Bülbül irsinin fədakar qoruyucusu və təbliğatçısı

 

Azərbaycan milli ifaçılıq sənətinin korifeyi, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün həyat yoldaşı, 40 ildən artıq Bülbül irsinin fədakar qoruyucusu təbliğatçısı olmuş görkəmli ictimai xadim, Prezident təqaüdçüsü Adelaida xanımın vəfatından 40 gün ötdü.

 

1922-ci ildə Tbilisi şəhərində azərbaycanlı ziyalı İrza Qasımovun ailəsində dünyaya göz açmış Adelaida xanım öz dövrünə görə kifayət qədər yüksək təhsil almış, orta məktəbi bitirəndən sonra Gürcüstan Xalq Komissarlığının nəzdindəki Tbilisi Hüquq Məktəbini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdi.

 

O zamanlar unudulmaz sənətkarımız Bülbül tez-tez Sovet İttifaqının müxtəlif şəhərlərində qastrollarda olurdu. Xüsusən Tbilisi Daşkəndə səfərləri daha müntəzəm xarakter daşıyırdı. 30-cu illərdə artıq bütün SSRİ məkanında görkəmli ifaçı-sənətkar kimi məşhurlaşan Bülbül Tbilisidə olarkən ailəvi dostluq etdiyi Qasımovlarla görüşər, sənət sənətkarlar haqqında qızğın müzakirələr aparardılar. Həmin illərdə yaşca hələ nisbətən kiçik olan Adelaida xanım bu söhbətləri maraqla dinləyər heç ağlına da gətirməzdi ki, evlərinə tez-tez qonaq gələn bu görkəmli sənətkar günlərin birində ona ömür-gün yoldaşı olmağı təklif edəcək, o da bu təklifə razılıq verəcək.

 

1938-ci ildə gənclər ailə həyatı qururlar. Adelaida xanım Bakıya köçür. Evliliklərinin ilk günlərindən etibarən o, özünü nağıllar aləmində hiss edirdi vaxtsa bu nağılın bir sonu olacağı barədə düşünməyi belə ağlına gətirmirdi. Bütün bu məqamlar Adelaida xanımın xatirələrində öz əksini tapıb. Həqiqətən, Bülbülün döstluq etdiyi Vəli Axundov, Teymur Quliyev, Nəzər Heydərov, Xosrov Ağayev kimi partiya Sovet işçiləri, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov kimi ictimai xadim görkəmli şair, dramaturqlar, Yusif Məmmədəliyev, Mirəsədulla Mirqasımov kimi akademiklər, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, mayestro Niyazi, Səid Rüstəmov, Cövdət Hacıyev, Tofiq Quliyev kimi görkəmli bəstəkarlar, Rəşid Behbudov kimi təkrarolunmaz ifaçılar onların ailə üzvləri ilə tanışlıq, maraqlı söhbətlər sənəti sevən bu gənc xanımın həyatında silinməz unudulmaz izlər buraxmışdı.

 

1961-ci ildə XX əsr Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülun dünyadan vaxtsız köçməsi ilə gözəl, romantik səhnələrlə zəngin bu nağılabənzər həyat da dəyişdi. Sevimli həyat yoldaşının ölümündən sarsılan uzun müddət bu ölümü heç cür qəbul edə bilməyən Adelaida xanım ömrünün qalan hissəsini oğulları Çingiz Poladın milli dövlətçiliyimizə layiqli övladlar kimi yetişməsinə, dahi Bülbülün irsinin öyrənilməsinə təbliğinə həsr etdi.

 

Böyük oğlu Çingiz Məmmədov uzun illər partiya Sovet işində çalışmış, müstəqil dövlətimizdə müxtəlif məsul vəzifələrdə ləyaqətlə xidmət etmişdir. Ailənin ikinci oğlu Polad Bülbüloğlu da öz mənalı həyat yolu çoxşaxəli fəaliyyəti ilə milli dövlətçiliyimizin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına, Azərbaycan mədəniyyətinin incəsənətinin inkişafına, zənginləşməsinə təbliğinə böyük töhfələr verən şəxsiyyət kimi tanınır bu gün bu istiqamətdə şərəfli fəaliyyətini davam etdirir.

 

Adelaida xanımın Bülbülü tanıyan sənətini yüksək qiymətləndirən görkəmli şəxslərin onun fəaliyyəti, o cümlədən, Azərbaycan musiqi folklorunun toplanması elmi cəhətdən işlənməsi, vokal-ifaçılıq mədəniyyətinin inkişafı, dünyanın konsert salonlarında böyük uğurla ifa edilən simfonik muğamlarımızın yaradılması bir çox digər sahələrdəki xidmətləri barədə xatirələrini toplaması da Bülbül fenomeninin mədəni irsinin öyrənilməsi baxımından çox dəyərlidir.

