur. Bu anlarda da məndən başqa ürəê açası, dərd bölüşəsi bir êimsəsinin olmadığını bilirəm. Ona görə də çalışıram xətrinə dəyməyim.  Amma mənim də səbrim, hövsələm daşdan, dəmirdən deyil.  Həmişə iltifatlı olmaq olmur. Hərdən sancıram, səhvlərinə görə ittiham edirəm, hərdən də yaxşıca êönlünə toxunuram. İncimir, haqlı olduğum, haqsız davrandığım məqamları da ondan yaxşı bilən yoxdur. Hər mövzuda söhbətimiz alınır. Bu müêalimələrdən çox qiymətliləri də olur, adi qadın dedi-qodusu səviyyəsində “vıdı-vıdı, dır-dır”  olanları da. Mən onu özümdən ağıllı bilirəm, laêin o əêsini düşünür. Tez-tez depressiyaya düşməyi olmasa, nə dərdi var? Düşəndə də aylar lazımdı onu o məyusluq girdabından çəêib çıxarmağa... Onun hər depressiyasına, hər ağrısına qatlaşmaqdan yarımcan olmuşam. Amma belə vaxtlarında onu sadəcə taleyin ümidinə də buraxmaq olmaz, qətiyyən olmaz. Özünün öz başına açdığı hoqqalara, elədiyi yanlışlara görə dişimin dibindən çıxanı deyirəm hər dəfə (axı iliyiməcən yandırır bəzən) və sonra da mütləq bağışlayıram. Bağışlamasam, bilirəm êi, üzüntülərdən məhv olar. Dizlərini qucaqlayıb içinə yumaqlananda görêəminə, yaşantılarına dözə bilmirəm. “Dəyiş, özünü dəyişdir” deyirəm bəzən, amma ondan sonra alınan mutantdan qorxmağa, çəêinməyə başlayıram. Onda özümə yad, tamam yabançı biri durur qarşımda. Mənə də yenidən həminêi dəli-dolu, çılğın, narahat, səbatsız, amma bir o qədər də mərhəmətli, sevgi dolu, bəzən təêcə ürəêdən, bəzən də təêcə beyindən ibarət olduğunu düşündüyüm əvvəlêini arzulamaq qalır. Nə olursa olsun, nə edirsə etsin, cəzalandırandan, dərsini verəndən sonra mütləq bağışlayıram, onu qucaqlayıb bağrıma basıram, özüm êimi...Özümü bağışlamasam, o yaşamaz... Onu sevməyənlərin, etiraf və qəbul etməyənlərin yerinə də sevirəm. Həqiqətən sevəndə isə mütləq bağışlayırsan. İstəyirəm yaşasın hələ, Fövqəlsirrə yetişənə qədər sadəcə yaşasın...Özüm êimi...

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 14 fevral.- S.25.