"Silk Way travel" "Garabag Resort and

SPA" otelinə mediatur təşkil edib

 

OTEL QONAQLARA GÖZƏL OTAQLAR, DADLI MƏTBƏX, UŞAQLAR VƏ BÖYÜKLƏR ÜÇÜN MÜXTƏLİF ƏYLƏNCƏLƏR TƏKLİF EDİR

 

"Silk Way travel" turizm şirkəti yeni marşrut xətti ilə Naftalanda yerləşən "Garabag resort and SPA" otelinə tur təşkil edir.

Səfər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı-Gəncə reysi ilə həyata keçirilir. Gəncə Beynəlxalq Aeroportundan isə qonaqların xüsusi avtobus vasitəsilə otelə transferi həyata keçirilir.

İlk olaraq 3-5 iyun aralığında sözügedən turizm şirkəti "Garabag Resort and SPA" otelinə mediatur təşkil edib. Mətbuat nümayəndələri turizm obyektində yaradılan münbit şəraitlə tanış olublar.

Otelin baş direktoru Orhan Kutluay qeyd edib ki, "Garabag Resort and SPA" 600 ildən çox öz müalicəvi xüsusiyyətləri ilə dünyada tanınmış unikal neft yataqları yerləşən  Naftalan kurort zonasının gözəl füsunkar ərazisində yerləşir: "Garabag Resort and SPA" sadəcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli otel deyil, həm sağlam həyat, rahatlanma yüksək qastronomik mətbəxin vəhdətidir. Burada personalın mehriban diqqətli rəftarı həmişə xoş atmosfer yaradır. Oteldə 264 yerlik bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Rahat otaqlar, əfsanəvi Naftalan yağı əsasında müalicəvi proqramlarının, həmçinin ənənəvi xüsusi SPA proqramlarının geniş seçimi keyfiyyətli istirahət həyat tonusunun bərpasına xoş təsir göstərir. Sakitlik, rahatlıq dəbdəbə burada hökm sürür. Müasir infrastruktura hərtərəfli şəraitə  malik otel  öz qonaqlarına gözəl otaqlar, dadlı mətbəx, uşaqlar böyüklər üçün müxtəlif əyləncələr təklif edir".

O. Kutluay bildirib ki, digər otellərdən fərqli olaraq "Garabag Resort and SPA" müalicəvi əhəmiyyəti ilə seçilir: "Bizim məqsədimiz təkcə hər hansı bir xəstəliklərdən əziyyət çəkən insanlara deyil, həmçinin müxtəlif xəstəliklərin qarşısını öncədən almaq üçün sağlam insanlara xidmətlər göstərməkdir. Bu baxımdan, "Garabag Resort and SPA" otelinə üz tutan şəxslər burada həm peşəkar həkimlər tərəfindən göstərilən xidmətlərdən yararlana, sağlamlıqlarının qeydinə qala, eyni zamanda idman əyləncəli proqramlardan istifadə edə bilərlər".

Naftalan nefti ilə müalicə xidməti xüsusi hazırlıq görmüş, yüksək təhsilli həkimlər tərəfindən aparılmalı olduğunu deyən baş direktor bəzi hallarda bunun tamam əksini müşahidə etdiklərini deyib. Onun sözlərinə görə, müəyyən yerlərdə xəstələrin sağlamlıq kontrolundan digər testlərdən keçirilmədən neft vannalarından istifadəsinə icazə verilir: "Bu tamam yanlış bir prosedurdur. Bunun nəinki heç bir xeyri yoxdur, hətta böyük fəsadları var. Ona görə bu cür məsələlərə xüsusi diqqət yetirilməli, tibbi savadı kifayət qədər olmayan şəxslərə etibar olunmamalıdır. "Garabag Resort and SPA" otelində isə Naftalan neftindən istifadəyə icazə verməzdən əvvəl hər bir insan xüsusi sağlamlıq müayinələrindən keçirilir. Bundan sonra onun neft vannalarından tam ya qismən istifadə edə biləcəyinə qərar verilir. Hətta müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin istifadəsi qəti-qadağan olunur".

O. Kutluay dilə gətirib ki, bu gün Azərbaycan inkişaf dövrünü yaşayır: "Ölkənin hər bir bölgəsində turizmin inkişafına xüsusi diqqət ayrılır. Azərbaycan Prezidenti İlham Əliyev Naftalanın da inkişafına önəm verir. Ümumiyyətlə Qarabağ Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bu bölgədə yerləşən Naftalanın isə xüsusi özəllikləri var. Bu da onun  möcüzəli xüsusiyyətlərə sahib olan neftindən qaynaqlanır. Naftalan nefti müalicəvi əhəmiyyəti ilə bir çox xəstəliklərə şəfadır. Sovet İttifaqı dövründə Naftalanın populyarlığı var idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə məlum səbəblərdən dolayı bölgənin infrastrukturunun yenidən qurulmasına ehtiyac yaranıb. Bu bölgəni canlandıraraq dünyaya tanıtmaq lazımdır".

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini ölkənin dünyada artan imici baxımından yüksək qiymətləndirən baş direktor hesab edir ki, bu mötəbər idman yarışları Azərbaycana həm siyasi, həm iqtisadi üstünlüklər qazandıracaq: "Əminəm ki, bunun turizm sektorunun daha da canlanmasına müsbət təsiri olacaq. İdman yarışlarına hazırlıq çərçivəsində qısa müddət ərzində idman infrastrukturunun müasirləşdirilməsi heyrət doğurur. İdman arenalarının inşaasından tutmuş əcnəbi qonaqların ölkəyə səfərinə qədər bütün proseslər uğurla həyata keçirilib. Bu əcnəbilərin Azərbaycana olan marağını daha da artıracaq".

