Taleyini Simfonik Orkestrə bağlamış sənətkar

 

XALQ ARTİSTİ ŞÜKÜR SƏMƏDOV: İNSANLARIN MƏNƏVİ SƏVİYYƏSİNDƏN ASILI OLARAQ, DİNLƏDİKLƏRİ MUSİQİLƏR DƏ FƏRQLİDİR

 

...Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qapısına çatanda həzin bir musiqi eşitdim dahi Motsartın musiqisini. Mütəxəssislərdən eşitmişdim ki, Motsartı ifa etmək üçün həm böyük sənətkar olmalısan, həm böyük ürəyin olmalıdır. Müsahibim Xalq artisti Şükür Səmədovla söhbətim zamanı buna bir daha əmin oldum. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru, Bakı Musiqi Akademiyasının dosenti Şükür Səmədov Bakı şəhəri 18 saylı musiqi məktəbində A.İ.Trubnikovun klarnet sinfində təhsil alıb. Ş.Səmədov belə bir sənətkardan dərs almasını özü üçün böyük xoşbəxtlik hesab edir: 8-ci sinifdə oxuyarkən Trubnikovun sayəsində dahi musiqiçi maestro Niyazi ilə görüşdüm o, ifamı dinləyərək mənə qiymətli tövsiyələr verdi.

 

Maestro Niyazi ilə görüşdən sonra sənət baxışım dəyişdi

 

gün ərzində 7-12 saat məşq etməyə başladım. 1 il sonra o, Filarmoniyada yenidən mənə qulaq asdı. Həmin vaxtlar Niyazi həm Azərbaycan Dövlət Filarmoniyasının direktoru, həm Simfonik Orkestrinin baş dirijoru idi. 16 yaşım olmasına baxmayaraq, o məni Simfonik Orkestrdə çalışmağa dəvət etdi. Lakin məktəbdə dərs vaxtlarım uyğun gəlmədiyi üçün orkestrdə işləyə bilmədim.

 

Maestro Niyazi ilə tanışlığının sənətində dönüş nöqtəsi olduğunu bildirən Şükür Səmədov 1983-cü ildə indiki Bakı Musiqi Akademiyasına daxil olandan sonra hərbi xidmətə yollanır: Moskva yaxınlığındakı Belaya Tserkov şəhərinə hərbi xidmətə yollandım

 

hərbi orkestrdə qulluq etdim.

 

Bəzən Moskva Konservatoriyasında dərsləri dinləməyimə icazə verilirdi. Orada mən məşhur klarnet ifaçısı Sokolovun dərslərində iştirak edirdim. Bütün bunlar mənim sənətkar kimi formalaşmağımda böyük rol oynadı.

 

1985-ci ildə hərbi xidmətdən geri qayıdan gənc sənətkar Bakı Musiqi Akademiyasındakı təhsilini davam etdirir. Tələbə olarkən o dövrdəki şərait ilə əlaqədar çox az müsabiqədə iştirak edir. Daha sonralar isə müharibə illərinin çətinliyi, maddi sıxıntılar ona əngəllər törədir: Bizim gəncliyimizlə müqayisədə

 

indiki gənc ifaçılar üçün çox gözəl şərait yaradılıb.

 

İstənilən ölkədə təşkil olunan müsabiqələrdə, konsertlərdə çıxış etmək imkanları var. Bizim dövrümüzdə bunlar olduqca çətin idi. Bu səbəbdən müsabiqələrdə iştirak edə bilmədim.

 

qədər çətinliklərlə üzləşsə , Ş.Səmədov 1986-cı ildə M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera Balet Teatrında çalışmağa başlayır. 1998-ci ildən etibarən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində fəaliyyət göstərir, 2004-cü ildə isə həmin orkestrin direktoru olur: Simfonik Orkestrdə fəaliyyət göstərdiyim illərdə maestro Rauf Abdullayev kimi böyük sənətkarla eyni səhnəni bölüşmək mənim üçün fəxrdir.

 

Ş.Səmədovun fikrincə, musiqi geniş anlayışdır, hər yaş qrupundan olan insanların öz musiqi zövqü var: Yəni insanların mənəvi səviyyəsindən asılı olaraq dinlədikləri musiqilər fərqlidir.

 

Hər bir insanın öz musiqisi var.

 

Amma bəzən sənəti, istedadı olmayan ifaçıların səhnəyə yol tapması məni çox narahat edir.

