Mədəniyyət və İncəsənət Universitetində fərdi sərgi açılıb

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) "Təsviri sənət" kafedrasının müəllimi, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının fərdi sərgisi keçirilib.

 

Sərgini Universitetin rektoru, professor Fərəh Əliyeva açaraq, tələbələrlə yanaşı, müəllimlərin sərgilərinin keçirilməsinin vacibliyini bildirib.

 

"Tələbələr müəllimlərini yalnız dərsdə deyil, gördüyü işlərlə tanımalı, yaradıcılığını, hansı rəsm əsərlərinin müəllifi olduğunu bilməlidir" - deyən rektor bu sərgi ilə belə bir ənənənin yaranmasının həm müəllim, həm tələbələr üçün faydalı olduğunu qeyd edib.

 

ADMİU-nun professor müəllim heyətinin, tələbələrin,magistrlərin, Rəssamlar İttifaqının üzvlərinin digər qonaqların iştirak etdiyi sərgidə Xalq rəssamları Ağaəli İbrahimov, Xanlar Əhmədov, ADMİU-nun professoru Arif Əziz çıxış edərək Fəxrəddin Qəhrəmanlının yaradıcılığından, rəssam kimi fərdi üsluba malik olmasından, pedaqoji fəaliyyətindən danışaraq, müəllimlərin yaradıcılıq işlərinin tələbələrə təqdim edilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.

 

Daha sonra qonaqlar rəssamın işləri ilə yaxından tanış olublar.

 

Sərgidə Fəxrəddin Qəhrəmanlının müxtəlif janrlarda 34 rəngkarlıq qrafika işi nümyiş olunub.

 

525-ci qəzet.- 2015.- 25 fevral.- S.7.