 

Bu xatirələr onun özünün görkəmli sənətkar haqqında yazdıqları təkrarolunmaz Bülbülün keçdiyi şərəfli həyat yaradıcılıq yolunu, bir vətəndaş dövlət xadimi kimi yüksəlişini bütün cizgiləri ilə canlandırmaq baxımından bu gün çox unikal mənbə sənədlərdir. Bülbül irsinin toplanması öyrənilməsi ilə kifayətlənməyən Adelaida xanım onun təbliğinə diqqət yetirmiş, dəfələrlə öz təşəbbüsü ilə musiqi məktəblərinə, o cümlədən, əraziləri işğal olunmuş rayonların musiqi təhsili müəssisələrinə Bülbül irsini əks etdirən çoxlu kitablar digər vəsaitlər bağışlamışdır.

 

Adelaida xanımın fəaliyyətinin ən məhsuldar dövrlərindən biri ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Bakıda Bülbülün həyatı ilə bağlı Memorial Muzeyinin təşkil olunması burada görkəmli sənətkarın fəaliyyətinə aid minlərlə sənəd fotoşəkillərin toplanması, Bülbül irsinin qorunması təbliği ilə bağlıdır. Muzey bu gün Bülbül irsini mühafizə edən möhtəşəm bir məkana çevrilmişdir. Muzeyin ilk qonaqları sırasında ümummilli lider Heydər Əliyev olmuş, yüzlərlə tanınmış şəxslər Bülbülün adı ilə bağlı olan bu məkanı ziyarət etmişlər.

 

Bu barədə Adelaida xanımın xatirələri çox maraqlıdır: "Bülbülün ev muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə yaradıldı. Burada biz həyat yoldaşımla unudulmaz illər yaşamışdıq, evimiz muzey olandan sonra mən əvvəlcə bunu heç cür axıracan dərk edə bilmirdim, buradan başqa yerə getmək istəmirdim. Onda Heydər Əliyev sadəcə soruşdu: "Sən yemək hazırlayırsan, ya yox?" Mən cavab verdim: ", əlbəttə". Onda o, cavab verdi: "Muzeydə xüsusi hava olmalıdır, burada naharın qoxusu ola bilməz". Mən başa düşdüm ki, o, haqlıdır...

 

Burada elə eksponatlar var ki, ürək ağrısız onlara baxa bilmirəm. Şuşadakı evimizin miniatürü onlardan biridir. O, indi yer üzündən silinmişdir... Burada Haribaldinin əsgərə generaldan irəlidə getmək hüququ verən "ulduz"u saxlanılır. Arturo Toskanininin konsertinin proqramı da bu evdədir. Bülbül İtaliyada oxuyarkən ona baş çəkirdi...

 

Mircəfər Bağırovun bağışladığı Becker əfsanə-fortepianodur. Bu alətdə bəstəkarlarımızın bir çox məşhur əsərləri ifa olunmuşdur.

 

İstirahət günlərində Bülbül hədiyyələrlə dolu kisələri uşaq evinə yollayırdı. O öz Stalin mükafatını Mərdəkandakı uşaq evlərinin birinə köçürmüşdü.

 

Bir dəfə muzeyə ziyarətçi daxil oldu Bülbülün uşaq evinin yetirmələri ilə şəklinin olub-olmadığını soruşdu. Həmin şəkildə onunla yanaşı əlində gül tutmuş bir oğlan dayanmışdı. Mən onu şəklə doğru apardım. O, uzun müddət gözünü şəkildən ayırmadı. Sonra həmin oğlanı göstərib dedi: "Bu mənəm..."

 

Mənim üçün cəbhədən, hərbi xəstəxanalardan həyat yoldaşıma göndərilmiş təşəkkür məktubları çox qiymətlidir. Həmin məktublarda əsgərlər onun ifalarının ağrılara qalib gəlməkdə onlara kömək etdiyini yazırdılar... Bir dəfə məni cəbhə qastrollarına buraxmaq istəmirdilər. Onda mən dedim: "Mən hökumət konsertlərində qəbullarında, yüksək banketlərdə onunla bir yerdə olmuşam, orada da onun yanında olmalıyam". Və məni oraya buraxdılar...

 

Sağlamlığım imkan verəndə buraya gəlirəm və gecəyə qədər qalıram. Nə qədər ağrısam da, burada özümü yaxşı hiss edirəm. Mənə elə gəlir ki, o həmişə burada məni gözləyir. Özümü evdəki kimi hiss edirəm..."

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və digər rəsmi şəxslərin Adelaida Məmmədovanın vəfatı ilə bağlı imzaladıqları nekroloqda qeyd olunduğu kimi, "Adelaida xanım Məmmədova Bülbül irsini mühafizə etməklə bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi kimi tanınırdı. Azərbaycanda muzey işinin təşkilində və xalqımızın mədəni irsinin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülmüşdür. Qayğıkeş və səmimi insan Adelaida İrza qızı Məmmədovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

 

Rövşən AĞAYEV

Natiq İSAYEV525-ci qəzet.- 2015.- 4 iyun.- S.6.