 

Ötən əsrdə Azərbaycan musiqisində bir çox dahi sənətkarın parladığını deyən Ş.Səmədov onların təkrarsız olduqlarını vurğuladı: Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov başqa bu kimi dahilər hər vaxt yetişmir. Bir vaxtlar Avropada da Bax, Motsart, Bethoven kimi sənətkarlar var idi. İndi heç Qərbin özündə o səviyyədə bəstəkarlar, demək olar ki, yoxdur. vaxtsa onlar yenə olacaq, yetişəcəklər. Lakin

 

indinin özündə bizdə böyük bəstəkarlar var.

 

Məsələn, Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə həmin parlaq yaradıcı şəxsiyyətlərdəndir.

 

Qastrol səfərlərindən danışan Ş.Səmədov dedi ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə bir çox xarici ölkədə olub: Almaniya, İtaliya, Fransa, Türkiyə, Rusiya, Yunanıstan, Küveyt kimi ölkələrdə uğurlu konsertlərimiz olub. Xaricdə hər bir çıxışımız maraqla qarşılanıb. Qastrol səfərləri çərçivəsində keçirilən konsertlərdə Azərbaycan klassik musiqiləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərini ifa edərək, ölkəmizi yüksək səviyyədə təmsil etmişik. Ötən ilin oktyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı səfirliyimizin dəstəyi ilə Almaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirildi orkestrimizin çox uğurlu konserti baş tutdu. Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə çıxışımız alman tamaşaçıları tərəfindən böyük maraqla qarşılandı

 

bizi ayaq üstə alqışladılar.

 

Bu bizim üçün çox böyük şərəfdir. Ş.Səmədov səfər təəssüratlarını bölüşərkən dedi ki, Avropa dinləyicisində orkestrlə səsləndirilən simfonik musiqiyə maraq daha çoxdur, çünki orada bu musiqinin ənənələri xeyli qədimdir. Direktoru olduğu orkestrin builki planlarından danışan Ş.Səmədov qarşıdan Şərqin ilk Simfonik Orkestrinin 95, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin isə 130 illik yubileylərinin gəldiyini bildirdi. Bununla bağlı xüsusi konsertlər olacağını dedi.

 

Bakı Musiqi Akademiyasının müəllimi kimi öz tələbələrindən danışan Ş.Səmədovun onlara böyük ümidləri var: Hər bir sənət kimi, musiqi sahəsində keçmişdə indi qazanılan nailiyyətlər gələcəyə ötürüldükdə daha böyük əhəmiyyət kəsb edir. Bu işin bir mühüm tərəfi yaşlı nəslin, yəni yeni nəslə öz bilik təcrübələrini öyrətməli olan sənətkarların üzərinə düşür. Ancaq əsas məsələ istedadlı, qabiliyyətli gənclərin olması, yeni nəslin özlərindən əvvəlkilərdən öyrənmək, gələcəyin yüksək səviyyəli sənətkarları kimi yetişmək istəyi ilə yaşamasıdır. Belə olduqda nəsillər arasında bağlılıq itməz, hər bir sənət sahəsi, o cümlədən, musiqi sənəti davamlı olaraq inkişaf edər. Azərbaycanda bu baxımdan əlverişli mühit var.

 

İstedadlı gənc ifaçılarımız çoxdur,

 

onlar yorulmadan öyrənməyə, öyrəndiklərini yaradıcı fəaliyyətdə tətbiq etməyə can atırlar. Bu gənc ifaçıların bəziləri artıq beynəlxalq müsabiqələr laureatıdır. Simfonik Orkestrin bədii rəhbəri baş dirijoru olan maestro Rauf Abdullayev istedadlı gənclərin önə çəkilməsinə orkestrdə çıxışına geniş şərait yaradır. Bakı Musiqi Akademiyasında tələbələrim olmuş Səməd Vəkilov Anar Məmmədov Azərbaycan Dövlət Opera Balet Teatrının Simfonik Orkestrində professional musiqiçi kimi fəaliyyət göstərirlər. Bundan başqa, Akademiyanın I kursunda təhsil alan Emil Bağırov həm mənim tələbəmdir, həm Simfonik Orkestrdə birgə çalışırıq. Tələbələrimə çox böyük ümidlər bəsləyirəm inanıram ki, onların gələcəyi parlaqdır .

 

Nigar SƏMƏDOVA

525-ci qəzet.- 2015.- 28 fevral.- S.30.