Otelin baş həkimi Azər Vaqifsoy qeyd edib ki, Azərbaycan təbiətinin zəngin müalicəvi xüsusiyyətlərə malik olan nemətləri uzun illərdən bəri ən müxtəlif xəstəliklərin müalicəsi profilaktikasında uğurla tətbiq olunur: "Bunlardan biri, yüksək bioloji aktivliyi ilə seçilən  Naftalan yağının şəfalı gücü hələ 600 il əvvəl  insanlığa məlum idi. Naftalan yağı dünyada yalnız bir yerdə - Gəncə şəhərindən 45 km aralıda, sənubdan, şərqdən qərbdən dağlarla əhatə olunmuş dəniz səviyyəsindən 450 metr yüksəklikdə olan Kiçik Qafqazın yamaclarında əldə olunur.

Bu yerin quraq yayı mülayim qışı ilə fərqlənən subtropik iqlimi var. Naftalan yağının mənşəyi haqqında bu günə əsas fundamental hesab edilən nəzəriyyə onun üzvi mənşəli olması təqribən 50 milyon il ərzində yer təkində formalaşmasıdır. Bu baxımdan, Naftalan deyiləndə ilk olaraq insanların ağlına neft vasitəsilə müalicəvi-tibbi xidmət gəlir. Sovet İttifaqı dövründə təkcə neft vannası ilə müalicə tətbiq olunduğu halda indi kompleks müalicə xidmətləri göstərilir. Kompleks müalicə deyəndə nəinki Naftalan müalicəsi, həm balneotarapiya, hidoterapiya, fizioterapiya, krioterapiya dediyimiz üsullarla ümumi şəkildə istifadə nəzərdə tutulur.

 Bundan başqa hal-hazırda Naftalan yağının fraksiyaları genişləndirilməkdədir. Keçən əsrdə bu bölgənin yağından yalnız təbii çıxarma yolu ilə istifadə olunurdu, indi isə dörd fraksiyasından istifadə edilir".

"Garabag Resort and SPA" bu gün səksən adda laborator xidmət həyata keçirdiyini deyən baş həkim otelə həm müalicəyə, həm dincəlməyə gələn müştərilərin əlavə vaxt itkisinə yol verilməməsi üçün bütün prosedurların - sağlamlıq testləri analizlərin cavablarını qısa vaxt ərzində hazırlandığını dilə gətirib: "Bütün bu proseslər protokola uyğun şəkildə aparılır. Müalicənin keyfiyyəti məsələsindən danışsaq, qeyd edə bilərəm ki, bizdə bütün tibbi cihazların həm Azərbaycan, həm Avropa ölkələri tərəfindən verilən uyğunluq sertifikatı var.

Bizə müraciət edən insanları düzgün müalicə etməyimiz üçün hər cür şərait yaradılıb".

A.Vaqifsoy vurğulayıb ki, Naftalan müalicəsi almaq istəyən şəxslər ilk olaraq "Chek up" müayinədən keçirilir: "Bundan sonra şəxsin neft vannası qəbul edib-etməyəcəyinə qərar verilir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin bu müalicə üsulundan yararlanması üçün alternativ üsullar təklif edirik. Alternativ müalicənin vanna qəbulundan fərqi o qədər böyük deyil. Bu tip üsullar sınaq çıxarılaraq müsbət nəticələri ilə yadda qalıb".

Baş həkim əlavə edib ki, "Garabag Resort and SPA" otelinin tibb bölümünün əməkdaşları yüksək ixtisaslı, peşəkar hazırlıq görmüş həkimlərdən ibarətdir: "Biz davamlı olaraq beynəlxalq konfranslarda iştirak edir, tibbi yeniliklərlə tanış olur, məlumat, təcrübə mübadiləsi aparırıq. Ona görə , hər bir insan bizə müraciət edərək, tam arxayınlıqla öz sağlamlığını etibar edə bilər".

Otelin baş kulinarı Mehmet Ektirir isə bildirib ki, "Garabag Resort and SPA" qonaqlara Azərbaycan Türkiyə mətbəxinin ləziz təamlarını təqdim edir: "Eyni zamanda, təşkil etdiyimiz gecələrdə İtaliya, Fransa, İspaniya, Meksika, Çin, Yaponiya digər ölkələrin mətbəxlərinə müraciət olunur. Bundan əlavə bizim xüsusi pəhriz menülərimiz var. Qidaların hazırlanması zamanı müştərilərin arzu istəkləri əsas tutulur. Bizim məqsədimiz dincəlməyə müalicəyə gələn insanların sağlam şəkildə qidalanmasını, xoş istirahətini təmin etməkdir".

Qeyd edək ki, 2014-cü il oktyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev yeni istifadəyə verilən otel kompleksin açılışında iştirak edib, yaradılan şəraitlə yaxından tanış olub.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2015.- 7 iyul.- S.5.

 

                       

Bölmənin digər xəbərləriAvropa Oyunları zamanı turistlər hara gedirlər? Avropa Oyunları zamanı turistlər hara gedirlər?

Birinci