"General Əliağa Şıxlinski təsviri incəsənətdə"

 

 

Bu il general Əliağa Şıxlinskinin anadan olmasından 150 il ötür. Prezident İlham Əliyevin "General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında" 20 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, ölkəmizdə bu əlamətdar tarixə həsr edilmiş silsilə tədbirlər keçirilir.

 

Dövlət Rəssamlıq Akademiyasında "General Əliağa Şıxlinski təsviri incəsənətdə" mövzusunda konfrans təşkil edilib.

 

Konfrans iştirakçıları rejissor Ziya Şıxlinskinin generalın həyat fəaliyyətinə aid "O, Artilleriyanın allahı hesab edilirdi" adlı sənədli filmə baxıblar.

 

Bu film tarixin müxtəlif dövrlərində müxtəlif bayraqlar altında qəhrəmancasına şücaətlər göstərən, ümumbəşəri dəyərləri müdafiə edərək xalqımızı məşhurlaşdıran vətən övladlarını xatırlamağa yardımçı olur. Həm karyera baxımından, həm döyüş meydanında böyük zəfərlər qazanmış Ə.Şıxlinski, S.Mehmandarov, C.Naxçıvanski, İ.Vəkilov başqa Azərbaycan generalları da məhz bu cür insanlar olublar.

 

Miniatür Kitab Muzeyinin təsisçisi direktoru Zərifə Salahova qeyd edib ki, Ə.Şıxlinskinin yubileyinə həsr olunmuş miniatür kitab buraxdırmaq fikrindədir.

 

Konfransda qeyd edilib ki, sonuncu dəfə 1985-ci ildə çap olunmuş "Əliağa Şıxlinskinin xatirələri" adlı kitabın təkrar nəşrinə ehtiyac var.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 25 fevral.- S.7.