Rast. Niyazi” sənədli filminin heyəti ilə görüş keçirilib

 

 

Bəstəkarlar İttifaqındaMüasirlərlə dialoqlayihəsi çərçivəsindəRast. Niyazisənədli filminin heyəti ilə görüş olub.

 

Əvvəlcə Azərbaycanın görkəmli dirijoru bəstəkarı, SSRİ Xalq artisti Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşRast. Niyazisənədli filmi nümayiş edilib.

 

Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru əməkdar incəsənət xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.

 

Filmin bədii rəhbəri Xalq artisti, kinorejissor Eldar Quliyevdir.

 

Filmdə dahi bəstəkar dirijorun həyat yaradıcılığı haqqında müfəssəl məlumatlar, görkəmli şəxslərin – SSRİ Xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, Xalq yazıçısı Anar, digər mədəniyyət incəsənət xadimlərinin onun haqqında fikirləri yer alıb.

 

Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.

 

Nümayişdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək söyləyib ki, musiqi tariximizdə böyük iz qoymuş NiyazininRastsimfonik muğamı dünya musiqi incilərindəndir. Bildirib ki, bu əsəri muğam festivallarında, konsert proqramlarında təqdim edirik rəğbətlə qarşılanır.

 

Sonra Eldar Quliyev, İntiqam Qasımzadə, Nonna Müzəffərova filmin ərsəyə gəlməsindən danışaraq bu ekran əsəri vasitəsilə gələcək nəsillərin Niyazini daha yaxından tanıyacaqlarını vurğulayıblar.

 

Sonra film ətrafında müzakirələr aparılıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 21 fevral.- S17.