"İrəli" İctimai Birliyi "Böyüməyən uşaqlar" filmini təqdim edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İrəli" İctimai Birliyi (İB) tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmi ictimaiyyətə təqdim olunub.

 

Xocalıda hər iki valideynini itirən 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırım ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.

 

Filmdə Xocalı haqqında, faciənin baş vermə səbəbləri haqqında məlumatlar verilir. Həmçinin soyqırımından ən çox əziyyət çəkmiş Mehdi Əliyevin müsahibəsi son olaraq Xocalıya ədalət mesajı çatdırılır.

 

Bildirilib ki, film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ digər ölkələrdə nümayiş olunacaq. Bu gün isə filmin Türkiyədə geniş auditoriyaya təqdimat mərasimi keçirilib. Mərasimdə УİrəliФ İctimai birliyinin sədri MirHəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Türkiyənin tanınan ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd olunub ki, "Böyüməyən uşaqlar" filmi Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabının motivləri əsasında çəkilib.

 

Yaxın gələcəkdə filmin Almaniyada nümayişi nəzərdə tutulur. Həmçinin bu mövzuda bədii filmin çəkilməsi planlaşdırılır.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 26 fevral.- S7.